» » «Qəribçilikdə müşkülün həlli»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    «Qəribçilikdə müşkülün həlli»
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 12-09-2014, 00:06 | Baxılıb: 1 437
     

     «Qəribçilikdə müşkülün həlli»

    Ayətullah Müfti Seyyid Təyyib Cəzayiri deyir:
    Səfərlərimin birində yenə də İslam dininin yayımı və təbliği üçün Kanadaya gedirdim. Bu səfərdə çox təəccüblü bir problemlə rastlaşdım ki, Allah-təalanın köməkliyi və Əhli-Beytin bərəkəti ilə bu müşkül çox asanlıqla həll oldu.
    Tehrandan Kanadaya uçuş proqramı elə idi ki, bir axşam Parisdə qalmalı idim. Paris hava limanı çox böyük bir yer idi və ucu-bucağı görünmürdü. Camaat fransız və ya başqa müxtəlif dillərdə söhbət edirdilər və mən heç bir şey başa düşmürdüm.
    Əlacsız qalıb bir oturacaqda oturdum. Əl çantalarımı yanıma qoyub fikirə getdim. Öz-özümə fikirləşirdim ki, sabaha qədər burda necə oturacağam. Kanadaya uçan təyyarənin dəqiq yerini də bilmirdim. Kim mənə yol göstərəcək? Mən ki, fransız dilini bilmirəm.
    Elə bu fikirdəydim ki, bir neçə iranlı qadın mənə yaxınlaşıb soruşdular: 
    Ağa, siz burda neyləyirsiniz?
    Dedim: Kanadaya getmək istəyirəm. Biletimə baxıb dedilər: 
    Siz gərək sabah Diqal hava limanından Kanadaya uçasınız və bu hava limanıyla Diqal arasında olan məsafə çox uzaqdır.
    Yenə də soruşdular:
    Məgər təyyarədə bu haqda sizə heç nə deməyiblər? Dedim: 
    Xeyir! Çox təəccüblənib dedilər ki, təyyarə qanunu budur ki, bu cür hallarda hava yolları şirkəti bir nəfərə bu işi tapşırır ki, sizin kimilərə bələdçilik etsin və axşam qalmaq üçün hotelə aparıb, səhəri gün də o biri təyyarəyə mindirsin.
    Dedim: 
    Mən İran Ayer-dən bilet aldım və heç kəs bu haqda mənə bir şey demədi.
    Həmin qadınlar gedib çox çətinliklə bir iranlı bələdçi tapdılar. Onunla mübahisə də etdilər ki, siz necə bu ağanı burda təkbaşına buraxıb getmisiniz. Həmin bələdçi mənə avtobus və dördulduzlu hotel bileti verdi. Müsafirlərdən fransız dili bilən bir nəfəri də mənə bələdçi qoydu. O müsafirlə hotelə getdim.
    Səhəri gün nə qədər ona dedimsə: Gəl tez hava limanına gedək, razı olmadı və mənim vaxtımı alış-veriş və boş şeylərlə tələf etdi. Axır ki, razı olub, avtobusa minib Diqal hava limanına yollandıq.
    Təqribən bir saat yolda olduqdan sonra hava limanına çatdıq. Mənimlə gələn şəxs biletini hava limanı məmuruna göstərəndə, o dedi: 
    Siz səhv gəlmisiniz. Sizin uçuş 3 nömrəli terminaldan olacaq. Gərək ora gedəsiniz. Həmin yarımçıq yol-yoldaşım bunu eşidən kimi sağollaşmadan bir tərəfə qaçdı.
    İndi mən tək qaldım. Biletimi həmin qadın məmura göstərəndə dedi:
    Sizin uçuş 1-nömrəli terminaldan olacaq. Dedim: 
    Bir nömrəli terminal haradadır? Dedi:
     Çox uzaqdır, gərək avtobusla gedəsiniz. Ora çoxlu avtobuslar gəlirdi. Amma üzərindəki bütün yazılar fransız dilində idi. Hər hansı bir avtobusa işarə edəndə ya saxlamırdı, saxlayanda da 1 nömrəli terminal deyən kimi tez sürüb gedirdi. Əl çantamda çoxlu kitab olduğundan çox ağır idi. Tamam tər içində yorulub əldən düşmüşdüm.
    Nəhayət əlim hər yerdən üzüldü, məyus və pərişan çəkilib bir kənarda dayandım. Anladım ki, yaman pis yerdə ilişmişəm. Saat 10-na qalmışdı. Uçuşum saat 11-də idi. Avtobus tapmalı olsaydım da yenə də xeyri olmayacaqdı, çünki bir saat yol getməli idim. Avtobusdan düşəsi, təyyarəyə giriş kartı alası − bu da heç olmasa yarım saat çəkəcəkdi. Öz-özümə dedim: Pərvərdigara! Özün mənə kömək ol! Məni Kanadada gözləyən camaatın yanında xəcalətli etmə! Mən camaata söz vermişəm. Bu anda bir nəfər mənə yaxınlaşıb dedi:
     Mərhəba! Dedim: 
    Mərhəba! O ərəb dilində soruşdu:
    Hara gedirsən? Dedim:
     Kanadaya gedirəm. Uçuşum saat 10-da, birinci terminaldandır, amma avtobus tapa bilmədim, vaxtım da çox az qalıb. Dedi: 
    Ardımca gəl, sənə maşın taparam. Məni avtobuslara tərəf apardı və fransız dilində söhbət eləməyə başladı. Ancaq məlum oldu ki, 1-ci terminala gedən avtobus yoxdur.
    Nəhayət o da məyus olub saata baxdı və dedi: 
    Ağa! Siz belə getsə təyyarəyə çaata bilməyəcəksiniz, icazə verin sizi öz maşınımla çatdırım.
    Əvvəl fikirləşdim ki, mən burda qəribəm, bu adamı da yaxşı tanımıram, ola bilsin başqa bir məqsədi var, amma fikrimdən daşınıb maşına oturdum.
    Yol çox uzun çəkdi. Yolda ondan soruşdum ki, hansı ərəb ölkəsindənsiz? 
    Dedi: 
    Ərəb deyiləm! Dedim: 
    Bəs, haralısınız? Dedi: 
    Mən elə bu diyarın övladıyam, fransızam.
    Fikirləşdim yəqin taksi sürücüsüdür, nigaran oldum ki, məndə fransız pulu yoxdur, düşəndə ona nə verəcəyəm?
    Ondan soruşdum: 
    İşiniz nədir? Dedi: 
    Fransız ordusunun  polkovnikiyəm. Onun bu sözündən bir anlığa diksindim ki, ilahi bu nə danışır? Ərəb dilini hardan bilir? 
    Dedi:
     Təəccüblənmə, mən bir vaxtlar İordaniyada yaşamışam, ərəb dilini də o vaxtlar öyrənmişəm. Sizi də ona görə maşına mindirdim ki, sizin Allahınızla, bizim Allahımız birdir.
    Nəhayət, mümkün sürətlə maşını qovub, məni 1-ci terminala çatdırdı. Terminala yetişəndə tez maşından düşüb sandıqdan çamadanları endirdi və ən ağır olan çamadanı götürüb çıxışa yaxın bir yerə apardı. Xudahafizləşib getdi.
    Saata baxdım. Uçuşa hələ 20 dəqiqə qalırdı. Biletləri kontrol edən yerin qabağında uzun bir növbə düzülmüşdü. Hamı həmin yoxlama qapısından çıxıb minik bileti almaq istəyirdi. Dedim: 
    İlahi bura qədər köməklik göstərmisən, əgər Sənin lütfün olmasaydı heç bura da gəlib çıxa bilməzdim. Yaxşı, indi bəs neyləyim?
    Qarşımda uzun bir sıra düzlənmişdi.  Növbədə duranların çoxusu başqa uçuşların sərnişinləri idi.
    Bu halda kənarımdakı keçid məntəqəsinə baxdım, gördüm bir qadın tək oturub və həmin yerdən keçən yoxdur. Ağlıma gəldi ki, gedib problemimi ona deyim, bəlkə  bir yol göstərdi. Yaxınlaşıb müşkülümü söylədim. Dedi: 
    Biletini ver. Bileti verən kimi minik üçün kağız yazıb verdi.
    Dedim hansı tərəfdən gedim. Sağ tərəfə işarə edib dedi: 
    Tez ol ki, qarşıda bir az da yol getməlisən, uçuşuna az qalıb.
    Nəhayət özümü təyyarəyə yetirdim və mən minəndən bir dəqiqə sonra təyyarənin qapıları bağlandı.
    Bu hadisə, Allahın bu cür təbliğ üçün getdiyim səfərlərdə mənə göstərdiyi xüsusi inayətlərdən biri idi ki, sizə nəql etdim.
    Və sədəqəllahul-Əliyul-Əzim. "Vəlləzinə cahədu fina, linəhdiyənnəhum subuləna və innəallahə li məəl-möhsinin.”

    SON.

    Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: fikret | Status: İstifadəçi Offline | 14 Eylül 2014 09:04 | İstifadəçi | Şərh yazdı
    Allah sizden razi olsun 
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.