CAMAATA ƏZAB-ƏZİYYƏT VERMƏK
Bir nəfər başqasına dedi: «Yuxuda gördüm ki, sənin ananla yaxınlıq edirəm.» Kişi qəzəbləndi və Əli (ə.s)-a şikayət edərək dedi: – Bu kişi mənə nalayiq sözlər deyir!
Həzrət buyurdu: – Nə deyir?
Dedi: – Deyir ki, yuxuda mənim anamla yaxınlıq etmişdir.
Əli (ə.s) ona buyurdu: – Sən ona ədalət əsasında cəza vermək istəyirsənsə, mən onu günün altında saxlayım, sən də onun kölgəsinə şallaq vur. Çünki yuxu kölgə kimidir. Amma mən onun özünə şallaq vuracağam ki, bir daha müsəlmana əziyyət verməsin.
Əli (ə.s) Yəməndə olanda o Həzrətə xəbər verdilər ki, bir qız oyun zamanı başqa bir qızı çiyninə almış, bu zaman üçüncü bir qız onu çimdikləmişdir. O da özündən asılı olmayaraq tullanmış, çiynində olan qızı yerə atmış və bu da onun ölümü ilə nəticələnmişdir.
İmam (ə.s) buyurdu: – Öldürülənin diyəsinin üçdə biri onu çiyninə alan qızın, üçdə biri onu çimdikləyən qızın, qalan üçdə biri də onun öz öhdəsinədir ki, oynayarkən əbəs yerə onun çiyninə minmişdir.
Bu xəbər Peyğəmbəri Əkrəm (s.ə.v.v.)-ə çatdıqda onu təsdiqləyərək düzlüyünə şəhadət verdi
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri