» » Cənnətdəki rahatlıq dünyadakı qorxunun bəhrəsidir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Cənnətdəki rahatlıq dünyadakı qorxunun bəhrəsidir
    +10
    Müəllif: RuQeYyA | 20-07-2015, 21:00 | Baxılıb: 1 320
     
     
    Cənnətdəki rahatlıq dünyadakı qorxunun bəhrəsidir
     
    «Ey Əbuzər! Allah-təala buyurur: «Mən öz bəndəm üçün iki qorxunu və eləcə də, iki asayişi bir yerdə vermirəm. Əgər o bu dünyada Məndən amandadırsa, o biri dünyada onu qorxudacağam; əgər bu dünyada məndən qorxub, çəkinərsə, qiyamət günündə onu amanda saxlayacağam».
    Əgər bəndənin bu dünyada ilahi əzabdan qorxusu olsa, qiyamət qorxusundan, ilahi əzabdan amanda olacaqdır. Allahdan qorxmaq, ilahi əzabdan qorxmaq mənasınadır ki, bəndə ilahi təkliflərini layiqincə yerinə yetirmədikdə və ya əyər-əskikliyi olduqda ona düçar olur.
    Deməli, dünyada Allahdan qorxan kəsin qiyamət günündə heç bir nigarançılığı olmayacaq, xatircəmlik və tam təhlükəsizlik hissi keçirəcəkdir. Necə ki, Allah-təala buyurur:
    «Allah dərgahından qorxan, allahpərəst olan və nəfsani istəklərdən uzaq olan hər kəsin yeri cənnətdir»(«Naziat» surəsi, ayə 40-41.).
    Cənnətin Allah nemətlərindən bəhrələnmək yeri olduğu və oranın əhlinin qəmsiz-qorxusuz ömür sürmələri barədə Allah-təala buyurur:
    «Yaxşı əməl sahiblərinə (əməlləri müqabilində) mükafat olaraq daha yaxşısını verərik və (onlar) qiyamətin qorxu-hürküsündən amanda qalarlar»(«Nəml» surəsi, ayə 89).
    Başqa bir yerdə isə belə buyurur:
    «Allahın hökmünə təslim olub yaxşı işlər görənlərin əcri Allah yanındadır və onlar üçün nə qorxu olacaq, nə də qəm-qüssə»(«Bəqərə» surəsi, ayə 112.).
    Qəlbində Allah xofu olmayan, əksinə olaraq dünyada qürur hissi ilə yaşayıb heç bir nigarançılıq və iztirab keçirməyən adam, qiyamətdə xof içində olub, ilahi əzaba giriftar olacaq və həmişəlik olaraq həmin əzabı dadacaqdır.
    Allahın məkrindən qorxub çəkinməməyin nəticəsi, günaha aludə olmaqdır. Çünki insan özünü hər işdə azad hiss edəndə və qorxu, məsuliyyət hissi daşımayanda günahdan da çəkinmir. Təbiidir ki, insanı günaha sürükləyən dünyadakı qürur hissinin olması, axirətdə ilahi əzab və təhlükələrlə nəticələnir. Bu barədə Allah-təala buyurur:
    «(İlahi əzabdan çəkinməyib, qorxmayıb) tüğyan edən və dünya həyatına üstünlük verən adamın mənzili cəhənnəm olacaqdır»(«Naziat» surəsi, ayə 37-38.).
    Peyğəmbərin (s) bu bölümdə açıqlamaq istədiyi məsələ budur ki, insan müəyyən işlər görməklə, qəlbində Allah xofu hasil edə bilər. İnsan Allah qorxusunun məqsədəuyğun olmasını və səadətə yol açdığını dərk edəndən sonra belə bir sualla qarşılaşır ki, həmin qorxunu özündə necə əmələ gətirsin? Cavabında deyə bilərik ki, bir sıra müqəddimələrə zəmin yaratmaq və bəzi məsələlərə diqqət yetirməklə, bu hal insanda zühur edir. Hərdən insan bəzi şeyləri bilir, lakin bildiklərinə diqqət yetirmədiyi üçün onun etiqadı və elmi süst və solğun olur. Həmin şəxs qafilliyə qapılır, nəticədə həmin bilik və etiqad öz lazımı təsirini göstərə bilmir. Lakin insan, xofu vücuda gətirən amillərə diqqət yetirəndə və diqqətini həmin qorxuda mərkəzləşdirməyə səy edəndə, bu hiss onda artmağa başlayır və rəftarına təsir göstərir.
    Başqa bir nöqtə budur ki, insan elə bir mərhələyə yetişə bilər ki, eyni zamanda iki əks hissi – qəmi və şadlığı özündə yaşada bilər. Zəif insanlar eyni zamanda həm şad və həm də qəmli ola bilmirlər. Bir anda ya hüznlü olurlar, ya da şad. Nəfs güclü və kamil olanda, mümkündür ki, vahid anda bir cəhətdən sevincli olsun, digər cəhətdən məhzun; get-gedə nəfsin və ruhun təkamülü nəticəsində elə bir mərhələyə çatsın ki, sevinc və qəmin müxtəlif növlərini özündə cəm etsin.
    Bildiyimiz kimi övliyalar xof və sevincin müxtəlif növlərini özlərində cəm edə bilmişlər. Həmin məqama çatmış insanlar, vahid anda müxtəlif nəfsani hal və xüsusiyyətlərə malik olur və eyni zamanda fərqli halların təsirlərini özlərində zahir etdirə bilirlər.
     
    Kitabın adı: Axirət azuqəsi
    Müəlllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 21 Temmuz 2015 13:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun Allah qelbime ele bir qorxu qoysunki gunahla aramda awilmaz bir dag olsun gunahim coxu boyukdu  savab emelimse az  Allah bizdere rehm edsin dunya emmelerinden kecindirmekle cennet gozeliyin nesib edsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.