QARA DƏRİLİ ATA-ANANIN AĞ DƏRİLİ ÖVLADI
Bir nəfər həyat yoldaşını Ömərin yanına gətirib dedi: – Özüm də, bu arvadım da qara dəriliyik, amma o, ağ dərili bir uşaq doğmuşdur!
Ömər orada olanlara dedi: – Bu barədə sizin nəzəriniz nədir?
Dedilər: – Qadın daş-qalaq edilməlidir, çünki o və əri qara rəngli, övladı isə ağ rənglidir (yə`ni zina etmişdir)!
Ömər o qadının daş-qalaq edilməsinə hökm verdi. Mə`murlar onu cəzalandırmaq üçün apararkən yolda Əli (ə.s)-la qarşılaşdılar. Əli (ə.s) qadına və onun ərinə buyurdu: – Nə olmuşdur?
Onlar başlarına gələni söylədilər. Həzrət o kişiyə üz tutub buyurdu: – Öz arvadını (zinakarlıqda) müttəhim edirsən?
Dedi: – Xeyr.
Buyurdu: – Onunla heyz halında yaxınlıq etmisən?
Dedi: – Bəli. Bir gecə o, heyzli olduğunu iddia edirdi, mən də havanın soyuq olduğuna görə bəhanə gətirdiyini güman edərək onun sözünə əhəmiyyət vermədən yaxınlıq etdim.
O Həzrət qadına üz tutub soruşdu: – Ərin o halda səninlə yaxınlıq etmişdimi?
Dedi: – Bəli.
Sonra Əli (ə.s) onlara buyurdu: – Qayıdın, bu övlad sizin oğlunuzdur. Onun ağ dərili olmasının səbəbi budur ki, heyz qanı nütfəyə qələbə çalmışdır. Böyüdükdən sonra yenidən qara rəngli olacaqdır.
O Həzrətin buyurduğu kimi, uşaq böyüdükdən sonra dərisi qaraldı.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri