» » «Şah Vəli»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    «Şah Vəli»
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-09-2014, 23:29 | Baxılıb: 876
     

     «Şah Vəli»

    Qurani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur: 
    İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.
    Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.
    Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi təmin edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də edirdim.
    İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər: 
    Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.
    Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sıxırdı. Narahat oldum.
    Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.
    Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çiynində əbası olan arıq-sısqa bir seyyiddir.
    Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:
    Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir: 
    İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.
    Dedim: 
    Siz kimsiniz? Dedi: 
    Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: "Allah sənə salam yetirir” nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.
    Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.
    Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırdılar.
    Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?
    Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.
    Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı.
    Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi "Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə "Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.
     

    Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.