Təxəllinin müstəhəbbatı və məkruhatı
Məsələ 75: İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması,
təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ
ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol
ayağına salması müstəhəbbdir.
Məsələ 76: Təxəlli vaxtında Günəşlə və ya Ayla
üzbəüz oturmaq məkruhdur. Amma əgər övrətini bir şeylə örtsə məkruh deyildir.
Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən
ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl
ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma
əgər məcbur qalarsa və ya zikr edərsə işkalı yoxdur.
Məsələ 77: Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək,
suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.
Məsələ 78: Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından
bədənə küllü bir zərər yetişsə, haramdır.
Məsələ 79: İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən
sonra bövl etməsi müstəhəbbdir.