Ayətullah Behcətin dostlara diqqəti
Ayətullah Behcətin dostlara diqqəti
İmanlı tələbələrdən biri gördüyü sadiq röyanı (yuxu) belə danışır: Yuxuda Ərdəbildə bir şəxsin can verdiyini gördüm. Yuxu aləmində həmin şəxsi tanıdım. Elə bu vaxt Behcətin Qumda məsciddə oturub istixarə etdiyini gördüm. Birdən Behcət Ərdəbildə can verən şəxsin halından xəbərdar oldu. Dərhal özünü həmin şəxsə çatdırıb onu müalicə etməyə başladı. Can verən şəxsin yanındakılar Behcəti görmürdülər. Ustadımın45 yanına gedib gördüyüm yuxunu ona danışdım. O dedi: "Doğrudan da bu cürdür. Ayətullah Behcət kimi böyük şəxsiyyətlər onlara məhəbbəti olan adamlara xüsusi qayğı göstərirlər. Yuxuda gördüyün şəxsin ihtizar (can verən) halı, onun mənəvi cəhətdən zəifləməsi idi ki, Behcət ona köməyə getmişdir.”
İmam Xomeynini xatırlarkən
İmam Xomeyninin Ayətullah Behcətə xüsusi rəğbəti vardı. Behcətin Quma gəldiyi ilk vaxtdan İmam Xomeyni onunla get-gəl əlaqəsi yaradan birinci şəxs idi. İmam Xomeyninin Əllamə Qazi haqqında soruşduğu suallar əsnasında Behcət onun da "seyri-süluk” məqamında olduğunu dərk edir. Behcətin imamla rabitəsi o qədər yaxın idi ki, hətta müsafirətə getdiyi vaxt yanında olan əmanətləri İmam Xomeyniyə tapşırardı.
İmam Xomeyni sürgündə olan vaxtı Qumda olduğu üç il müddətində məşğuliyyətinin çox olmasına baxmayaraq, vaxt tapan kimi Behcəti görməyə gedərdi. O bu müddət ərzində təqribən səkkiz dəfə onunla görüşmüşdü.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.