Sual 21: Sidik məxrəcindən hansı mayelər gələ bilər?
Cavab: Sidik məxrəcindən beş növ maye gələ bilər:
1. Sidik.
2. Məni (sperma). Əgər insandan məni xaric olsa, qüsl etməlidir. Müstəhəbdir ki, qüsldən qabaq idrar etsin.
3. Məzi–mazaqlaşmadan sonra gələn bu maye pakdır.
4. Vəzi–bu mayə bəzən mənidən sonra gəlir. Əgər ona sidik qarışmasa pakdır.
5. Vədi–bəzən sidikdən sonra gələn mayedir. Əgər sidiyə qarışmasa pakdır. İstibra etmiş şəxs belə bir maye gördükdə şəkk etsə ki, bu sidikdir, yoxsa başqa maye, onu pak hesab etməlidir.
Sual 22: İstibradan sonra insandan elə bir maye gəlsə ki, bu mayenin sidik və ya məni olması bilinməsə, o nə etməlidir?
Cavab: Əgər belə bir rütubət dəstəmaz aldıqdan sonra görünsə, ehtiyata görə qüsl vermək vacibdir. Əgər dəstəmaz almamış belə bir rütubət görünsə, dəstəmaz almaq kifayətdir.
Əgər istibra etməmiş bir şəxs dəstəmaz almamışdan qabaq belə bir rütubət görsə, təkcə dəstəmaz alsa kifayətdir.
Sual 23: İslam şəriətində neçə şey murdar sayılır?
Cavab: İslam şəriətində on bir şey murdar sayılır: sidik, nəcis, məni, atıcı qanı olan heyvanın ölüsü, qan, it, donuz, kafir, spirtli içki (şərab), pivə, nəcis yemiş dəvənin təri.
Sual 24: Hansı canlıların sidiyi və nəcisi murdardır?
Cavab: İnsanın və əti haram olan atıcı qanlı heyvanların nəcisi və sidiyi murdardır. Amma əti olmayan milçək kimi kiçik həşəratların nəcisi pakdır. Əti haram olan quşların nəcisi də murdardır.
Sual 25: Qeyri-müsəlman ölkələrdə istehsal olunmuş ətriyyat məhsulları pakdırmı?
Cavab: Xaricdən gətirilmiş ətriyyat məhsullarının murdar olduğu məlum deyilsə, onlar pak hesab olunur.
Sual 26: Xaricdə istehsal olunmuş maye dərman preparatları pakdırmı?
Cavab: Murdar olduğu məlum deyilsə, pakdır.
Sual 27: Hansı canlıların qanı murdardır?
Cavab: Atıcı qanı olan bütün canlıların qanı murdardır. Əti halal olan heyvan şəri qaydada kəsildikdən sonra bədənindəki qan, kəsilmiş damarlardan kifayət qədər axarsa, qalan qan pakdır. Yumurtanın içindəki qan murdar deyil.
Sual 28: Əgər toyuq yumurtasında qan varsa, onu yemək olarmı?
Cavab: Yumurtadakı qan onun sarısı ilə qarışdırıldıqda itib gedərsə, həmin yumurtanı yemək olar
Sual 29: Kafir kimdir?
Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir.
Sual 30: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı?
Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır.