Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
məhkəməsindən bir nümunədir
Ölümdən sonrakı həyat və qiyamət gününün məhkəməsi bu məhdud dünyada yaşayan insan üçün yeni bir məsələdir. Allah qiyamət gününün kiçik bir nümunəsini elə bu dünyada, insanların içində yaratmışdır. Bu məhkəmə «vicdan məhkəməsi» adlanır. Bir daha xatırladırıq ki, bu məhkəmə qiyamət məhkəməsinin çox kiçik bir nümunəsidir.
Gəlin, bu barədə bir az ətraflı danışaq
İnsan gördüyü əməllər haqqında (istər pis əməl olsun, istər yaxşı) bir neçə məhkəmədə sorğu-suala çəkilir.
1)Birincisi, bu dünyada olan məhkəmələr. Bu məhkəmələrin bəzi çatışmaz nöqsanları olur. Belə məhkəmələr cinayətlərin qarşısını almaqda böyük rol oynayır. Lakin bu məhkəmələrdə bəzi çətinliklərə görə ədalətə tam riayət olunmur. Səbəbi də budur ki, ya hakimlər düzgün hökm vermirlər, məsələn, rüşvət vasitəsilə müttəhimin lehinə, iddiaçının əleyhinə hökm çıxarırlar, ya da cani və müttəhimlər bəzi yollarla hakimləri aldadırlar. Bu təqdirdə hakimin heç bir günahı olmur, lakin buna baxmayaraq, həqiqi ədalətə riayət olunmur. 2)İkinci məhkəmə birincidən bir pillə yüksəkdə durur. Bu məhkəmə «görülən əməllərin cəzası» məhkəməsidir.
Bəzən insanın gördüyü əməllər o yerə çatır ki, onların cəzasını gec, ya tez insan özü çəkməli olur. Bu məhkəmə bütün insanlara aid olmasa da, çoxuna aiddir. Bəzi insanlar olub ki, camaata zülm, haqsızlıq və pisliklər etmiş, nəhayət qazdıqları quyuya özləri düşmüş və əməllərinin cəzasını çəkməli olmuşlar. Ölüb getdikdən sonra da camaat tərəfindən onlara yalnız lənət yağdırılmışdır. Bu məhkəmədən çox az insanlar yaxa qurtara bilmişlər. (Şübhəsiz ki, onlar da qiyamətdə əməllərinin cəzasını çəkəcəklər.) Bu məhkəmənin tək çatışmazlığı odur ki, bütün insanları yox, bəzi insanları cəzalandırır.
3)Üçüncü məhkəmə ikincidən də üstündür. O da «vicdan» məhkəməsidir. Qətiyyətlə demək olar ki, qiyamət məhkəməsinin kiçik bir nümunə bizim öz batinimizdədir.
İnsanın batinində bir qüvvə vardır. Filosoflar (İslam fəlsəfəsində) bu qüvvəni «əməli əql» (icraedici ağıl) adlandırmışlar. Quran bu qüvvəni «nəfsi ləvvamə» (yəni, insanı danlayan nəfs) adlandırmışdır, indi isə bu qüvvəyə «vicdan» deyirlər. İnsan bir iş görən kimi (pis, ya yaxşı), dərhal bu məhkəmə qurulur. Bu məhkəmədə heç bir səs-küy olmur, lakin həddən artıq diqqətli və ciddi keçirilir. Məhkəmənin nəticəsi isə psixoloji cəzalandırma, əzab-əziyyət, ya da psixoloji təşviq olur. Bəzən bu məhkəmə caniləri elə cəzalandırır ki, ruhən əziyyət çəkməli olurlar, nəticədə ölməyi qalmaqdan üstün tutub intihara əl atırlar. Onlar vəsiyyətnamələrində qeyd edirlər ki, mən narahatçılıq və vicdan əzabından yaxa qurtarmaq üçün özümə qəsd edirəm.
Bəzən də vicdan insanı yaxşı əməllərinə görə elə təşviq edir ki, insanın sevincinin həddi-hüdudu olmur. Bu təqdirdə insan içində rahat, xoş bir hiss keçirir ki, o hissi dil ilə ifadə etmək mümkün deyil.
Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır
1)Bu məhkəmənin hakimi, şahidi, tamaşaçısı-hamısı birdir. Vicdan həm hökm verib qərar çıxarır, həm şəhadət verir, həm də nəzarət edir, nəhayət, hökmünü icra edir.
2)Adi məhkəmələrdən fərqli olraq, bu məhkəmə tez bir zamanda qurulur və öz hökmünü verir. Adi məhkəmələr bir caninin işinə baxmaq üçün, ola bilər ki, bir neçə il vaxt sərf etsin. Lakin bu məhkəmədə vaxta ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü açılanədək bu məhkəmə bir az təxirə salınsın. Lakin həqiqətin üstü açıldıqdan sonra o, dərhal öz hökmünü verir.
3)Bu məhkəmə təkcə bir mərhələdən təşkil olunmuşdur. Burada istintaqa, ali məhkəməyə və sairəyə ehtiyac yoxdur.
4)Bu məhkəmənin işi adi məhkəmələr kimi təkcə cəzalandırmaq deyil. Yəni, bu məhkəmədə pislər cəzalarını alır, yaxşılar da mükafatlandırılırlar.
5)Bu məhkəmənin cəzası adi məhkəmə cəzaları kimi deyil. Burada nə zindana, nə də edama məhkum olunma yoxdur. Lakin onun cəzası bəzən elə şiddətli olur ki, geniş dünya insana dar olur. Bir sözlə, bu məhkəmə dünya məhkəmələri kimi deyil. Vicdan məhkəməsi qiyamət məhkəməsinin bir nümunəsidir. Bu məhkəmənin əzəməti o qədər böyükdür ki, Allah onu qiyamət məhkəməsi ilə birgə qeyd edib, ona and içərək deyir: «And içirəm qiyamət gününə! And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlin azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz.) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun barmaqlarını da (dünyada olduğu kimi) düzəltməyə qadirik!» (Qiyamət-1-4-cü ayələr.)
Əlbəttə bu vicdan məhkəməsi dünyəvi məhkəmə olduğu üçün, qiyamət məhkəməsinə olan ehtiyacı ödəmir. Bunun bir neçə səbəbi var:
1)Vicdan məhkəməsi hər şeyi əhatə edə bilmir. O, yalnız fikir və düşüncə ilə münasib olan şeyləri əhatə edir.
2)Bəzən mahir, hiyləgər bir cinayətkar öz vicdanını aldada bilər.
3)Bəzi günahlarda vicdan o qədər təsirsiz olur ki, ona heç bir məhəl qoymurlar.
Belə bir vəziyyətdə dördüncü məhkəməyə, qiyamət məhkəməsinə olan ehtiyac aşkar olur.
1.İnsan (həqiqətdə) neçə məhkəmə ilə qarşılaşır?
2.Birinci məhkəmə hansıdır və bu məhkəmə hansı xüsusiyyətlərə malikdir?
3.İkinci məhkəmənin xüsusiyyətləri nədir?
4.Üçüncü məhkəmə hansı xüsusiyyətlərə malikdir?
5.Vicdan məhkəməsinin üstünlük və nöqsanlarını sayın.
Kitabın adı: | Gənclər üçün üsuliddin haqqinda 50 dərs |
Müəllif: | Ayətullahül-üzma Nasir Məkarim Şirazi |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |