Namazda məkruh olan şeylər
Məsələ 1144: Namazda əvvəl deyildiyi kimi,
«qiblədən dönmüşdür» deyilməyəcək şəkildə, üzünü bir az sağa və ya sola
çevirmək məkruhdur, belə ki, arxasından bir miqdarını görə bilməyəcək qədər
dönərsə; Əks təqdirdə namaz batil olur. Həmçinin, namazda gözləri yummaq, ya
sağa-sola döndərmək, əli və sağ qolu ilə oynamaq, barmaqlarını bir-birinə keçirtmək,
ağzının suyunu çölə atmaq, Qur`anın, ya kitabın, ya da üzüyün yazısına baxmaq,
Həmd, surə və zikr deyən vaxt bir nəfərin sözünü eşitmək üçün, sakit olmaq
məkruhdur. Ümumiyyətlə xüzu` və xüşu`nu aradan aparan işlərin hamısı məkruhdur.
Məsələ 1145: İnsanın yuxusu gələn vaxt,
həmçinin, bövl və ğaitdən özünü saxlayan vaxt namaz qılması məkruhdur.
Həmçinin, namazda ayağı sıxan dar corab geymək məkruhdur. Qalan məkruhat
müfəssəl kitablarda deyilmişdir.