» » Şeytandan uzaqlaşmaqda günaha edilən diqqətin rolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şeytandan uzaqlaşmaqda günaha edilən diqqətin rolu
    +5
    Müəllif: RuQeYyA | 31-07-2015, 17:00 | Baxılıb: 2 166
     
     
    Şeytandan uzaqlaşmaqda günaha edilən diqqətin rolu
     
    Deyilənlərdən daha yüksəyini Həzrət (s) sonrakı cümlədə buyurur:
    «Ey Əbuzər! Elə Allah bəndəsi də var ki, etdiyi günaha görə behiştə gedir». Dedim: «Ey Allahın peyğəmbəri, atam-anam sənə qurban, bu necə olan işdir? Rəsuləllah buyurdu: «O, daim günahını gözləri qarşısına gətirib tövbə edir və Allaha pənah aparır. O vaxta qədər ki, sonda cənnətə daxil olur».
    Hərdən bəndə bir günaha batır və onun nəticəsində nigarançılıq və iztirab içərisində olur. Həmin qorxu və nigarançılıq onun tövbə edib, Allaha pənah gətirməsinə səbəb olur; bununla da, yaxasını şeytanın cəngindən qurtarmış olur. Qəflətdən və nəfsani istəklərdən nicat tapıb, bir daha günaha bulaşmır və nəticədə, behiştə daxil olur. Bəlkə də, həmin günah ondan baş verməsəydi, belə bir hal da yaranmayacaqdı.
    Həzrətin (s) bu bəyanı insanı özündə Allah qorxusu hissini yaratmağa rəğbətləndirmək üçündür. İnsan günaha batdıqdan sonra onun günahlarının yuyulması və sonda Allaha üz tutub behiştə daxil edən belə bir qorxu hissi elə də dəyərsiz deyildir. Belə olan surətdə, onun ələ gətirilməsi üçün çalışmaq lazımdır.
     
     Hüzn və xofun mahiyyətinin araşdırılması və və Allahdan qorxunun mənası

    Bu bölümə qədər olan bəhslər rəvayətlərdə keçən hüzn və xofa aid idi. İndi isə qarşıya çıxa biləcək bəzi suallar və onlara verilən cavablar ətrafında söhbət açacağıq. Əlbəttə, bu sualların əxlaqi bəhslərə birbaşa aidiyyəti yoxdur.
    Belə suallardan biri budur ki, hüzn halının olması yaxşıdır, yoxsa pis? Əgər yaxşıdırsa, niyə bəs Allah öz övliyalarının vəsfində buyurur:
    «Onlar üçün (qiyamətdə) nə bir qorxu vardır, nə də hüznlü olarlar». Əgər pisdirsə, niyə Peyğəmbər (s) başqalarını bu iki xisləti özlərində daşımağa rəğbətləndirir və həmçinin buyurur:
    «Bu iki sifət günahların bağışlanmasına səbəb olur».
    Cavabında belə demək olar: Xof və hüzn özü-özlüyündə, onların ikisinin də nəyə aid olduqlarını nəzərə almadan nə yaxşıdırlar, nə də pis. Əvvəl baxıb görməliyik ki, həmin xof və hüzn nədən yaranmışdır və nəyə görədir? Allahdan və Onun əzabından olan qorxu bəyənilir, çünki insanı daha çox Allaha ibadətə, itaətə və günahlardan çəkinməyə sövq etdirir; nəticədə, insana öz vəzifəsinə əməl etməsinə, səadət yolunu tapıb cənnətlik olmasına kömək edir. Bunun qarşısında dünyaya görə qorxub hüznlənmək pislənir və təqdir olunmazdır. Çünki dünyaya meyl göstərib, ona ürək bağlamaq bəyənilmir, xüsusilə də ondan qorxmaq.
    Başqa bir sual budur ki, Allahdan qorxmaq nə deməkdir və nə məna daşıyır?
    Cavabında deyirik: Allahdan qorxu – insanın özündən qorxması və mürtəkib olduğu əməllərə qayıdır; halbuki Allah-təala rəhmət və mərhəmət mənbəyindən başqa bir şey deyil. Allahdan qorxmaq ona görədir ki, O, şiddətli əzaba düçar edəndir. İnsanın etdiyi hər bir yaxşı və pis əmələ göz yummur; hər bir şeyin haqq-hesabını çəkir.
    Qeyd olunması zəruri olan nöqtələrdən biri də budur ki, ümumi bir bölgüdə Allahdan qorxunu üç təbəqəyə bölmək olar:
    1. Cəhənnəmdə veriləcək ilahi əzabdan olan qorxu;
    Bu təbəqəyə adi insanlar aiddir. Əksər insanlar cəhənnəm və ilahi əzabın qorxusundan öz vəzifələrinə əməl edib günahdan uzaq gəzərlər. Əlbəttə, bunu da deməliyik ki, bu mərtəbə mənəvi təkamülün ilkin pilləsində qərar tutmuş, təzə qədəm götürmüş insanlar üçün olduqca dəyərlidir. Bu qorxu təsirli olduğu surətdə və insanın günahdan uzaqlaşdığı təqdirdə, ilahi əzabdan qurtuluşa və səadətə səbəb olur.
    2. Cənnət nemətlərinin itirilməsi üçün keçirilən qorxu;
    Bəziləri cənnət nemətlərindən məhrum qalacaqları qorxusu ilə günaha mürtəkib olmur və öz vəzifələrinə əməl edirlər. Həqiqətdə, behiştin tamahı onları Allaha itaət edib, şeytandan uzaqlaşmağa vadar edir. Bu təbəqənin adamları öncəki təbəqənin adamlarından bir mərtəbə yüksəkdədirlər.
    3. Allaha yaxın olmaq və Onunla görüşdən məhrum olmaq səbəbi ilə yaranan qorxu.
    Bu qorxu ona görədir ki, insan bir növ Allahın ondan üz döndərməsindən, ona etinasız olmasından qorxur və Allahın ona göstərdiyi mehr-məhəbbətin əskilməsindən xoflanır. Sözsüz ki, bu mərtəbə öncəki mərtəbələrin ikisindən də yüksəkdədir və Allah dərgahının aşiqlərinə məxsusudur. Bunlar o kəslərdir ki, səyləri ancaq Allaha qovuşmaq üçündür. Onlar axirət savabı və əzaba diqqət yetirməzlər; həqiqətdə, elə şeyləri dərk edir və elə şeyləri arzulayırlar ki, dəyərləri olduqca yüksəkdir.
    Bu təbəqənin daha aydın dərki üçün bir misal çəkmək yerinə düşərdi:
    Belə fərz edin ki, biz imam və ya hər hansı möhtərəm bir şəxs tərəfindən qonaqlığa dəvət edilmişik. Hamı da bilir ki, belə bir qonaqlıqda onları yaxşı yeyib-içmək gözləyir. Mümkündür, bir sıra adamlar nigaran olsunlar ki, birdən gecikərlər və o naz-nemət əldən çıxar. Bəziləri də ürəklərində deyirlər:
    «Bu gün bayramdır, yəqin ki, imam bizə hədiyyə də verər. Onların qorxusu budur ki, birdən gecikərlər, hədiyyə də əldən çıxar. Bu dəstənin səyi birinci dəstədən daha artıqdır. Bu dəstə üçün o qədər də mühüm deyil ki, qonaqlıqda ac qalacaqlar, yoxsa tox; əhəmiyyətli olan odur ki, imam tərəfindən hədiyyə almış olsunlar.
