BAKİRƏ QIZIN HAMİLƏ OLMASI
Osmanın xilafəti dövründə qoca bir kişi cavan bir qızla evləndi və bir müddətdən sonra qız hamilə oldu. Qoca kişi o qızın özündən hamilə olmasını inkar edirdi. Hadisəni Osmana dedilər, lakin o bu məsələnin hökmünü bilmədi. Sonra qızdan soruşdu: – Sən hal-hazırda bakirəsənmi?
Qız bu mətləbi iqrar etdi, Osman da ona hədd vurulmasını hökm etdi.
Əli (ə.s) bunu eşitdikdə Osmana buyurdu: – Bəlkə qoca kişi onunla yaxınlıq edən zaman iftizaza (bakirəliyin aradan getməsinə) səbəb olmadan qadının bətni nütfəni cəzb etmiş və hamilə olmuşdur?!
Kişi bunu təsdiq edərək dedi: – Bəli, mən həmişə nütfəni bətnin əvvəlinə tökmüşəm, amma heç vaxt iftizaz hasil olmayıb.
Əli (ə.s) buyurdu: – Bu qadın həmin kişidən hamilədir və o gördüyü bu işə (qadının onun özündən hamilə olmasını inkar etdiyinə) görə ədəbləndirilməlidir.
Osman da o Həzrətin göstərişi əsasında hökm verdi.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri