Cünub şəxsə haram olan şeylər
Məsələ 354: Cünuba beş şey haramdır:
1. Öz bədənindən hər hansı bir yeri Qur`anın
yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin,
İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.
2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə
girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən
İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil
olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.
4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə
qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil
olmasa belə.
5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu
dörd surədədir:
32-ci «Səcdə» surəsi;
41-ci «Fussilət» surəsi;
53-cü «Nəcm» surəsi;
96-cı «Ələq» surəsi.