Elmin əhəmiyyəti
Günlərin birində Məhəmməd ibn Müslüm İmam Sadiqin (ə) hüzurunda olarkən yuxusunu nəql edir və Əbu Hənifə onun yuxusunu təbir edir. İmam Sadiq (ə) ona buyurur:
Düz dedin.
Amma Əbu Hənifə gedəndən sonra İmam Sadiq (ə) Məhəmməd ibn Müslümə buyurur:
"Əslində sənin gördüyün yuxunun yozumu mən dediyim kimidir.”
Məhəmməd ibn Müslüm çox təəccüblə İmamdan soruşur:
"Bəs niyə görə Əbu Hənifənin sözlərini təsdiq edərək ona–düzdür–dediniz?”
İmam Sadiq (ə) buyurdu: "Təqiyyə etdim və əslində məqsədim "doğrudan da səhv dedin” idi.”
Əgər insanlar nəyi bilib-bilmədiklərindən agah olub öz nöqsanlarını düzəltməyə çalışsaydılar, din və peyğəmbərlərdən itaət etməkdə bir səviyyədə olardılar. İnsanlar arasındakı ixtilafların əsas səbəbi onların alim və cahilliklərindədir. Amma insanın qədir-qiyməti onun malı ilə deyil, elmi ilə ölçülür. Elm – bütün şeyləri və şəxsiyyətləri özünə tərəf cəzb edir. Həmin şəxs deyir:
Məhəmməd ibn Əlidən (İmam Baqir (ə)) elmli bir şəxs görmədim.”
Əhli-beytlə (ə) müxalif olan şəxslər, doğrusu elm və ağılla müxalifdirlər. Həzrət Məhəmmədin (s) Əhli-beyti (ə) alim və Peyğəmbərdən (s) sonra hamıdan bilikli olduqlarına görə gərək onların buyurduqlarına əməl edək. Baxmayaraq ki, Əhli-beyt (ə) Peyğəmbərin (s) vəsiləridir və onlara itaət etmək bizə vacibdir.
Cəzasını gördüm
Seyyidlərə məhəbbət və hörmət etmək biz şiələrə xüsusi olaraq sifariş olunmuşdur. Bəzi şəxslər deyirlər ki,–seyyidin dediyi ilə razılaşmadığımıza görə zərər-ziyana düşmüşük.
Bundan əlavə özü də seyyid olan bir ata belə nəql edir:
"Bəzən öz uşağımı tənbih və ədəb etmək məqsədilə döyürdüm. Bir az keçməmiş mənim başıma nəsə bir bəla gəlirdi.
İmam Həsən Əsgəri (ə) seyyidlərə hörmətsizlik və etinasızlıq edən bir şəxsə irad tutanda, həmin şəxs deyir:
Mənim bu şəxsə etinasızlığımın səbəbi onun sizinlə müxalif olması idi.
İmam Həsən Əsgəri (ə) buyurdu:
"Onun nəsli-kökü bizə çatdığına görə gərək belə etməyəydin.”
Tarix təkrarlanır
Quran və Əhli-beytə (ə) doğru-düzgün etiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.
Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcuddur. Camaatın işi ya imam Hüseyn (ə)-ın və ya Yezidin tərəfində vuruşmaqdır.
Buna görə də insan gərək hər gün haqq və ya batil tərəfdarı olduğunu aydınlaşdırsın.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı