» » Əməli tapşırıqlar (tövsiyyələr və moizələr)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əməli tapşırıqlar (tövsiyyələr və moizələr)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 30-08-2014, 19:39 | Baxılıb: 1 128
     
     
    Əməli tapşırıqlar (tövsiyyələr və moizələr) 

    Günahı tərk etmək axar çeşməyə bənzər. 

    Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: "Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mömin insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bəzən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”
    Çox dindar tələbələrdən biri deyir ki, bir gün  Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: "Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: "Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bəzilərinin nəzərində bunlar günah hesab olmasın.)
    İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: "Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: "Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)

    Tapşırılana əməl etmək lazımdır

    Bir tələbə deyir: "Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu: "Hər nə varsa Quran və Nəhcül bəlağədədir. Bunlardan başqa heç bir şey öz səhabələrinə öyrətməyiblər.”
    Başqa bir yerdə belə buyurmuşdur: "Tapşırıq istəyənlərin sayı çoxdur. Amma mən hər kəsə bir tapşırıq verə bilmərəm. Bu tapşırığı mən hamıya tövsiyə edirdim ki, "Vəsailüş-şiə” kitabının "Cihadun-nəfs” bölümündən hər gün bir hədis oxuyub, ona əməl etməyə çalışsınlar. Bir ildən sonra əxlaqi cəhətdən dəyişdiyinizi hiss edəcəksiniz. Bu, xəstələndiyiniz vaxt istifadə etdiyiniz dərmana bənzəyir. Çünki dərmanın təsiri bir müddət keçəndən sonra özünü büruzə verir.”
    "Dər məhzəre bozorgan” kitabında Ustad Qərəviyan belə qeyd etmişdir: "Bir gün bir qrup adamla Ayətullah Behcətin hüzurunda (məclisində) oturmuşduq. O, üzünü məclisdəkilərə tutub dedi: Hüzeyfədən nəql olunur ki, İmam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Ey peyğəmbər övladı! Hamı sizdən "xeyir nədir?”–sualını soruşur. Amma mən sizdən "şər nədir?”–sualını soruşmaq istəyirəm.
    Sonra Behcət əlavə edərək dedi: İnsan əgər şərin nə olduğunu bilsə və ona mürtəkib olmasa, bütün işləri düzələr.”

    Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: fikret | Status: İstifadəçi Offline | 20 Eylül 2014 23:49 | İstifadəçi | Şərh yazdı
    Allah sizden razi olsun. Allah bizi gunahi terk eden sexislerden etsin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.