Günahkarlar tanınar
Məhşərin ilk dayanacağında, Qur᾽ani Məcidin neçə yerində zikr edilmiş bir heyrət vardır ki, gözlərin hərəkəti dayanar. Günahkarların hansı günaha sahib olmasından hamı xəbərdar olar. Dünyada sərxoşluq edənlər məhşərə əlində şərab şüşəsi daxil olarlar. Allah-Taala Öz izzət və cəlalına and içib demişdir ki, hər bir şərabxora içdiyi şərab miqdarında Cəhənnəm həmimi içirdəcəkdir.
Qiyamətdə şərəbxorun mənzərəsi
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki, buyurdu: "Şərabxor Qiyamətdə çöhrəsi qara, gözləri göyərmiş, dodaqları sinəsindən ayağına sallanmış, dili ağzından çıxmış vəziyyətdə gələr. Yanından ötənlər onun qoxusundan əzab çəkərlər.”
Yenə bu barədə buyurmuşdur: "Məni peyğəmbərliyə məb᾽us etmiş Allaha and olsun ki, şərabxor təşnə (susuz) ölər, təşnə halda qəbrə gedər, təşnə halda məhşur olar, min il təşnəlikdən nalə çəkdikdən sonra ona Cəhənnəm həmimi içirdilər.”
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb