Qiyamət əcaibləri qorxu doğurur
Qiyamətdə qorxu və vəhşətin səbəblərindən biri, onun misilsiz mənzərələridir. Yəni bəşər yenidən dirilib torpaqdan baş qaldırdığı zaman elə şeylər görür ki, onu heç vaxt dünyada görməyibdir. Dünyada baş verən zəlzələlər nə qədər şiddətli olsa da Qiyamətdəki zəlzələ ilə müqayisə olunası deyil. Qiyamət zəlzələsi elə bir zəlzələdir ki, dağları xarabaya çevirir.
Hamı həyəcanlanar, yalnız öz haylarında olar və özlərini fikirləşərlər.
Hədisdə nəql olunur ki, Rəsuli Əkrəm buyurdu:
"Camaat Qiyamətdə ayaqyalın, başı açıq məhşur olacaq.”
Ümmü Sələmə Həzrətdən soruşdu: "Qadınlar nə halda olacaqlar?”
Rəsuli Əkrəm buyurdu: "O gündə, hər kəsin başı öz nameyi-əməlinə elə qarışacaq ki, başqasına diqqət edə bilməyəcək.” (Başqası ilə maraqlana bilməyəcək.)
Gəminin qərq olması qiyamətin kiçik bir nümunəsidir
Yelkənli gəmilərdə dəryaya səfərə çıxanlar bilirlər ki, dəryada tufan olanda, bəzən dəryanın dibindəki çirkab da suyun üzünə qalxır, dəryadan elə bir dalğa gəlir ki, hətta gəminin içini su basır. Belə olan halda gəmidəki sərnişinlərin yadına heç kəs və heç nə düşmür, elə öz haylarında elə olurlar ki, heç nəyə diqqət yetirə bilmirlər. Qiyamətdə də qadın və kişilər yalnız öz haylarında olarlar.
Xədicə qiyamətin çılpaq vəziyyətindən qorxurdu
Rəsuli Əkrəm bir neçə qadına zamin durdu ki, məhşərə çılpaq vəziyyətdə gəlməyəcəklər. Onlardan biri Fatimeyi-Zəhra əleyha salam, o birisi isə Möminlərin anası olan Xədiceyi Kübra idi. Həmin Xədicə idi ki, Allah-Taala Cəbrailin vasitəsilə ona salam göndərdi. Xədicə o qədər Qiyamətdən qorxurdu ki, Fatimədən xahiş etdi, Allahın Rəsuluna desin, Xədicə öləndə Peyğəmbərin köynəyini onun üçün kəfən etsin. Həmin qadınlardan biri də Əli ibni Əbitalibin anası Fatimə binti Əsəd idi.
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb