Burada Əli gəlməlidir
+10
Müəllif:
Admin | 12-09-2014, 11:00 | Baxılıb: 1 507
BURADA ƏLİ GƏLMƏLİDİR!
Bir nəfər Ömərin yanına gəlib dedi: – Müsəlman olmazdan əvvəl arvadıma bir dəfə təlaq vermişdim, müsəlman olduqdan sonra da iki dəfə təlaq vermişəm (indi onunla izdivac edə bilərəmmi, yoxsa mühəllil[Yə`ni üç dəfə təlaq veriləndən sonra qadının ərə getdiyi digər bir kişi] lazımdır?)
Ömər sükut etdi, o kişi dedi: – Bəs nə deyirsən?!
Ömər dedi: – Bu məsələyə cavab vermək üçün gərək Əli gəlsin.
O kişi Əli (ə.s)-ın gəlişinə qədər gözlədi. Həzrət gəldikdən sonra Ömər o kişiyə dedi: – İndi məsələni Əlidən soruş.
O həzrət cavabında buyurdu: – İslam, küfr (kafirlik) halında baş verən hər bir şeyi məhv edir. Sən öz arvadınla bir daha izdivac edə bilərsən.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.