» » Duanızda israr edin


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Duanızda israr edin
    0
    Müəllif: Fatimə Nuri Xuda | 30-08-2014, 18:51 | Baxılıb: 1 299
     
     
    Duanızda israr edin

    Nəfsi pak ruhanilərdən biri belə nəql edir: Təqribən 1986-87-ci illərdə işlərimdə bir problem yarandı. Behcətin hüzuruna getdim. Mən hələ bir söz deməmişdim ki, Ağa Behcət problemim haqda danışıb dedi: "Gəl, gəl. Bilirəm nə olub.” Sonra "Xəsaisül-Əimmə” kitabından xüsusi bir tapşırıq verib, buyurdu: "İnşallah problemin həll olar.”
    Bu işin üstündən 2-3 ay keçdi. Amma o iş düzəlmədi. Bir gün yuxuda Behcəti gördüm ki, deyir: "Yorulmayın. Mən onun yuxuda dediyi kimi edəndən sonra, işlərim qaydasına düşdü.
     
    Yaradılışın sirri

    Qəlbdən gələn Allah kəlamı ildırıma bənzəyir. Bu ildırım insan varlığına od salaraq, paslanmış qəlbləri çirkinliklərdən təmizləyir. Böyük şəxsiyyətlərdən biri buyurmuşdur: Bir gün dostlarla birlikdə Həzrət Əlinin (ə) hərəmində idik. Yorğun olduğumuzdan bir tərəfdə oturub söhbət edirdik. Elə bu vaxt Ayətullah Behcət də hərəmə daxil oldu. Mənə nə isə demək istədiyini başa düşüb ona tərəf getdim. Behcət yaxınlaşıb yavaşca qulağıma pıçıldadı: "Biz boş yerə (oynamaq üçün) yaranmamışıq.”
    Onun bu kəlamı sanki bir od kimi ürəyimə sancıldı. Bu inqilabi kəlam məndə böyük bir dəyişikliyə və həqiqət dalınca getməyimə səbəb oldu. Bunun nəticəsində rəhmətlik Ağa Qazinin dərslərindən bəhrələnmək mənə nəsib oldu.59
    Belə rəvayət olunur ki, həzrət Yəhya uşaq olduğu vaxt həmyaşıdları ona deyərdilər ki, gəl birlikdə oynayaq. Kiçik yaşlı Yəhya deyərmiş: "Heç vaxt. And olsun Allaha ki, biz oynamaq üçün xəlq olmamış, Allah tərəfindən təyin olunmuş böyük hədəf üçün yaranmışıq.” Amma  Ayətullah Behcətin bu sözü dediyi şəxs həm ata, həm də ana tərəfdən iki böyük mərcəi-təqlidin nəslindən olan Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri idi. Ayətullah Kəşmiri "Ürvətul-vüsqa” kitabının müəllifi, Ayətullah-üzma Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin qızının nəvəsidir. O, uzun illər "Kufə” məscidində pişnəmaz olmuşdur və orada hamı onu "istixarəli Seyyid” kimi tanıyırdı. Bu ilahi arif haqqında belə bir əhvalat nəql olunur ki, bir gün şagirdlərindən biri ondan istixarə etməsini xahiş edərdi. Ayətullah Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdi (istixarəli Seyyid) təsbehlə istixarə edir. Şagirdi ondan Quranla istixarə etməsini xahiş edəndə, Seyyid deyir: "Təsbehlə də istixarə etsəm, ayəsi mənim üçün mücəssəm olur.”
    Bir gün Ayətullah Həsənzadə Amuli ustadlarından birinin qəbrini ziyarət etmək üçün onunla birlikdə qəbristanlığa getmişdi. Ayətullah Həsənzadə ustadının qəbrinin kənarında durduğu vaxt, onun harada və necə olduğunu görməyi arzulayır. Ayətullah Kəşmiri bunu eşidəndə bir işarə ilə deyir: "Gəl bax.” Elə bu vaxt Ayətullah Həsənzadə özünün başqa bir aləmdə olduğunu hiss edir. O aləmdə olduğu vaxt  ustadını çox xoşhal və yüksək məqamda görür... Ayətullah Kəmşiri "bəsdir”–deyən kimi o, əvvəlki halına qayıdır.
