» » Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-09-2014, 14:00 | Baxılıb: 1 492
     

      Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir 

    Səbr çox mühüm bir məsələdir. Həzrət Sadiq əleyhis-salam buyurur:
    "Səbrlə imanın münasibəti, başla bədənin münasibəti kimidir.” Əgər başı bədəndən ayırsalar, bədən cansız cəsəddən başqa bir şey deyildir. İmam əleyhis-salam buyurur: "Dinin başı səbrdir.” 
    Səbr nəfsi həbs etmək, həvayi-nəfsin   qarşısını almaq, onu şəriət və əqlin tələbinə uyğun olaraq əməl etməsinə vadar etməkdir. Məsələn, səbrin bir növü baş verən müsibətlərdə səbr etməkdir. Əgər bir şəxsin əzizi əlindən getsə, gərək səbr etsin.
    Bir nəfərin oğlu ölmüşdü, çox ahü-fəğan edirdi. Həzrət Riza əleyhis-salam ona bir məktubda yazdı: "Sənin oğlunun ölümündə səbirsizlik etməyinin səbəbi budur ki, özün axirət səfərinə getməyi fikrinə gətirmirsən. Sənin ahü-nalə etməyin, axirət səfəri üçün bir şey tədarük görməməyin, oğlunun  ölümündəki müsibətdən daha böyükdür.”
    Sümaət ibni Mehran Mədinədə Həzrət İmam Musəbni Cəfər əleyhis-salamın hüzuruna gəldi. Həzrət buyurdu: "Nə oldu ki, həccə getmədin? Əzr etdi ki, mal-dövlətim əlimdən getmiş, borclarım həddindən ziyadə çoxalmışdır. Əgər dostlarım mənim zəhmətimi çəkməsəydilər, bu səfərə gələ bilməzdim. Həzrət buyurdu: Səbr et ki, qurtuluş hasil olsun. Əgər səbr etməsən, Allah tərəfindən müqəddər olunan şeylər baş verəcəkdir. ("Üsuli-kafi”)
     
     Haram işləri tərk etməkdəki səbr

    Səbrin bir növü də haram işləri tərk etməkdə olan səbrdir. Məsələn, cavan  insanda şəhvət qüvvəsi çox güclüdür, amma bununla belə, heç bir maneə olmadan əcnəbi qadınla rastlaşdıqda ona baxmır. Yaxud fəqir bir şəxs, camaatın onun yanında əmanət qoyduğu şeylərə xəyanət etmir. Qısası budur ki, insan öz inadkar, tüğyançı nəfsinin qarşısını alır ki, harama düşməsin. Bu səbrə "haram işi tərk etməkdə səbir” deyilir.
    Böyük şəxsiyyətlərdən, imanlı bir şəxsin həyatında yazıblar ki, günlərin birində küçədən keçəndə bir nəfər damın üstündən onun başına kül tökür. Həmin şəxs dedi: "Şükür olsun Allaha! Mən günahkar bir şəxsəm. Layiq idi ki, mənim başıma daş düşsün. Allaha şükr olsun ki, başıma daş deyil, kül tökdülər.”
    Məqsəd budur ki, o Mömin kişi bu işin müqabilində səbr edib əsəbiləşmədi və nalayiq sözlər danışmadı.
    Əbu Bəsir İmam Cəfər Sadiq əleyhis-salamdan belə nəql edir:
    Həzrət buyururdu: Doğrudan da azad insan hər bir halda azaddır. Əgər onun üçün bir çətinlik baş versə, onun müqabilində səbr edəcək. Əgər ona müsibət üz versə, hətta əsir olsa və ya zahirdə məğlub olsa da, ağır təzyiqlərə məruz qalsa da. Necə ki, Yusif əleyhis-salam belə oldu: onu özlərinə qul etdilər, əsir etdilər, amma öz azadlığını əldən vermədi. Quyuya atıldığı zaman quyunun vəhşəti, qaranlığı ona heç bir ziyan çatdırmadı, nəhayət Allah ona minnət qoyub zülmkar və inadkar padşahı ona qul etdi. Həzrət Yusif əleyhis-salam onun maliki olandan sonra Allah onu öz Rəsulu etdi. Onun vasitəsilə bir ümmətə rəhm etdi. Həmçinin, səbrin ardınca çoxlu xeyirlər də gəlir. Siz də səbr edin, savab qazanın.
    İmam Sadiq əleyhis-salamın buyurduqlarının şərhi bundan ibarətdir ki, azad insan (yəni, nəfsdən, nəfsani ehtirasların tələbindən azad olmaq, cismani ləzzətlərin əsiri olmamaq) o şəxsdir ki, nəfsi və şeytan onu təfritə və ifrata vadar edə bilməsin. Əllamə Məclisi (r.ə) bu hədisin şərhində buyurur: İmamın buyurduğu "Yusifə ağalıq edən zülmkar malik onun qulu oldu” kəlamının mənası budur ki, həmin padşah Həzrət Yusif əleyhis-salama müt”i, onun əmrlərinə tabe oldu. Sonra Sə”ləbədən və s. şəxslərdən nəql edir ki, Misirin məliki, padşahının adı Rəyyan ibni Vəlid idi. Yusif əleyhis-salamı pulla alan şəxs Misirin əzizi və onun vəziri idi. Adı da Qətfir idi. Həzrəti Yusif əleyhis-salam padşahın yuxusunu yozandan sonra Qətfiri vəzirlikdən çıxardıb, Həzrəti Yusifi onun yerinə təyin edərək Misir hökumətini ona verdi, xilafət tacını onun başına qoydu. Sonra padşahlıq taxtına keçirtdi. öz üzüyünü ona verdi. Qətfir də həmin vaxtlarda dünyadan getdi. Sonra padşah Züleyxanı Yusif peyğəmbərə ərə verdi. Bu evlənmədən iki oğlan uşağı dünyaya gəldi. Birinin adı Fəraim, o birinin adı isə Mişa idi. Misirlilərin qəhətliyə düçar olduqları yeddi ildən birinci ilinin başlanğıcında Yusif əleyhis-salam taxılı samanı ilə birlikdə ehtiyat edərək anbara yığmışdı. Birinci il misirlilər gəldilər və nəqd pul ilə onları aldılar. Nəqd pulları qurtarandan sonra ikinci il öz lə”l-cəvahiratlarını, zinət əşyalarını gətirdilər. Əvəzində isə yeyinti məhsulları alırdılar. Elə ki, bəzək əşyaları da qurtardı, üçüncü ildə öz mal-heyvanlarını gətirib verir, əvəzində isə çörək alırdılar. Bunlar da qurtardıqdan sonra dördüncü ildə öz qulamlarını və kənizlərini verir, yemək alırdılar. Bunlar da qurtarandan sonra beşinci il evlərini, torpaqlarını və qalan mal-dövlətlərini verdilər, özləri üçün heç nə qalmadı. 6-cı il övladlarını qul kimi onlara satdılar. Xülasə, yeddinci ildə özlərini qul kimi Yusifə pulla satdılar. Misir ölkəsində olan əhalinin hamısı bir nəfər kimi Yusif peyğəmbərin qulamı oldular. Sonra Həzrəti Yusif hamısını azad etdi, mal-dövlətlərini özlərinə qaytardı. Sonra aydın oldu ki, Allah Yusifi, onların Yusif peyğəmbəri öz mülkləri və qulam etdikləri işlər müqabilində bütün misirlilərin və onların mal-dövlətlərinin maliki qərar vermişdir. Səbrin səmərəsi budur. Allaha itaət və bəndəçiliyin səmərəsi budur. İmam əleyhis-salamın "Allah Yusifin səbri vasitəsilə bir ümmətə rəhm etdi” deməsində məqsəd budur ki, onu öz rəsulu seçib onları imana dəvət etdi. Sonra onları əbədi fəlakətdən xilas etdi. Həmçinin, o Həzrətin tədbirli işləri vasitəsilə (buğda və arpanı yeddi il müddətində qoruyub saxlaması kimi) misirlilərə qəhətlik bəlasından nicat verdi. Nəql olunub ki, Züleyxa Yusif peyğəmbərin yanına çatanda dedi:
    "Həmd olsun Allaha ki, bəndələri itaət səbəbi ilə padşah, padşahları isə günah və məsiyət səbəbi ilə qul edir.” Həmçinin, nəql olunur ki, Züleyxa o Həzrətlə yoldaş olmaq bərəkətinə, ibadət və ilahi mərifətlərinə görə öz dövranının qadınlarından fəzilətli oldu. Deməli, səbr öz ardınca çoxlu fəzilətlər, gözəl nəticələr, bərəkətlər və çoxlu savab gətirir. Qeyd olunanlar Allah-Taalanın bu ayədə öz peyğəmbərinə buyurduğu "müşriklərin sənə etdikləri əzab-əziyyətlər və müsibətlər qarşısında səbrli ol”, kəlamının mənasını başa düşməyə kifayət edər.
    Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in səbri həqiqətən möcüzə idi. Allahın peyğəmbərə səbrli olmasını əmr etməsi nəticəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm səbr etdi. Onun səbri bir növ möcüzə idi. Müşriklər o Həzrətə qarşı olduqca çox əziyyətlər rəva görürdülər: başına kül tökürdülər, Məkkənin quldur başçıları 10-15 yaşında uşaqları vadar edirdilər ki, o Həzrəti məsxərə etsinlər. Əbu Talib və Xədicə əleyhis-salam vəfat edəndən sonra Peyğəmbərin əmisi olan Əbu Ləhəb (bütün düşmənlərdən çox düşmənçilik edirdi) müşriklərin köməyi ilə O Həzrətə o qədər əzab-əziyyət etdi ki, Həzrət məcbur olurdu ki, evdən çölə az-az çıxsın. Onların etdikləri əzab-əziyyətlər o yerə çatdı ki, Əbu Ləhəb özünün inadkarlığı ilə belə dedi ki, "Mühəmməd məndəndir!” və qohumluq qeyrəti cuşa gəldi.
     
    Kitabın adı: Quran və qiyamət
    Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 23 Eylül 2014 07:34 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH HER KESE SEBIR VERSIN SEYTANIN FITNE FESADINDAN UZAQ ETSIN INSALLAH
     


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Rebbim sene geldim | Status: İstifadəçi Offline | 12 Eylül 2014 07:58 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsu bacim... Allah sebir edenledir....

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 11 Eylül 2014 21:17 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım.Allah hər birimizə səbr versin.Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 11 Eylül 2014 20:00 | İstifadəçi | Şərh yazdı
    SƏBR  İLAHİ  MÜJDƏDİR~~~~ALLAH  RAZI OLSUN BACIM~~~~
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.