"(Ey uhamməd!) Ən yaxın adamına (Allahın vacib buyurduğu) haqqını ver!"
Peyğəmbər (s) Cəbrail (ə)-dan soruşdu:
Məqsəd kimdir? Bu haqq hansı haqdır?
Cəbrail (ə) dedi:
"Fədəyi Fatiməyə hədiyyə et!"
Peyğəmbər (s) Həzrəti Zəhranı (s.ə)-nı öz yanına çağırıb buyurdu:
Allah-təala Fədəyi atan üçün fəth etdi. İslam qoşununun bu fəthdə heç bir rolu olmayıbdır. Elə buna görə də Fədək mənim öz şəxsi mülkümdür. Heç kəsin onda haqqı yoxdur. Fədək haqqında necə isdəsəm qərara gələcəyəm, Allahın hökmü də onu sənə hədiyyə etməkdir. Baqşqa bir tərəfdən anan Xədicənin mehriyyəsi mənim öhdəmdə qalıbdır. Mən, ananın mehriyyəsinin əvəzində və Allahın hökmü ilə Fədəyi sənə verirəm. Sən də onun gəlirini özün və övladların üçün xərclə!
Həzrət Zəhra (s,ə) dedi:
Nə qədər ki, siz dirisiz Fədəyin idarə olunmasında heç bir dəxalət edə bilmərəm. Çünki siz mənim canıma və malıma sahibsiniz.
Peyğəmbər (s) buyurdu:
Qorxuram ki, əgər sən mənim yaşadığım dövürdə Fədəkdə heç bir dəxalət etməsən, mən dünyadan gedəndən sonra ləyaqətsiz insanlar onu sənin əlindən alarlar.
Fatiməyi-Zəhra (s,ə) dedi: Məsləhət sizindir.
Mənbə: "Fatimə Zəhra (s,ə)-ın xütbəsi" kitabı