Sual 151-160
Sual 151: Tapılmış malla necə rəftar etmək lazımdır?
Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır.
Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.
Sual 152: Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?
Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.
Sual 153: Tapılmış malı sahibi bilinənədək saxlamaq olmazmı?
Cavab: Mal tapıldıqda ilk həftədə gündə bir dəfə, sonra bir ildə həftədə bir dəfə cəmiyyət arasında bu barədə elan etmək lazımdır. Əgər bir il ərzində malın sahibi tapılmasa, vacib ehtiyata əsasən mal həmin şəxs tərəfindən sədəqə verilməlidir və ya sahibi üçün saxlanılmalıdır.
Sual 154: Heyvan hansı qaydada kəsilməlidir?
Cavab: Heyvanın kəsilməsinin beş şərti var:
1. Heyvanı kəsən şəxs müsəlman olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;
2. Heyvanın başı dəmir alətlə kəsilməlidir;
3. Başı kəsilən heyvanın bədəni üzü qibləyə olmalıdır;
4. Heyvanın kəsilməsi məqsədi ilə «Bismillah» deyilməlidir;
5. Heyvan kəsildikdən sonra hərəkət etməlidir ki, diri olduğu bilinsin.
Sual 155: Hansı heyvanları ovlamaq olar?
Cavab: Ovlanan heyvan ceyran və ya dağ keçisi kimi vəhşi olmalıdır, qaçmağa və ya uçmağa qadir olmalıdır, əti halal olmalıdır.
Sual 156: Ovlanmış heyvanın əti nə zaman pak və halal sayılır?
Cavab: Ovlanmış heyvanın ətinin pak və halal olmasının beş şərti var:
1. Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi parçalayıcı olmalıdır;
2. Ovçu həddi-büluğ və yaxşını pisdən ayıra bilən yaşda müsəlman olmalıdır;
3. Ov silahı və ov üçün istifadə olunmalıdır;
4. Silah işə salınmazdan qabaq Allahın adı çəkilməlidir;
5. Ovçu heyvana çatdığı zaman heyvan ölmüş olsa və ya heyvanı kəsməyə vaxt olduğu halda o kəsilmədən ölsə, haramdır.
Sual 157: Hansı ətlər haramdır?
Cavab: Yeddi halda ət haram sayılır;
1. Qızılquş kimi caynaqlı quşlar;
2 Diri heyvandan qoparılmış ət parçası;
3. İnsanın "vəty” etdiyi (cinsi yaxınlıq) heyvan;
4. Pulsuz balıqlar;
5. Donuz, dovşan, fil kimi əti haram heyvanlar;
6. Qanadı çıxmadığından uça bilməyən çəyirtkə;
7. Diri heyvanın qarnından çıxmış ölü bala.
Sual 158: Əti halal olan heyvanlarda nələri yemək haramdır?
Cavab: Əti halal olan heyvanlarda on beş şeyin yeyilməsi haramdır:
1. Qan; 2. Peyin; 3. Tənasül üzvü, (erkək heyvanda); 4. Sidik məxrəci (dişi heyvanda); 5. Vacib ehtiyata əsasən balalıq; 6. Vəzilər (təbii olaraq heyvanlarda 10 ədəd vəzi mövcuddur: 2 ədəd boğaz nahiyəsində, 2 ədəd kürək sümüklərinin altında, hər iki tərəfdə üç dənə olmaqla 6 ədəd də bud və paçalarda. Lakin qeyri-təbii olaraq ona bədənin müxtəlif nahiyələrində də rast gəlinir); 7. Xayalar; 8. Kəllə beyində yerləşən noxudcuq; 9. Onurğa sütunu arasında yerləşən ilik; 10. Onurğa sütununun iki tərəfində yerləşən "şah damar” (xəmirçək) ; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Gözün hədəqəsi; 15. Dırnaqarası piy.
Sual 159: At əti halaldırmı?
Cavab: At, eşşək və qatır əti məkruhdur.
Sual 160: Yemək zamanı nələr müstəhəbdir?
Cavab: Yeməkdən qabaq hər iki əli yumaq, yeməkdən sonra əlləri yumaq və qurulamaq, ev sahibinin hamıdan qabaq yeməyə başlayıb hamıdan sonra qurtarması, yeməkdən qabaq «Bismillah» demək, sağ əllə yemək, üç və ya çox barmaqla yemək, çox adamın oturduğu süfrədə öz qarşısından yemək, tikələri kiçik götürmək, süfrədə çox oturub yeməyə tələsməmək, yeməyi yaxşı çeynəmək, yeməkdən sonra aləmlərin Rəbbinə həmd etmək, barmaqları yalamaq, yeməkdən sonra dişləri təmizləmək, süfrədən kənara səpələnən qidanı yığıb yemək, günün başlanğıcında və gecənin başlanğıcında yemək, yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üstünə aşırmaq, yeməyi duzla başlayıb duzla qurtarmaq, meyvə yeməkdən qabaq onu yumaq.
Kitabın adı: 200 sual-cavab
Müəllif: Fəyyaz Rəfiq