» » «İmam Hüseynin salamı»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
«İmam Hüseynin salamı»
+5
Müəllif: Fatimə Nuri Xuda | 11-09-2014, 22:19 | Baxılıb: 1 418
 
 
 «İmam Hüseynin salamı»

Əllamə Təbatəbai deyir:
Dostlarımdan biri nəql edib deyirdi ki, avtobusla Kərbəlaya gedirdim. İrandan yola düşmüşdüm və mənim kənarımda yan oturacaqda bir cavan əyləşmişdi. Üz-gözündən, geyimindən müasir tipli olduğu görsənirdi və bunun üçün də yol boyu bir-birimizlə kəlmə kəsmədik.
Birdən oğlana nə oldusa hönkürüb ağlamağa başladı. Çox təəccübləndim, soruşdum: 
Nə olub, niyə ağlayırsan? Dedi: 
Sizə də deməyib, bəs kimə deyəcəyəm.
Mən yol və inşaat mühəndisiyəm. Uşaqlıqdan məni əqidəsiz və dinsiz mühitdə tərbiyə etmişlər və belə bir mühitdə böyüdüyüm üçün dini, axirəti qəbul etmirdim. Amma məzhəbindən asılı olmayaraq dindar adamlara − istər müsəlman, istər xristian olsun − qəlbimdə bir məhəbbət hiss edirdim.
Bir gecə dostlarımla kef məclisi qurmuşduq, gecəni yarıya qədər yeyir-içir, oynayır, yaramaz işlərlə məşğul olurduq. Dostlarımın əksəriyyəti bəhai idilər. Belə məclislərdən sonra həmişə özümdə bir narahatçılıq hiss edir, özümdən bərk acığım gəlirdi. Bu dəfə də bir az əylənəndən sonra halım pisləşdi, otaqdan çıxıb yuxarı təbəqəyə qalxdım. Bir müddət həmin yerdə tək qaldım və birdən məni ağlamaq tutdu. Ağlaya-ağlaya dedim:
 Ey O kəs ki, adı Allahdır! Əgər varsansa, mənə də bir nəzər sal!
Bir az keçəndən sonra aşağı endim. Gecə tamam olanda hərə qalxıb öz evinə getdi.
Həmin gecənin sabahısı dəmiryol rəisi və neçə nəfər başqa şəxslə işimizlə əlaqədar səfərə çıxmalı olduq. Bir də gördüm uzaqdan nurani bir seyyid (Ayətullah Seyyid Mahmud Zəncani) düz mənə tərəf gəlir. Çatıb salam verdi və dedi: 
Səninlə işim var. Söz verdim ki, sabah günortadan sonra görüşünə gedərəm.
O gedəndən sonra yanımda durmuş adamlardan bəzisi dedi: 
Bu adam tanınmış və çox hörmətli seyyiddir, niyə etinasızlıqla onun salamının cavabını verdin? Dedim: 
Seyyid mənə salam verəndə elə bildim ehtiyacı olduğu üçün mənə yaxınlaşıb, dedim yəqin pul istəyəcək.
Təsadüfən dəmiryol rəisi əmr etdi ki, sabah günortadan sonra bir iş üçün filan yerdə olmaq lazımdır. Tərslikdən o dediyi vaxtla seyyidin görüşü üçün təyin etdiyim vaxt üst-üstə düşürdü. Dəmiryol rəisi mənə lazım olan göstərişləri verib çıxıb getdi. Öz-özümə dedim: 
Artıq seyyidlə görüşə bilməyəcəm.
Sabahısı gün rəisin tapşırdığı işin vaxtı yaxınlaşdıqca mən özümü pis hiss etməyə başladım. Yavaş-yavaş qızdırmam qalxmağa başladı və elə hala düşdüm ki, məni aparıb yatağa uzatdılar. Üstümə həkim gətirdilər, həkim baxıb bu vəziyyətlə işləyə bilməyəcəyimi bildirdi. Beləliklə, dəmiryol rəisinin tapşırdığı işdən azad olundum. Elə ki, camaat dağılışıb getdi və rəisin göndərdiyi adam çölə çıxdı, gördüm qızdırmam aşağı enir, çox keçmədi vəziyyətim əvvəlki halına qayıtdı.
Özümü olduqca normal və gümrah hiss etdim, bildim ki, burada nə isə bir sirr var, odur ki, qalxıb birbaşa seyyidin evinə yollandım.
Elə ilk görüşümüzdə mənə üsuliddindən və etiqadi məsələlərdən bir dərs təyin edib dəlil və sübutlarla söhbətə başladı. Dərsin sonunda mən etiqadımı dəyişib mömin oldum. Sonra mənə bir-neçə göstəriş verib dedi:
Sabah yenə də gələrsən. Neçə gün bu minvalla onun yanına getdim. Elə ki, onun müqabilində əyləşdim, olub keçən əhvalatları bir zərrə olsun belə artırıb-azaltmadan mənə söyləməyə başladı. Mənim şəxsi işlərimdən və niyyətimdən elə dəqiq misallar söyləyirdi ki, özümdən başqa heç kimin o işlərdən xəbəri yox idi. Bir müddət seyyidin yanına gedib gəlməyə başladım, bir gün köhnə dostlarım məni qonaqlığa dəvət etdilər. Nə qədər etiraz etsəm də, israr edib əl çəkmədilər. Naçar qalıb dəvətlərini qəbul etdim. Qonaqlıqda istər-istəməz təsir altına düşüb bir anlığa hər şeyi unutdum. Məcbur oldum uşaqlarla mən də qumar oynayım. Sabahısı seyyidin yanına gedəndə dedi:
Heç utanıb ölmürsən ki, belə böyük günahlara batırsan. Sən ki, söz vermişdin? Xəcalət təri məni basdı, peşmançılığımı bildirib göz yaşı axıtmağa başladım, dedim:
 Qələt eləmişəm, tövbə edirəm.  Dedi:
 Get tövbə qüsulu al və bir də belə işlər görmə. Sonra mənə bir-iki tapşırıq verdi. Xülasə o zamandan həyatım, baxışlarım tamam dəyişdi.
Bu hadisə Zəncanda başıma gəldiyi üçün, oradan Tehrana dönəcəyimi bildirəndə seyyid tapşırdı ki, Tehranda bəzi alimlərə baş çəkim. Bir gün seyyid sifariş göndərdi ki, Kərbəla, Nəcəf ziyarətinə səfərə çıxım. Mən bu səfərə seyyidin buyuruğu ilə gedirəm.
Əllamə Təbatəbai hekayənin davamında deyir:
Dostum dedi: İraqa çatmağa az qalmış gördüm yenə bu cavanı ağlamaq tutdu, səbəbini soruşdum dedi:
İndicə İraq torpağına daxil olduq, çünki İmam Hüseyn mənə salam verib, xoşgəldin dedi!
Aydındır ki, bu hekayə rəbbani arif Ayətullah Mahmud Zəncaninin də mənəvi dərəcəsinə dəlalət edir. Onun haqqında Əllamə Təbatəbai buyurur:
O, nəfsinə sahib, alim və müraqibə əhli olan birisi idi. Onun tərbiyəsinin bərəkəti nəticəsində Zəncanda bir sıra fəhm və fəzl əhli kamala çatmışdır.
Ayətullah İzzəddin Zəncani onun övladlarından biri olub islam aləmində iftixarla yad edilir.

Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

 
 
Bölmə: İslam alimləri
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.