» » » Gənclər üçün üsuliddin haqqında 49-cu Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 49-cu Dərs
    +5
    Müəllif: Admin | 20-08-2014, 21:00 | Baxılıb: 1 682

    49-cu dərs

     

    Cismani və ruhani məad

    Məad haqqında verilən mühüm suallardan biri də məadın təkcə ruhani, yoxsa, həm ruhani, həm də cismani olub-olmamasıdır. Yəni, qiyamətdə insanın təkcə ruhu qayıdacaq, yoxsa ruhla bərabər cismi də qayıdacaq? Bu fərqlə ki, cisim daha da kamilləşəcək və öz əbədi həyatını davam etdirəcək.

    Keçmiş filosofların bir qismi məadın təkcə ruha aid olduğunu iddia etmiş və demişlər ki, cisim yalnız bu dünyada insanladır. İnsan öldükdən sonra artıq onun cismə ehtiyacı olmur, cismdən ayrılaraq ruhlar aləminə tələsir. Ancaq İslamın böyük alimlərinin, eləcə də, filosofların bir qisminin əqidəsinə görə, məad hər ikisinə, həm ruha, həm də cismə aiddir. Düzdür, öldükdən sonra bədən çürüyür və torpağa qarışır, torpaq da parçalanıb dağılır. Lakin hər şeyi bilən və hər işə qadir olan Allah qiyamətdə onların hamısını bir yerə toplayacaq, onların hamısına yeni həyat libası geyindirəcək və hər bədən öz sahibini tapacaq. Bu, «cismani məad» adlanır. Ruhun qayıdacağına heç kimin şübhəsi olmadığı üçün, heç kim ondan bəhs etmir və yalnız cismani məad haqqında müzakirələr irəli sürülür.

    Quranda məad haqqında olan ayələr də (bu ayələr həddən artıq çoxdur) cismani məada işarə edir.

    Quranın cismani məada dair sübutları

    Ötən dərslərdə bir ərəbin bir parça sümüyü gətirib peyğəmbərə göstərərək «kim bunları dirildə bilər?» deyə istehza etdiyini və peyğəmbərin Allahın əmri ilə ona «onları ilk dəfə yoxdan yaradan, yeri-göyü xəlq edən və sizin üçün yaşıl ağacdan od əmələ gətirən Allah bunları dirildəcəkdir» cavabını oxuduq. Bu haqda «Yasin» surəsinin son beş ayəsində danışılır. (Bu ayələr məadın cismani olacağına aydın bir sübutdur.) Başqa bir ayədə oxuyuruq: «Qiyamət günü qəbirlərdən qalxacaqsınız.» (Yasin, 51; Qəmər, 7). Bildiyimiz kimi, qəbirlər ruhun yox, çürümüş bədənin yeridir (Deməli, məad cismani olacaqdır). Ümumiyyətlə, məadı inkar edənlərin1 bütün təəccübləri bu idi: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?» (Səcdə, 10). Allah isə onlara cavab verərək buyurur: «Məgər onlar Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır.» (Ənkəbut, 19). Başqa bir ayədə oxuyuruq: «Cahil bir ərəb deyirdi: «O, sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirilib) çıxacağımızımı vəd edir?» (Muminun, 35).

    Quranın bu və bu kimi digər ayələrindən məlum olur ki, İslam peyğəmbəri hara çatırdısa, cismani məad  haqqınnda söhbət edirdi. Müşriklər də məhz bu məsələyə təəccüb edirdilər. Yuxarıda qeyd olunan ayələrdə gördük ki, Allah cismani məada aid məsələləri bəyan etmiş və ona ilk yaranışı və öz qüdrətini sübut gətirmişdir.

    Buna görə də, Qurandan az da olsa xəbəri olduğu bir nəfər müsəlmanın halda cismani məadı inkar etməsi mümkün deyil. Quran baxımından cismani məadı inkar etmək əsl məadı (həm ruhani, həm də cismani) inkar etməyə bərabərdir.

    Əqli sübutlar

    Yuxarıda qeyd etdiyimiz sübutlardan əlavə, ağıl, düşüncə də deyir ki, ruh və bədən bir-birindən ayrılmaz iki varlıqdırlar. Hər ikisinin müstəqil olmasına baxmayaraq, eyni zamanda bir-biri ilə əlaqələri vardır. Onlar ikisi bir yerdə tərbiyə alır, birgə təkamülə doğru irəlləyirlər. Şübhəsiz ki, bu iki həqiqətin əbədi həyat sürmək üçün də bir-birinə ehtiyacı vardır.

    Ruhla bədənin bir müddət Bərzəx aləmində bir-birindən ayrı qalmalarına baxmayaraq bu ayrılıq həmişəlik ola bilməz. Necə ki, ruhsuz bədən naqisdir, eləcə də bədənsiz ruh naqisdir. Ruh əmr edən, bədən isə icraçıdır. Heç bir əmr edən icraçıdan ayrı olmaz. Qiyamətdə ruh kamil bir şəkildə gələcəyi üçün, lazımdır ki, bədən, cisim də ona uyğun olaraq təkmiiləşsin. Elə belə də olacaqdır. Yəni, qiyamətdə insan bədəni dünyadakı bütün eyib, nöqsan və çatışmazlıqlardan uzaq olacaq. Bir sözlə, ruh və cisim (bədən) ikisi birgə kamildirlər. Məad bunların ikisindən yalnız birinə aid ola bilməz. Başqa sözlə, ruh və cismin yaranma və bu iki həqiqətin bir-biri ilə əlaqə yaratması tarixini mütaliə etməklə məlum olur ki, məad bunların ikisinə də aiddir. Digər tərəfdən, dünyaya hökmranlıq edən ədalət qanunu deyir ki, məad həm ruha, həm də bədənə aid olmalıdır. Çünki insan bir günah, yaxud savab iş gördükdə bu işə onun həm ruhu, həm də bədəni şərikdir. Buna görə də, həmin günahın, yaxud savabın cəzasına və ya mükafatına (əcrinə) həm ruh həm də bədən çatmalıdır. Əks təqdirdə (məadın ikisindən birinə aid olmadığı təqdirdə), ədalət qanunu pozulmuş olur.

    Cismani məad haqqında suallar

    Alimlər cismani məad haqqında bir sıra suallar  irəli sürmüşlər. (Əlbəttə, bu suallar heç də cavabsız qalmamışdır.) İndi  isə biz mövzumuzu  təkmilləşdirmək üçün həmin sualların əsaslarını oxucuların nəzərinə çatdırırıq.

    1).Təbiətşünasların tədqiqat və araşdırmaları nəticəsində məlum olub ki, insanın bədəni ömründə bir  neçə dəfə dəyişir. (Məsələn, əlli yaşındakı insanın bədəni onun otuz yaşındakı bədəni deyildir. Zaman ötdükcə onun bədəni dəyişmiş, əlli yaşına çatdıqda otuz yaşındakı bədənindən artıq heç bir şey qalmamışdır.) Bu, (bədənin dəyişməsi) təxminən, yeddi ildən artıq bir baş verir. Burada yaranan sual bu bədənlərdən  qiyamətdə hansı bədənin qayıdacağı sualıdır. Cavabında isə deyirik: Qiyamətdə qayıdan sonuncu bədən olacaqdır. Yuxarıda qeyd olunmuş ayələrdə də oxuduq ki, Allah insanların çürümüş sümüklərinə yeni həyat libası geyindirəcək. Buradan da anlaşılır ki, qiyamətdə sonuncu bədən qayıdacaq. Həmçinin, bir çox ayələrdə gəlmiş «qəbirlərinizdən qalxacaqsınız» kimi ifadələrdən də sonuncu bədənin qayıdacağı başa düşülür.

    Maraqlı budur ki, sonuncu bədən ömür boyu dəyişilən bədənlərin bütün xüsusiyyətlərini əhatə edəcəkdir. Başqa sözlə, bədənlərin hamısı dəyişilən zaman bütün xüsusiyyətlərini sonrakı bədənə təhvil verirlər. Buna görə, sonuncu bədən bütün bədənlərin varisi olur və onların xüsusiyyətlərini əldə edir. Deməli, ədalət qanuna əsasən, sonuncu bədən günahların cəzasını çəkə, eləcə də savabların əcrinə yetişə bilər.

    2).Bəziləri deyirlər ki, biz ölüb torpağa qarışdıqdan sonra bədənimizin hissəcikləri ot və ya meyvələrin tərkibinə daxil olur. (Yəni, dəfn olunduğumuz yerdə ağac əkilir, həmin ağac isə bizim dəfn olunduğumuz torpaqdan qidalanır, nəticədə meyvə əmələ gəlir. Bu meyvənin tərkibində bizim bədənimizin hissəciklərindən də ola bilər.) Həmin meyvəni başqa bir şəxs yeyərsə, onda necə olacaq? Qiyamətdə meyvənin tərkibindəki bədən hissəcikləri kiminlə olacaqdır? Birinci şəxslə, yoxsa meyvəni yeyən ikinci şəxslə? Cavabda deyirik: Ölüb torpağa qarışmış və sonradan ot, ağac və ya meyvənin tərkibinə daxil olmuş bədən hissəcikləri şübhəsiz ki, öz sahibinə qayıdacaq. (Ötən ayələrdən də bunu istifadə etmək olar.) Yeganə çətinlik odur ki, onda, həmin meyvədən yemiş ikinci şəxsin bədəni naqis olacaq. Bunun da cavabında deyirik ki, xeyr, ikinci şəxsin bədəni heç də naqis olmayacaq və yalnız bir az kiçiləcəkdir. Çünki birinci şəxsin bədəninin tərkibindəki hissəciyi ikinci şəxsin bütün bədəninə yayılmışdır və həmin hissəcik ondan ayrılanda ikinci şəxsin bədəni o hissəciyin ölçüsü qədər kiçiləcək. Deməli, nə birinci bədən, nə də ikinci bədən sıradan çıxmır. Sadəcə olaraq, ikinci bədən bir az kiçiləcəkdir. Bu da heç bir çətinlik doğurmur. Çünki bildiyimiz kimi, Allah qiyamətdə insanların bədənlərini təkmilləşdirib onlarda olan bütün çatışmazlıqları  aradan qaldıracaq. Deməli, ikinci şəxsin bədəninin naqisliyi də həll olunur. Beləliklə də, heç bir müşkül qalmır və hər şey qaydasına düşür.



     

     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     



     

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 24 Ağustos 2014 17:49 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 21 Ağustos 2014 13:35 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAW COX SAG OL ALLAH DUNYA VE AXIRETNI XEYIRLI EDSIN INWALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 21 Ağustos 2014 00:24 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.MARAQLI  MƏLUMATLAR ÜÇÜN  SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.