Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Üçüncü əhvalat
İnqilabdan əvvəlki illərdə evimi dəyişmək qərarına gəlmişdim. Bu, Behcətlə Ayətullah Dəstğeybin qonaq gəldiyi həmin ev idi. İstixarə etmək üçün Behcətin mənzilinə getdim. O, dəstəmaz alırdı. Dəstəmaz alıb qurtarandan sonra elə həmin dəqiqə belə dedi: "Evi satmayın. Çünki Həzrət Məsumənin (ə) hərəminin yanında xüsusi bərəkət vardır. Oradan uzaqlaşdıqca həmin bərəkətdən də uzaq olacaqsan.”
Sanki, mən istixarə üçün xahiş etməzdən əvvəl onun bu məsələdən xəbəri vardı. Mən Behcətə dedim: Elə bu məsələyə görə sizin yanınıza gəlmişəm. Bir nəfər mənim mənzilimi almaq istəyir. Xahiş edirəm buna görə bir isitixarə edəsiniz. Mənzil şərikli olduğundan, şərik öz payını (səhmini) satmaq istəyir və bir nəfər evi almağa hazırdı. Amma mən evi bu adama və yaxud başqasına satmaqda tərəddüd edirəm. Çünki onun pulunun halal olmadığı barədə bəzi şeylər eşitmişəm. Behcət istixarə edib dedi: "Bu işi görməyin, çünki çox kərahəti var.”
Elə buna görə də evi həmin şəxsə satmadım. Bir müddət keçəndən sonra möhtərəm bir şəxs evi almaq üçün gəldi. Borcumu ödəmək və şərikimin səhmini vermək üçün evi həmin şəxsə satdım.
Dördüncü əhvalat
Etimadlı dostlardan biri belə nəql edirdi: "Bir gün Behcətin həmişə namaz qıldığı məscidə tərəf gedəndə, onun məscid qapısından çölə çıxdığını gördüm. Onun salamatçılığına astadan salavat göndərdim. Behcətə yaxınlaşıb əlini öpmək istəyəndə, dedi: Sizə minnətdaram.”
Sonda xülasə şəkildə ərz edirəm ki, Behcətin hədəfi dinə, şiəliyə, irfana və Əhli-beytə (ə) xidmətdir. Mən onu məsumlarımızın davamçısı hesab edirəm.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |