Padşahınıza ədəb verin
Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğita çox cəsur və qorxmaz bir adam idi. O bir gün Rza xan Pəhləviyə (İranın şahı) dedi:
–"Sənin səltənət və qüdrətin nə qədər yüksək olsa belə, Sultan Əbdülhəmidin səltənət və hakimiyyətindən üstün ola bilməz. Hal –hazırda sultan Əbdülhəmidin oğlu Hindistanda dilənçilik edir.
Bir dəfə də İraqda olarkən oranın padşahı Məlik Qazinin hüzuruna getmişdi. Məlik Qazi ona hörmətsizlik etdiyinə görə saraydan çıxarkən saray əhlinə ucadan dedi:
"Padşahınıza ədəb öyrədin, padşahınıza ədəb öyrədin!”
İmam Zamanla görüşməkdən daha üstün...
Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy edirlər. Amma iki rəkət namaz qılıb məsum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Məsum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.
Çətinliklərdə ən üstün zikr
Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir:
Bu zikr mənim ümmətimi çətinliklərdə amanda saxlayacaq bir zikrdir.
"Böyük və üstün Allahdan başqa heç bir qüdrət və qüvvət sahibi yoxdur. Allahdan (Allahın qəzəbi və verəcəyi əzabdan)
qurtuluş üçün kömək və pənah yeri yalnız və yalnız Ona üz tutmaqdır.