Sələmçi və tənburçunun (musiqi aləti) çöhrəsi
+5
Müəllif:
Elya | 19-10-2015, 12:00 | Baxılıb: 522
Sələmçi və tənburçunun (musiqi aləti) çöhrəsi
Sələmçi (ribaxor) qəbirdən baş qaldırdığı zaman qarnı o qədər böyük olar ki, yerə dəyər. Durmaq istərkən bacarmaz və başını aşağı salar. Hamı onun sələmçi olduğunu bilər. Qina (haram çalğı) əhlinin çalğı aləti onun yanında olar. "Ənvari-nö”maniyyə” kitabında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki, buyurdu: "Tənbur sahibi üzü qara məhşur olar, əlində alovdan olan və başına çalınmış tənbur tutar, 70 min əzab mələyi başını, üzünü qamçılayar. Qina əhli-istər çalan, istərsə də oxuyan-kar, kor və lal məhşur olar.
İkiüzlülər və iki alov dil
Rəvayət olunmuşdur ki, xalqla münasibətdə ikiüzlü, ikidilli olanların, adamların yanında bir cür, arxasında başqa cür danışanların Qiyamətdə alovdan iki dili olacaqdır. Öz dilləri ilə adamları incidənlərin dilləri boyunlarının arxasından çıxarılacaq.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.