    Üçüncü dəstə o adamlardır ki, ancaq imamın ziyarəti onlar üçün əhəmiyyət kəsb edir. İmamı yaxından görüb, ziyarət etməkdən başqa heç bir şey onlar üçün dəyərli deyil. Bu dəstəyə imamın onlara gözucu baxıb təbəssüm etməsi hər şeydən artıqdır.
    İnsanların mərifət və səyləri əsasında bir-birinə olan dostluq və əlaqələrinin fərq və mərtəbəsini, eynilə onların Allahdan olan qorxuları arasında da görmək olar.
    Rəvayətlərin birində imam Sadiq (ə) Allaha bəndəçiliklə əlaqədar olaraq bu üç mərtəbənin zikrində belə buyurur:
    «Bir dəstə insanlar qorxu üzündən Allaha ibadət edərlər. Bu dəstənin ibadəti qulların ibadətidir. Başqa bir dəstə savab və veriləcək hədiyyənin tamahı ilə Allaha ibadət edərlər. Bu da muzdurların ibadətidir. Başqa bir dəstə Allaha məhəbbət və bağlılıqları üzündən ibadət edərlər. Bu azad təbiətli insanlara aid olub, ibadətlərin ən üstünü sayılır»(«Biharul-ənvar», cild 70, səh. 236.).
    Allahdan qorxan adamın qorxusu hərdən cəhənnəmə görə olur. Belə ki, əgər cəhənnəm əzabı onun üstündən götürülsə, artıq heç bir nigarançılığı olmaz. Əlbəttə, bu mərtəbə küfr və imansızlıqla müqayisədə, olduqca dəyərli bir məqamdır. Bu, Allaha, qiyamət və qiyamət günü Allahın günahkar bəndələrə əzab verəcəyinə olan imanın nəticəsidir. Lakin özünü bu mərtəbəyə yetişdirmiş insanın mənəvi kamal yolunda göstərdiyi səyi olduqca azdır. Bu təbəqənin adamları ərbablarının verəcəyi işkəncənin qorxusundan onların əmrlərini yerinə yetirən qullar kimidirlər. Bəziləri Allahdan, behişt nemətləri əllərindən çıxacağı üçün qorxurlar. Hətta əzab olmasa belə, qorxurlar ki, Allahın nemətlərindən məhrum olsunlar. Bu iki dəstənin qabağında elə dəstə də var ki, əgər cənnət və cəhənnəm olmasaydı belə, yenə də Allahın onlara olan məhəbbət və şəfqət nəzərində etinasızlığa düçar ola biləcəklərini düşünəndə, canlarını qorxu bürüyür.
    Quranda Allahın kafirlərə etinasızlığı, ən böyük ilahi əzablardan biri kimi qeyd edilir:
    «Allah (qəzəblənib) onlarla danışmaz və qiyamət günündə onlara rəhmət baxışları ilə baxmaz»(«Ali-imran» surəsi, ayə 77.).
    Dərk edən üçün etinasızlıq hər əzabdan daha şiddətlidir. Əgər insan bir müddətdən sonra ata, dost və ya müəlliminin yanına gedib onlar tərəfindən etinasızlıq, diqqətsizlik görərsə, bu dərd ona hər əzabdan daha ağır gələr.
    Zehnimizdə belə bir sual da yarana bilər ki, bəs məsum imamlarımız (ə) nə üçün Allahdan qorxurdular? Onlar ki, məsum idilər, cənnətin və cəhənnəmin ixtiyarı, habelə ümmətin şəfaəti onların əlində idi. Belə bir məqamı daşıyan niyə Allahdan qorxmalıdır və bu qorxu onların məsumluq dərəcələri ilə necə uzlaşır?
    Qısa cavab budur: İsmət, məsumluq günahı tərk edib haramdan uzaqlaşmaq mənasındadır. İsmət o demək deyil ki, «İlahi rizvan» da məsuma veriləcəkdir. Günah etməyən kəs, sözsüz ki, cəhənnəmə daxil olmayacaqdır, lakin haradan bilək ki, Allahın xüsusi diqqət və qayğısı da onunla olacaqdır. Allahın inayətindən, ilahi rizvandan məhrum qalmaq qorxusu, ilahi əzabın qorxusundan daha yüksəkdir.
    Bu sualın həqiqi və müfəssəl cavabı bizim dərkimiz həddində deyil. Çünki biz Əhli-beytin məqamını dərk edə bilmərik. Necə də bilək ki, onlar hansı ruhiyyədə idilər, nə edirdilər və halları necə idi? Əlimizdə olan dəlillərə istinad edərək öz halımızla müqayisədə, qısa olaraq öz dərkimiz həddində onların ruhiyyələrini başa düşürük. Lakin işin həqiqəti bizə məlum deyil və onu olduğu kimi söyləməkdə acizik.
     
    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 31 Temmuz 2015 23:42 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacı çox deyerli sözlərdir 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 31 Temmuz 2015 18:08 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN COX GOZEL BILMEYIMIZ VACIB OLAN MEQALEDIR KI YERLESDIRMISINIZ ALLAH KOMEYINIZ OLSUN ALLAH BIZLERI AXIRETDE CENNET EHLINDEN QERAR VERSIN AMIN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.