» » » Gənclər üçün üsuliddin haqqında 50-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 50-ci Dərs
    +10
    Müəllif: Admin | 21-08-2014, 21:00 | Baxılıb: 4 142

    50-ci dərs

    SON

     

    Cənnət, Cəhənnəm və əməllərin hazır olması

    Bir çoxları soruşurlar ki, ölümdən sonrakı həyat da bu dünya kimidir, yoxsa bu dünya ilə fərqi var? Cavabda deyilir: Əldə olan əsaslardan məlum olur ki, o dünya ilə bu dünya arasında həddən artıq fərq var. Bu dünyada qiyamət haqqındakı məlumatımız uzaqdan görünən qaraltı kimidir. Yaxşı olar ki, yenə də uşağın ana bətnindəki dövrünü misal gətirək. Ana bətni ilə bu dünya arasında fərq var. Bəlkə ikincinin fərqi birincidən də çoxdur. Əgər ana bətnindəki körpənin, ağılı, düşüncəsi olsaydı və bu dünya barədə fikirləşib onda olanları təsəvvürünə gətirmək istəsəydi, şübhəsiz ki, buna imkan və qüdrəti çatmazdı. Gördüyü yer yalnız ana bətni olan körpə üçün dünyanı, günəşi, ulduzları təsəvvür etmək, əlbəttə, mümkün deyil. Axirətlə bu dünyanın fərqi də bu qədər, hətta bundan da artıqdır. Buna görə də,  biz Cənnət nemətlərini və eləcə də Cəhənnəm əzablarını olduğu kimi təsəvvür edə bilmərik. Gəlin, bu yerdə axirət aləmini təsəvvür etmiş bir hədisə müraciət edək:«Cənnətdə elə nemətlər var ki, onları nə bir göz görmüş, bu barədə nə bir qulaq eşitmiş, nə də onlar heç kimin ağlına belə gəlməmişdir.» Quran da bu barədə öz sözünü demişdir: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz.» (Səcdə, 17).

    O dünyada olan qayda-qanun da bu dünyadakılardan fərqlənir. Nümunə olaraq bunu demək olar ki, qiyamət məhkəməsindəki şahidlər insanın öz bədən üzvləri, hətta günah, yaxud savab işlətdiyi yer olacaqdır. Quran ayəsini buna sübut gətirmək olar: «Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.» (Yasin, 65). Başqa bir ayədə deyilir: «Onlar öz dərilərinə  «nə üçün əleyhimizə şəhadət verirsiniz?»-deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.»

    Düzdür, axirət aləminin nemətləri, eləcə də əzabları barədə geniş, ətraflı məlumatımız olmasa da, bilirik ki, oranın nemət və əzabları insanın həm cisminə, həm də ruhuna aiddir. Çünki məadın iki cəhəti var: ruhani və cismani cəhət. Buna görə, nemət və əzablar da iki cəhətli olmalıdırlar. Quran, nemətlərin cismə aid olması barədə buyurur: «İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi olaraq yaşayacaqlar.» (Bəqərə, 25). Mənəvi və ruhani olan nemətlər barədə isə deyilir: «Allahdan olan bir razılıq  isə (cismə aid olan nemətlərin hamısından) daha böyükdür.» (Tövbə, 72). Bəli, Cənnətdəkilər Allahın onlardan razı qaldığını hiss etdikdə elə xoşhal olacaqlar ki, bunu heç bir nemətlə müqayisə etmək olmaz. Cəhənnəm əhlinin də cismani əzablarından əlavə, Allahın onlardan narazılığı hər əzabdan artıq olacaq. Şübhəsiz ki, bu da onların ruhunu həddən artıq əziyyətə salacaq.

