Bir nəfər Əli (ə)-dan soruşdu: - "Təkbirətul-ehram" deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki,ALLAH böyükdür, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz. Soruşdu: - Rüku halında boynu (yuxarı) dartmağınmənası nədir?İmam (ə) buyurdu: - Mənası budur ki, ALLAHa iman gətirdim, hətta boynumu vursalar belə.
Soruşdu: - Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki,"Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı səcdədən qaldırmağın mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan";ikinci səcdənin mənası budur ki, "Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan"; başı ikinci səcdədən qaldırmağın mənası budur ki, "Pər- vərdigara! Sən bir daha bizi (Qiyamət günündə) yerdən çıxardacaqsan."O kişi soruşdu: - Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın üstünə qoymağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, "Pərvərdigara! Batili öldür, haqqı bərqərar et və möhkəm saxla." Soruşdu: - Camaat namazında imamın "əssəlamu ələykum" deməsinin mənası nədir?
İmam (ə) buyurdu: - İmam ALLAH tərəfindən olan bir mütərcimdir ki, camaat əhlinə (namaz qılanlara) deyir: Siz Qiyamət günündə ALLAHın əzabından amandasınız.