Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Beş nəfəri zina edən halda tutub Ömərin yanına gətirdilər. Ömər onların hamısına hədd vurulmasını əmr etdi. Əli (ə.s) da orada idi və hadisənin nəticəsini izləyirdi. Sonra Ömərə üz tutub buyurdu: – Onların barəsində verdiyin bu hökm düzgün deyil.
Ömər dedi: – Elə isə, onların barəsində özünüz hökm verin.
İmam Əli (ə.s) onlardan birini irəli çəkib boynunu vurdu, ikincisini daş-qalaq etdi, üçüncüsünə yüz şallaq vurdu, dördüncüsünə əlli şallaq vurdu, beşincisinə isə yalnız bir neçə şallaq zərbəsi vurdu. Öməri və onun ətrafındakıları heyrət bürüdü.
Ömər dedi: – Ya Əbəl-Həsən! Hamısı eyni günaha batan beş nəfərə beş müxtəlif hökm icra etdin?!
Həzrət buyurdu: – Boynunu vurduğum birinci şəxs zimmi kafir idi. Zimmə şərtlərini pozduğuna görə onun hökmü öldürülmək idi. Daş-qalaq etdiyim ikinci şəxsin öz arvadı var idi və onun zinası «möhsinə» zina idi, onun hökmü də daş-qalaq edilmək idi. Yüz şallaq vurduğum üçüncü şəxs subay idi. Həddin yarısını vurduğum dördüncü şəxs qulam idi və onun da həddi azad insanların həddinin yarısı qədərdir. Bir neçə şallaq zərbəsi ilə ədəbləndirdiyim beşinci şəxs isə dəli idi və onun həddi yoxdur, lakin bir neçə şallaqla tənbeh olunmalı idi.
Bu məsələ ilə əlaqədar nəql olunur ki, Əbdürrəhman ibni Həssan ibni Sabit və Əbdürrəhman ibni Həkəm ibni Əbil-As bir-birini zinakarlıqda müttəhim etdilər. Hadisə Müaviyənin qulağına çatdıqda öz valisi Mərvana göstəriş verdi ki, onları ədəbləndirib tənbeh etsin. Mərvan Əbdürrəhman ibni Həssana səksən şallaq, Əbdürrəhman ibni Həkəmə isə iyirmi şallaq vurdu. Bə`ziləri Əbdürrəhman ibni Həssana dedilər: – Mərvanın səninlə öz qardaşı arasında qoyduğu ayrı-seçkiliyə görə hadisəni Müaviyəyə xəbər ver ki, onu cəzalandırsın.
Əbdürrəhman ibni Həssan onların cavabında dedi: «Allaha and olsun ki, bu işi görmərəm! Çünki Mərvan mənə azad insanların həddini, qardaşına isə qul həddinin yarısı olan iyirmi şallaq vurmuşdur.» Bu söz Mərvana çox ağır oturdu.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |