Osman bilmədi
+5
Müəllif:
Admin | 12-09-2014, 15:00 | Baxılıb: 1 368
OSMAN BİLMƏDİ
Bir nəfərin biri ənsardan, digəri isə Bəni-Haşimdən olmaqla iki arvadı var idi. Ənsardan olan arvadına təlaq verdi və bir neçə müddətdən sonra vəfat etdi. O qadın Osmanın yanına gəlib «ərim vəfat edən zaman təlaq iddəsində idim» – deyə şəhadət verdi və əlavə etdi ki, mən ondan irs aparmalıyam. Osman bu məsələnin hökmünü bilmədi və onu Əli (ə.s)-dan soruşdu, Həzrət onun cavabında belə buyurdu: – Əgər ənsardan olan qadın ərinin vəfat etdiyi zaman təlaqdan üç heyz keçmədiyinə dair and içsə, ondan irs aparacaq, əks halda isə irs aparmayacaqdır.
Osman Haşimdən olan qadına üz tutub dedi: – Eşitdiyiniz bu mühakimə əmioğlunuz Əlinin hökmü idi. Onu qəbul edirsinizmi?
Haşimdən olan qadın dedi: – Bəli. İndi ənsardan olan qadın and içsin və irs aparsın.
Lakin ənsardan olan qadın and içməkdən imtina etdi və irs aparmaq fikrindən döndü
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.