    Əməllərin təcəssümü (Əməllərin qayıdışı)

    Maraq doğuran və diqqəti cəlb edən məsələlərdən biri də qiyamətdə insanın gördüyü əməllərin dirilməsi, qayıtmasıdır. Bunu Quranın bir çox ayələrindən görürük. İnsanların mükafatlanması və günahlarının cəzasına çatmasında əməllərin hazır olması böyük rol oynayacaq. Məsələn, bunların bir neçəsini nümunə olaraq göstəririk. Zülm və ədalətsizlik qara bulud şəklində insanlarının başının üzərini alacaq. Hədisdə deyildiyi kimi «Zülm qiyamət günü zülmət şəklində hazır olacaq.» «Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək.» (Nisa, 10) «(Ya peyğəmbər!) Qiyamət günü mömin kişi və qadınların iman nurunu  onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən.» (Hədid, 12) «Sələm yeyənlər qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar.» (Bəqərə, 275) «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. (Belə ki, heç hərəkət etmək iqtidarında olmayacaqlar.)» (Ali-İmran, 180)

     Digər yaxşı və pis əməllər də hərəsi özünə münasib şəkildə aşkar olacaq.

    Bilirik ki, bu gün elm bizə dünyada heç bir şeyin yox olmadığını sadəcə olaraq öz surətini dəyişdiyini deyir. Maddə və enerji daima  dəyişir. Bu iki şeydən xaric olmayan insanın əməlləri bu sübuta əsasən dəyişməsinə baxmayaraq, əbədi olaraq qalır. Quran bu məsələni kiçik, lakin mənalı bir ifadə ilə açıqlayır: «İnsanlar (dünyada) etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər.» (Kəhf, 49). İnsanlar qiyamətdə öz əməllərinin nəticəsini görəcəklər və heç kəsə əməlindən artıq (və ya əskik) zülm edilməyəcək. Necə ki, Quran buyurur: «Rəbin heç kəsə haqsızlıq etməz.» (Kəhf, 49). Başqa bir ayədə əməllərin qiyamətdəki hüzuru barədə deyilir: «O gün (qiyamət günü) insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir)» (Zilzal 6, 8)

    Bu ayələrdən məlum olur ki, insanın yaxşı və ya pis olmasından asılı olmayaraq, böyüklü-kiçikli bütün əməlləri qeydə alınır. Qiyamətdə hamısı öz sahiblərinə təqdim olunacaq. Buna görə də, pis əməllərdən uzaq, yaxşə əməllərin isə tərəfdarı olmaq lazımdır.

    Təəccüblü budur ki, bu günkü dövrdə texnikanın inkişafı ilə əlaqədər olaraq bu işlərin bir qismini (keçmiş əməlləri qoruyub saxlamağı) elə bu dünyada əks etdirən aparatlar düzəldilmişdir. Alimlərdən biri deyir: «Bu günkü dövrdə iki min bundan qabaqkı Misir dulusçularının səslərini özündə əks etdirən aparatlar düzəlmişdir. Misir muzeylərində iki il bundan qabaq düzəldilmiş kuzələr indi də qorunub saxlanır. Bu kuzələrin düzəldilməsində xüsusi çarxlardan istifadə olunmuşdur. Çarxların və ustaların səsi kuzələrə düşmüşdür və indi təzəcə kəşf olmuş aparatların köməyi ilə həmin səsləri eşitmək olur. İnsan bu səsləri asanlıqla eşidə bilər.»

    Əməllərin hazır oluşunu nəzərə almaqla məad, günahkarların cəzalandırılması və möminlərin mükafatla təltif olunması barədə meydana çıxan suallara cavab vermək olar.

    Fikirləşin və cavab verin

    1.Qiyamətdə insanın yaşayışı bütün cəhətlərdən bu dünyanın yaşayışı kimi olacaq?

    2.Qiyamətin əzab, yaxud mükafatlarını olduğu kimi bu dünyada anlaya bilərikmi?

    3.Cənnət nemətləri, eləcə də Cəhənnəm əzabları təkcə insanın cisminəmi aiddir?

    4.Əməllərin mücəssəm olması (hazır olması) dedikdə nə anlaşılır Quran bu məsələyə necə dəlalət edir?

    5.Əməllərin mücəssəm olmasına əqidə bağlamaq, məad mövzüsuna aid olan hansı çətinliyi aradan qaldırır?


     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 24 Ağustos 2014 16:47 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun qardaş.Çox maraqlı yazıdı.Allah kömeyiniz olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 22 Ağustos 2014 06:32 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN  QARDAŞ
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.