Həzrət Fatimə (əleyha-səlam) zikrinin uca məfhumları
İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Fatimeyi-Zəhran (əleyha-səlam) zikri bunlardan ibarətdir: Münəzzəhdir bir cəlal sahibi ki, mütəkkəbbir və böyükdür. Münəzzəhdir bir izzət sahibi ki, şəni və mərtəbəsi uca və yüksəkdir, münəzzəhdir bir səltənətin sahibi ki, fəxr və iftixarə sahibdir, münəzzəhdir gözəllik və cəmal sahibi, münəzzəhdir o kəs ki, nur və vüqarla bəzənmişdir. Münəzzəhdir o kəs ki, qarışqanın ayaqlarının əlamətlərini saf və şəffaf daşda görüb, ağaclar və güllərin üzərinə düşən quşlara nəzər salır.
"Allahu Əkbər”in mənası
- Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.
- Allah bütün şeylərdən daha böyükdür.
- Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.
- İmam Sadiq (əleyhis-səlam) buyurur: "Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”
- Hər "Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.
- Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.
- "Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.
- Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.
- Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.
"Əlhəmdulillah”ın mənası
- Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.
- Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.
- Bu zikri demək qəflətləri aradan aparır, nemətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.
- Quranda Allah üçün 100 ad gəlmişdir ki, "Allah” onların ən yığcamıdır.
- "Həmd” kəlməsində Allaha "sitayiş və şükr”dən əlavə ayrı bir mə`nada gizlənmişdir və o "pərəstişdir.”
"Subhanəllah”ın mənası
İmam Sadiqdən (əleyhis-səlam) Allahın bu sözü "Subhanəllah” barədə sual oldu, buyurdu: "Onu (Allahı) pak və münəzzəh bilmək mənasındadır”.
Peyğəmbərin sözü
Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alihi) Təlhə ibn Übeydullahın "Subhanəllah”ın mə`nası barədə soruşduğu sualın cavabında buyurdu: "O, (Subhanallah) Allahı hər yaraşmaz sifətdən pak və münəzzəh bilməkdir.