    Hacı Şeyx Əhməd Sibəveyh deyirdi: "Ayətullah Seyyid Əbdülkərim Kəşmiri həmişə ağlar halda olardı. Mən rövzə oxuduğum vaxt adətən minbərin arxa tərəfində oturub Əli-beytə (ə) ağlayardı. İrana gəlməmişdən qabaq onun yanına gedib istixarə etdirdim. Ayətullah Kəşmiri dedi: "Gedin Tehrana, hər şey yaxşı olacaq.” Dedim ki, bəs ev işini neyləyim? Kəşmiri buyurdu: "Sən get Tehrana, ev işin də düzələcək.”
    Doğrudan da Ayətullah Kəşmiri deyən kimi oldu. Tehrana gələn kimi ev işim də düzəldi. Hal-hazırda da elə həmin evdə yaşayıram. Sonra Nəcəfdəki evimi satıb, buradakı evin pulunu ödədim.
    Şeyx Məhəmməd Təqi Ənsari Həmədani buyurmuşdur: İmam Xomeyni Nəcəf-Əşrəfdə olduğu vaxtlar, onun oğlu Mustafa Xomeyni Ayətullah Kəşmirinin xüsusi əxlaq dərslərinə gedərdi. O öz ustadından İmam Xomeyni üçün çox danışardı. İmam buyurur: "Dediklərin doğrudur, amma mən dəlil istəyirəm. Get, Ayətullah Kəşmiriyə de ki, mən filan tarixdə nə yuxu görmüşəm?” Mustafa bunları ustadına ərz edəndə Ayətullah Kəşmiri deyir: "Atana de ki, həmin vaxt yuxuda rəhmətə getdiyini görmüsən. Cəsədini qəbrə qoyanda başının altındakı bir daş sənə əziyyət edirdi. Həzrət Əli (ə) gəlib başının altındakı o daşı götürdü.” Mustafa ustadının dediklərini atasına danışır. İmam Xomeyni buyurur: "Tamamilə doğrudur. İndi isə get ondan yuxunun təbirini də soruş.” Mustafa Xomeyni yenə də ustadının hüzuruna gəlib atasının sifarişini ona çatdırır. Ayətullah Kəşmiri belə deyir: "Atana deyərsən Nəcəf sizin üçün qəbir misalındadır. Həmin daş işlərinizdə yaranan maneələrdir ki, inşallah həzrət Əlinin (ə) yardımı ilə bu problemlər həll olacaq. İrana qayıdacaq və məqsədinizə çatacaqsınız. İranda da rəhmətə gedəcəksiniz.60
    Ayətullah Kəşmiri Behcətin sözündən sonra əvvəlcə Ayətullah Quçaninin yanına gedir. O, Ayətullah Quçaninin verdiyi xüsusi tapşırıqlara və "Vadiüs-səlam”da bəzi ibadətlərə əməl edir. Ağa Qazinin ömrünün son dörd ilini həmişə yanında olar və onun mənəvi-əxlaqi elmindən bəhrələnməyə çalışardı. Əllamə Qazi rəhmətə gedəndən sonra çox vaxt onun məzarı üstə gedər və hətta bəzi gecələr orada qalardı.
    Ondan "indiyə qədər İmam Zamanı görmüsünüz”–deyə soruşanda bir söz demədi. Sonra belə ərz etdi: "Bir dəfə Vadiüs-səlamda olanda üç nurani şəxs mənə yaxınlaşıb dedi: "Sizdən dua etmənizi xaşih edirik” və birdən qeyb oldular.
    Ayətullah Kəşmiri sükut ixtiyar etməkdə xariqüladə istedada malik idi. Öhdəsindəki vacibata əməl etməkdən başqa bir iş görməzdi.
    Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri 1999-cu ildə əbədi dünyaya qovuşaraq həqiqət sorağında olanların qəlblərini öz matəmilə yasa qərq etdi. O, həzrət Məsumənin (ə) hərəmindəki "Şəhid Mütəhhəri” məscidində Əllamə Təbatəbainin qəbrinin kənarında dəfn olunmuşdur.

    Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.