» » Ayətullah Qərəvi İsfahanini xatırlarkən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ayətullah Qərəvi İsfahanini xatırlarkən
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-08-2014, 17:37 | Baxılıb: 1 589
     

    Ayətullah Qərəvi İsfahanini xatırlarkən

    Ayətullah Behcətin müəllimlərindən biri də Ayətullah Qərəvi İsfahani olmuşdur. Hacı Məhəmməd Həsən Muinüt-tüccarın oğlu və Kompani ləqəbiylə məşhur Şeyx Məhəmməd Hüseyn İsfahani Nəcəfi 1875-ci ilin məhərrəm ayında dünyaya göz açmışdır. Ayətullah Seyyid Məhəmməd Hüseyn Tehrani onun şərhi-halını Ağa Bozorg Tehraninin dilindən belə nəql edir:

    Qərəvi ibtidai dini dərsləri (müqəddimat) bitirdikdən sonra şiə aləminin böyük mərcələrindən Seyyid Məhəmməd Feşarəki İsfahani, Şeyx Rza Həmədani, Şeyx Məhəmməd Kazim Xorasani və başqalarının yanında fiqh və üsul dərslərini öyrənmişdir. Son zamanlar isə Axund Məhəmməd Kazimin dərslərinə gedərdi. O, on üç il Axundun elm gülüstanından bəhrələr götürmüş, yüksək sə`ylər nəticəsində fiqh elmindən böyük sərmayə toplamışdır.

    Hikmət və fəlsəfə dərslərini Nəcəfin tanınmış ustadı Ayətullah Mirzə Məhəmməd Baqir İstehbanatinin yanında öyrənmişdir. Ayətullah Qərəvi İsfahani daha çox fəlsəfədə ad çıxarmış və bu elmin dirçəlməsində xüsusi rolu olmuşdur. Bütün bunlarla yanaşı kəlam, təfsir, tarix, irfan, ədəb elmlərində yüksək savadı olan Qərəvi İsfahani bir nazim və nasir kimi ərəb və fars dillərində də tanınmış qələm sahibi idi. O zamanın nadir şəxsiyyətlərindən olub ruhu həmişə mələkut aləmində pərvaz edər, ilahi mə`rifət dəryasında qərq olardı. Ustadı Axund Məhəmməd Kazimin vəfatından sonra Nəcəf şəhərində daha bariz şəkildə özünü göstərməyə başladı. Artıq fiqh və üsul dərslərini müstəqil tədris etməyə başlayan Ayətullah Qərəvinin dərslərində çoxlu tələbə iştirak edərdi. Nəcəf alimləri ona xüsusi hörmət göstərir, onun hərtərəfli bilik sahibi olduğunu təsdiq edərdilər. Onun dərsləri kəlam əhlinin ülfət məkanına çevrilmişdi. Çünki o, fiqh və üsulda, xüsusilə də fəlsəfədə dərin mühakimələr yürüdürdü. Əksərən hikmət elmini tədris edərdi. Bu sahədə olduqca dərin biliyə sahib olan Ayətullah Qərəvi öz müasirlərindən daha üstün idi.

    O, var gücünü elmin tədris və təbliğinə həsr edər, tələbələr pərvanə kimi onu dövrəyə alardılar. Qərəvi üsuli-fiqh, fiqh, hikmət elmləri və ali fəlsəfənin nəzmə çəkilmiş mənzum formasında çox dəyərli kitablar yazmışdır.

    İnfarkt keçirən Ayətullah Qərəvi müalicədən sonra tədricən gümrahlaşmağa başlayarkən, qəfil dünyasını dəyişir.

    Tələbələrin daha çox ehtiyacı olduğu və elmindən bəhrə götürəcəkləri bir vaxtda Qərəvinin vəfatı hamı üçün gözlənilməz oldu. Onun vəfatı Nəcəf elmi hövzəsi üçün böyük zərbə idi. Çünki böyük fəqih Ayətullah Ziyauddin Əraqinin vəfatından bir həftə keçməmiş, Nəcəf elmi hövzəsi ikinci dahi şəxslə, yə`ni 65 yaşlı ustad Qərəvi ilə də vidalaşmalı oldu. Ayətullah Əraqi 1940-cı il zilqə`də ayının 28-də dünyasını dəyişdi. Nəcəf elmi hövzəsində hamının ümidi Qərəvi İsfahaniyə idi ki, Ayətullah Əraqinin yerini dolduracaqdır. Amma əcəl ona da fürsət vermədi. Ayətullah-Üzma Seyyid Cəmaləddin Gülpayqani bu haqda belə nəql edir:

    "Rəhmətlik Ziyauddin Əraqinin vəfatından sonra Nəcəf elmi hövzəsinin idarə hey`ətinə rəhbərlik və tədris işləri Qərəvi İsfahaniyə tapşırıldı. Heç kim onun belə tezliklə vəfat edəcəyini güman etmirdi. Artıq, Ayətullah Əraqinin vəfatından bir həftə keçirdi. Mən öz hücrəmdə gecə namazı qılırdım. "Vətr” namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin at üstündə gəldiyini çox aydın şəkildə gördüm. O, şeyx Məhəmməd Hüseynin (Qərəvi) evinə tərəf gedib içəri daxil oldu. Mən onun vəfat etdiyini yəqin etdim. Dan yeri söküldüyü zaman Əmirəl-mö`mininin (ə) hərəminin minarəsindən camaata xəbər vermək istəyərkən mən evdəkilərə dedim ki, indi Şeyx Məhəmməd Hüseyn Qərəvinin vəfat etdiyini deyəcəklər. Doğrudan da carçı o böyük şəxsiyyətin fani dünya ilə vidalaşma xəbərini deyərək camaatı meyit namazına çağırmağa başladı.”

    Mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn müraqibə, mühasibəə sükut əhli idi. Daim fikrə qərq olar, çox az hallarda danışardı. Əksər məclislərdə elmi mübahisələr getdiyi zaman o sükut edər, daha çox qulaq asmağa üstünlük verərdi. Məclisdə harada boş yer olsa, keçib orada da oturardı. Olduqca təvazökar, xoş əxlaqlı və sakit təbiətli bir insan idi. Atası Kazimeynin adlı-sanlı tacirlərindən biri olduğuna görə, oğluna (Qərəvi) ondan çoxlu var-dövlət qalmışdı. Ömrünün son illərini çox yoxsulluqla keçirən Qərəvi həmişə qəlbi şad, gülərüz və möhkəm iradəli idi. Nəcəf-Əşrəf alimlərindən Seyyid Məhəmməd Rza Xəlxali belə nəql edir: "Bir gün Huvəyş bazarına getmişdim. Bazarda Şeyx Məhəmməd Hüseyni gördüm. Küçənin ortasında əyilib yerə dağılan soğanları yığır və öz-özünə hey gülürdü. Mən salam verib, soğanları yığmağa ona kömək etdim. O, soğanları köynəyinin ətəyinə yığandan sonra evinə yollandı. Mən dedim: Mə`lumdur ki, soğanlar sizin köynəyinizin ətəyindən yerə tökülürmüş, amma gülüşünüzün səbəbini anlaya bilmədim. Rəhmətlik şeyx dedi: Cavan yaşlarımda təhsil üçün Nəcəfə gələndə maddi cəhətdən heç bir problemim yox idi. Bahalı libas geyinər, qiymətli təsbih və üzük gəzdirərdim. Bir gün Həzrət Əmirəlmö`mininin (ə) hərəmində ziyarət edərkən, təsbihimin ipi qırıldı və dənələri yerə töküldü. Hər dənəsi bir dinara bərabər olan çox qiymətli təsbih idi. İzzəti-nəfs və ya lovğalığım məni əyilib yerə tökülən təsbih dənələrini yığmağa qoymadı. Bunu özümə yaraşdırmadığım üçün, həmin qiymətli təsbehdən vaz keçdim. Bu gün bazara gedib bir qədər soğan aldım. Soğanları köynəyimin ətəyinə yığıb evə qayıtmaq istəyirdim ki, sənin gördüyün həmin küçədə camaatın arasında yerə töküldü. Mən əyilib soğanları yığmağa başladım və bu iş mənə çox asan gəldi. Amma soğanları topladığım vaxt gülməyimin səbəbi isə cavanlıqda təsbihimin ipinin qırıldığı və əyilib onları yığmaq mənim üçün nə qədər çətin olması idi. Halbuki o təsbihin qiyməti yüz dinar idi. Amma and olsun Allaha, bu gün yerə dağılan soğanları yığmaq mənim üçün çox asan idi. Buna görə də çox şadam.”

    Rəhmətlik Şeyx Məhəmməd Hüseyn mükaşifə əhli də olmuşdur. Deyilənlərə görə, bir gün İmam Hüseynin (ə) hərəmində uzun müddət səcdədən sonra seyyidüş-şühədanı görür. İmam Hüseyn (ə) ona buyurur: "Burada camaatın sıx olduğu bir yerdə uzun-uzadı səcdə etmək yaxşı deyil. Belə əməlləri xəlvət yerlərdə (təklikdə) edin.”

    Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti

    Ayətullah Behcət buyurur: "Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: "Allahdan istəyirəm ömrümün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mə`nəvi qida və ləzzət alıram.”

    Ayətullah Behcət deyir: "Mən bə`zən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun "Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta "Cə`fər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bə`zi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.

     

    Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı


     
     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 10 Eylül 2014 12:30 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH SENI VAR ETSIN BACI

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.