» » Sual və cavablar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sual və cavablar
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 30-08-2014, 23:14 | Baxılıb: 1 893
     
     
    Sual və cavablar

    Sual 1:  Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərinə:
    Əvvəlcə salam və ehtiramımı ərz edib öz problemlərimə görə qiymətli vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm. Mən "biznes” sahəsində fəaliyyətə qoşularaq bütün var-yoxumu əldən çıxarmışam. Bu üzdən, düşdüyüm ziyandan çıxmaq, borclarımı qaytarmaq üçün hara müraciət edirəmsə bir şey çıxmır. İxtiyarımda olan mülkü satıb bu yolla camaatın borcunu qaytarmaq istəyirəm, amma işlərim alınmır. Buna görə də əlim hər yerdən üzülüb. Məsələn, mülkü satışa çıxarıram, çoxlu müştəri tapılır,... işin əvvəli yaxşı gedir, amma sonda bir nəticə çıxmır. Sizdən acizanə xahiş edirəm ki, mənim əlimdən tutasınız. Ümidvaram, sizin xeyir-duanız və hidayətinizlə mənim çətinliyim həll olsun.
    Cavab:  "Allahın adı ilə. Şərəfli "istiğfar” zikrini çox təkrar edin və bu zikri deməkdən yorulmayın. Allah sizə tofiq versin! Vəssəlam.
    Sual 2:  Həzrət Ayətullahul-Üzma Behcətin mübarək məhzərinə:
    Salam əleyküm. Bildiriş üçün deyim ki, mən Gilan vilayəti Rudsər şəhərinin ətraf kəndlərindən birinin sakiniyəm. Sənətim fəhləlikdir. Bir neçə il olar ki, ailə qurmuşam. İki övladım var. Uşaqlıq illərində ata-anamı itirib yetim böyümüşəm. Ailə qurduğum ilk illərdə dolanışığım yaxşı idi. Özümə bir ev də tikmişdim. Amma yeni evə köçəndən  sonra müxtəlif problemlərlə qarşılaşmalı oldum. Qazancım orta həddədir. Lakin qazancımın çoxusu dərmanlara, xəstəxanalara xərclənir. Ümumi götürsək, gəlirimin 90 faizi özümün, yoldaşımın, ya da uşaqların xəstəliklərinə–həkimlərə, dava-dərmana sərf olur. Bu vəziyyət neçə ildir davam edir. Xəstəliklərin çoxusu birdən-birə, gözləmədiyimiz halda qarşıya çıxır. Bəziləri bizim bu halımıza baxıb deyirlər: Sizi tilsimə salıblar, ya da gözə gəlmisiniz. Özüm də bilmirəm bu qədər problem haradan yaranır, niyə bu qədər çətinliklərə mübtəla oluruq. Bunun üçün də sizdən xeyir-dua zikri və xüsusi əməli tapşırıqla kömək etməyinizi xahiş edirəm.
    Cavab:  "Allahın adı ilə. Sədəqə verməklə bərabər "müəvvəzətəyn”i həmişə deyin, şərif "La hövlə və la quvvətə illa-billah”ı çox zikr edin. Allah sizi müvəffəq etsin. Vəssəlam.
    Sual 3:  Neçə vaxtdır ki, bir nəfərin məhəbbətində əsir olmuşam. Necə deyərlər, ağlın cilovunu əldən vermişəm. Nə edim?
    Cavab:  "Aqil insan kamalda, gözəllikdə, davamda, mənfəət yetirməkdə  ən üstün olana məhəbbət yetirər. Onun məhəbbətini digərlərinin məhəbbətindən üstün tutar. Ən kamil olanın məhəbbəti digərlərinin məhəbbətinin əksinə olaraq şər və bəlanı insandan dəf edər.
    Sual 4:  Xahiş edirik namaz haqqında qısa və aydın elə bir cümlə buyurasınız ki, hər zaman gözlərimiz önündə olub qəlbimizə həkk edilsin.
    Cavab:  "Allahın adı ilə. Yüksək mərtəbədə yerləşən namazın fəziləti haqqında buyurulmuş ali bəyanlardan biri məsumlardan (ə) birinin məşhur olan bu kəlamıdır: Namaz möminin meracıdır.
    Doğruluğuna yəqin hasil edib bu ali məqamın tələbində israrlı olan və onu unutmayanlar üçün tək bu cümlə yetərlidir.
    Sual 5:  Xahiş edirəm buyurasınız ki, Allah və pak imamlarla daha yaxşı ünsiyyət yaratmaq üçün nə etmək lazımdır?
    Cavab:  "Allah-təalaya, Peyğəmbərə (s) və imamlara itaət, etiqad və əməldə günahı tərk etmək.
    Sual 6:  İlahi buyuruqları yerinə yetirərkən, xüsusi ilə namaz qılarkən Allaha təslim halını (xüzu və xuşu) almaq üçün nə etmək lazımdır?
    Namazdan qabaq İmam Zamana həqiqi təvəssül etmək, mütləq niyyətlə əməli yerinə  yetirmək
    Sual 7: Riyadan uzaqlaşmaq üçün nə etmək lazımdır?
    Cavab:  "Kamil inamla çoxlu "həvqələ” (la hövlə və la quvvətə illa billah) demək.
    Sual 8:  Əsəbiliyin dərmanı üçün nə edək?
    Cavab:  "Kamil inamla çoxlu salavat (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) göndərmək.
    Sual 9:  Dərs deməkdən, Allah-təalanın kitabı və Əhli-beyt təfsirini oxumağa səy etməkdən başqa hansı işlə təqva və Allaha doğru meyli gücləndirmək  olar?
    Cavab:  "Allahın adı ilə. Etiqad və əməldə günahın tərk edilməsinə dair verilən qəti və daimi qərarla.
    Sual 10:  Tələbələrdən  bəziləri bizə müraciət edib onlara əxlaqi tövsiyyələr verməyimizi xahiş edir, həmçinin nəfsin saflaşdırılması barədə soruşurlar. Buna görə də xahiş edirik bu mühüm işdə bizə yol göstərəsiniz.
    Cavab:  "Allahın adı ilə. Bu işdə faydalı olacaq ən böyük əməllərdən biri budur ki, hər gün sizin yanınıza dərs almağa gələn tələbələrə "Vəsailüş-şiə” kitabının "cihad” bölümündə nəfslə cihada aid əxlaqi bir rəvayət, həmçinin "Vəsail”in həcc bölümündə "adabül-işrət” babından müəyyən bir rəvayəti dərsdən qabaq oxuyub açıqlayasınız. Bu şərtlə ki, deyilən rəvayətlər düşüncə və tədbirlə, onları əməldə tətbiq etmək qəsdi ilə zikr edilsin.
    Sual 11:  Bəzi tələbələr bizdən "riya”, "ücb”, "kibr”, "şəhvət” və sair haqqında soruşurlar. Sizin bu barədə şərif nəzəriniz nədir?
    Cavab:  "Allahın adı ilə. Bütün bu rəzil sifətlərin mənşəyi Allaha qarşı mərifətin (Allahı tanımağın) az olmasıdır. Bu sifətlər ibadətdə munislərin munisi Allah-təala ilə ünsiyyət yaratmaqla dəf olur. Əgər insan bilsə ki, Allah-təala bütün hallarda və zamanlarda hər yaxşıdan daha yaxşıdır, Onunla ünsiyyətdən ayrılmaz.”
    Sual 12:  Namazda fikri toplayıb, yalnız Allah haqda fikirləşmək üçün nə etmək lazımdır?
    Cavab:  "Allah-təalanı tanıyıb Onunla munis olan kəsin diqqəti Allahdan yayınmamalıdır. Ona deyilir ki, ancaq həyatın zəruri işlərinə görə ondan ayrıl. Daha ona deyilmir ki, zəruri hacətlərini də bir kənara qoyub, ancaq diqqəti Allaha yönəlt. Əgər namaz qılan şəxs bilsə ki, Allahın camalı onu necə əhatə edibdir, heç vaxt namazdan yorulmaz.
    Sual 13:  Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?
    Cavab:  "Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.
    Sual 14:  Həqiqi zöhd nədir? Necə həqiqi zahid olmaq olar?
    Cavab:  "Zöhd odur ki, öz nəfsinin ağası olasan. Hər əməl və qadağada Allah-təalanın buyuruğundan çıxmayasan.”
