Namazın təqibi
Məsələ 1109: Müstəhəbbdir ki, insan namazdan
sonra bir qədər tə`qibatla məşğul olsun. Yə`ni zikr, dua və Qur`an oxusun. Daha
yaxşısı odur ki, öz yerindən hərəkət etməmişdən və dəstəmazı, qüslü və ya
təyəmmümü batil olmamışdan əvvəl, tə`qibi üzü qibləyə oxusun. Tə`qibin ərəb
dilində olması da lazım (vacib) deyildir. Amma yaxşıdır ki, dua kitablarında
göstəriş verilən şeyləri oxusun. Artıq tapşırılan tə`qiblərdən biri,
Həzrəti-Zəhra (səlamullahi ələyha)-nın təsbihidir; Yə`ni otuz dörd dəfə «Əllahu
əkbər», otuz üç dəfə «Əlhəmdu lillah», otuz üç dəfə «Subhanəllah» desin.
«Subhanəllah»ı, «Əlhəmdu lillah»dan əvvəl də demək olar. Amma yaxşıdır ki,
«Əlhəmdu lillah»dan sonra deyilsin.
Məsələ 1110: Namazdan sonra şükr səcdəsi etmək
müstəhəbbdir. Belə ki, şükr səcdəsi məqsədilə alnını yerə qoyması kifayətdir.
Amma yüz dəfə və ya üç dəfə, hətta bir dəfə belə, «Şukrən-lillah» və yaxud
«şukrən» ya «Əfvən» deməsi daha yaxşıdır. Habelə insana bir ne`mət çatdığı və
ya bir bəla ondan uzaqlaşdığı zaman şükr səcdəsi etməsi müstəhəbbdir.