![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Übeyy ibni Kə`b Peyğəmbəri Əkrəm (s.ə.v.v.)-in hüzurunda bu ayəni tilavət etdi: «Allah sizin üçün Öz aşkar və gizli ne`mətlərini tamamladı.»
Bu vaxt Peyğəmbər (s.ə.v.v.) Əbu Bəkr, Ömər, Osman, Əbu Übeydə və Əbdürrəhmanın da iştirak etdiyi məclisdə buyurdu: – Deyin görüm, Allahın sizə verdiyi ilk ne`mət hansıdır?
Onların hamısı mal-dövlət, sərvət, qadın və övladdan söhbət açdılar. Sakit olduqları zaman Peyğəmbər (s.ə.v.v.) Əli (ə.s)-a buyurdu: – Ya Əli! Sən də de.
Əli (ə.s) belə sadalamağa başladı: – Allah məni yoxluqdan varlıq aləminə gətirdi, məni cansız və ruhsuz bir şey yox, canlı bir varlıq, ağılsız və unutqan yox, mütəfəkkir və huşlu bir insan qərar verdi. Bədənimdə idrak qüvvələri və şüur qərar verdi ki, onların vasitəsilə istədiyim şeyləri dərk edirəm. Varlığımda ağıl kimi parlaq bir şam qərar verdi, məni Öz dininə hidayət etdi, azğınçılıqdan xilas etdi, əbədi həyata qayıdış yolunu mənim üçün qərar verdi, məni bir kəsin mülkiyyətində olan yox, azad və malik qərar verdi, asimanı, yerləri və onlarda olanları mənim üçün müti etdi. Bizi qadın deyil, halal qadınlarımıza hakim olan kişilər qərar verdi.
Peyğəmbər (s.ə.v.v.) onun dediyi hər cümləni «düz deyirsən!» – deyə təsdiqlədi, sonra buyurdu: – Yenə say!
Əli (ə.s) bu ayəni tilavət etdi: «Və in təuddu ni`mətəllahi la tuhsuha – əgər Allahın ne`mətlərini saymaq istəsəniz, heç vaxt sayıb qurtara bilməzsiniz.»
Peyğəmbər (s.ə.v.v.) təbəssüm edərək buyurdu: – Elm və hikmət sənə halal olsun, ey Əbəl-Həsən! Sən mənim elmimin varisi və məndən sonra ümmətimin ixtilaflarını aradan qaldıransan.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