    Sual 15:  Əhli-beytə, xüsusilə də İmam Zamana (ə) qarşı məhəbbətimizi necə gücləndirə bilərik?
    Cavab:  "Allahı tanıyandan sonra buyuruqlarına boyun əymək Ona qarşı məhəbbətin yaranmasına və beləliklə, Allahın sevdiyi kəslərə də məhəbbət  bəsləməyə səbəb olar. Peyğəmbərlər və vəsiləri, o cümlədən Həzrət Məhəmməd (s) və pak ailəsi Allaha ən sevimli kəslərdir. Onların bizə ən yaxın olanı Sahibəz-zamandır.
    Sual 16:  Allahı tanımağın yolu nədir? Əgər mümkünsə yol göstərin.
    Cavab:  "Allahı tanımağın yolu insanın özünü tanımasındadır. Biz ki, özümüz özümüzü yaratmamışıq və bu işi bacarmarıq. Başqası da əgər bizim kimidirsə, nə özünü, nə də bizi yaratmamış və yarada da bilməz. Deməli, bizi mütləq qadir yaratmışdır. O, Allahdır. Ona yaxınlaşmağın yolu nemət verənə şükür etmək, itaət göstərməkdir. İtaətin məşəqqəti ötəridir. Çox keçmir ki, Ona yaxınlaşmaq tələbində olanlara Allaha etdikləri ibadət və itaətləri hər şeydən şirin gəlir.
    Sual 17:  Ən üstün zikr hansıdır?
    Cavab:  "Nəzərimcə ən üstün zikr əməli zikrdir. Yəni etiqad və əməldə günahın tərk edilməsidir. Hər şey ondan asılıdır, amma özü bir şeyə möhtac deyil və xeyir-bərəkət mənbəyidir.
    Sual 18:  Allaha yaxınlaşmaq istəyirəm. Lütfən, mənə yol göstərin. Bu işdə ustada ehtiyac varmı?
    Cavab:  "Allahın adı ilə. Ustad elmdir. Müəllim vasitədir. Öz məlumatınıza əməl edin. Bildiklərinizi ayaq altına atmayın. Bu hədis–"Öz bildiklərinə əməl edən kəsi Allah bilmədiklərinin də varisi edər” və Qurani-kərimin bu ayəsi–"Bizim yolumuzda cihad edib çalışanları Öz yollarımıza hidayət edəcəyik”  sizə kifayətdir.
    Əgər bir nəticəsi olmasa, bilin ki, ona əməl etməmisiniz. Gün ərzində bir saatınızı da dini elmləri öyrənməyə ayırın.
    Sual 19:  Qürurdan yaxa qurtarmaq üçün hansı yolu tövsiyyə edirsiniz?
    Cavab:  "Allahın adı ilə. Qürurun əlacı çoxlu "həvqələ” deməkdir.
    Sual 20:  Namazda qəlbin hazırlığı və fikri cəmləmək üçün nə etmək lazımdır?
    Cavab:  "Allahın adı ilə. Həmin anda ki, anladınız fikriniz başqa yerdədir tez fikrinizi toplayıb namaza qayıdın. İxtiyari olaraq namazdan yayınmayın.
    Sual 21:  Mən vəsvəsə xəstəliyinə tutulmuşam. Lütfən, onun aradan qaldırılması üçün mənə yol göstərin.
    Cavab:  "Çoxlu "təhlil” demək vəsvəsənin əlacıdır.”
    Sual 22: Əxlaqda hər hansı bir əmələ yiyələnmək üçün özümə bir proqram tuturam. Hətta and verib nəzir də boyun oluram. Amma  bir müddətdən sonra iradəm süstləşir, məğlub oluram. Nə edim?
    Cavab:  "Bir dəqiqə də olsa özünüzü Allahı yad edən görəndə ixtiyari olaraq bu haldan çıxmayın. Əgər qeyri-ixtiyari, qəflət üzündən olsa, eybi yoxdur, fikir verməyin.
    Sual 23:  İstəyirəm Allaha yaxın olum, seyri-süluka qədəm qoyum, yolu nədir?
    Cavab:  "Allahın adı ilə. Əgər talib  (bu istəyin tələbində olan) sadiq olsa (istəyində və niyyətində düz olsa), günahın tərki bütün ömür üçün kifayət edər, hətta ömrü min il olsa da.

    Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.