Cünüb şəxsə məkruh olan şeylər
Məsələ 355: Doqquz şey cünuba məkruhdur:
1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü
yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız
əllərini yusa kərahəti azdır.
3. Qur`anın vacib səcdəsi olmayan surələrdən
yeddi ayədən artıq oxumaq.
4. Bədənindən hər hansı bir yerini Qur`anın
cildinə, haşiyəsinə, ya yazılarının arasına toxundurmaq.
5. Qur`anı özü ilə, öz yanında gəzdirmək.
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun
olmamağı səbəbinə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.
7. Həna və buna bənzər şeylərə boyanmaq.
8. Bədənə yağ çəkmək.
9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric
olandan) sonra cinsi əlaqədə olmaq.