» » » Gənclər üçün üsuliddin haqqında 47-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 47-ci Dərs
    +5
    Müəllif: Admin | 18-08-2014, 21:00 | Baxılıb: 1 293

    47-ci dərs

     

    Məad və yaranışın fəlsəfəsi

    İnsanların bir çoxu sual edirlər: Allah bizi nəyə görə yaratmışdır? Bəziləri bir addım da irəli atıb deyirlər ki, ümumiyyətlə, bu böyüklükdə dünyanın yaranışının fəlsəfəsi nədir? Bəlkə, Allahın bəzi çatışmazlıqları var və dünyanı yaratmaqla o çatışmazlıqları aradan qaldırmaq istəyir? Belə olan təqdirdə Allahın ehtiyac məsələsi irəli çıxır. Ehtiyac isə Allahın məqamı ilə uyğun gəlmir. Bu sualın cavabı barədə çox danışmaq olar. Lakin biz bir neçə cümlə ilə qısa olaraq onu oxucuların nəzərinə çatdırırıq.

    Bizim (insanların) bu barədə bir səhvimiz var. O da budur ki, biz Allahın sifət və xüsusiyyətlərini özümüzlə müqayisə edirik. İnsan çox məhdud bir varlıqdır. Hər nə iş görürsə, ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün görür. Məsələn, savadsızlığını aradan qaldırmaq üçün dərs oxuyur, maddi imkanını düzəltməkdən ötrü işləyib maaş alır və s. Ancaq heç bir çatışmazlığı olmayan və hər cəhətdən kamil olan Allah barədə belə mühakimə etmək düzgün deyil. O, dünyanı özü faydalansın deyə yaratmayıb. Əksinə, onun dünyanı yaratmaqda məqsədi yaradılmışlara fayda verməkdir. Allah həddən artıq parlaq və sonu olmayan bir günəşdir. O, öz nuruna heç bir ehtiyacı olmadan nur saçır və o nurdan bütün varlıqlar bəhrələnir. Ümumiyyətlə, Allah məxluqatı təkamülə yetirmək üçün onlara kömək etməyi lazım bilir. İnsanların yoxdan yaranmasının özü bir növ təkamülə tərəf atılmış addımdır. Bundan əlavə, bəşər üçün peyğəmbərlər, səmavi kitablar göndərmək də təkamülə yetişməkdə böyük rol oynayır. Həzrət Əli(ə)-ın dili ilə desək, dünya bir məktəb, insanlar isə bu məktəbin şagirdləridir. Bu dünya bir əkin sahəsi, insanlar isə bu sahədə məşğul olan əkinçilərdir. Bu dünya böyük bir ticarət mərkəzi, insanlar isə orada alver edən tacirlərdir. Bir halda ki, ətrafımıza diqqətlə nəzər salarkən hər şeyin bir məqsəd üçün yaradıldığını görə bilirik, o halda bu dünyanın yaranışını necə qayəsiz hesab edə bilərik? Məsələn, insanın bədənində hər nə varsa, hamısı bir məqsəd əsasındadır. Hətta ayağın altındakı çökəklik və kipriklər də. Necə ola bilər, bədən üzvlərinin ayrı-ayrılıqda hər birinin bir məqsədi olsun, lakin insanın bütövlükdə bir məqsədi olmasın?

    Bədənimizdən xaricdə da vəziyyət eyni ilə bu cürdür. Təbiətdəki quruluşların hər birinin öz qayəsi vardır. Günəşin saçmasının, yağışın yağmasının, havanın müəyyən bir şəkildə keçməsinin hərəsinin özünə məxsus bir məqsədi yoxdurmu?

    Həqiqət budur ki, bu dünyanın batinində böyük bir tablo asılmışdır. Bəzən həqiqət o qədər aydın olur ki, insan ilk baxışda onu görə bilmir. Ancaq bir az diqqət yetirdikdən sonra hər şey öz qaydasına düşür. Bu tablonun üzərində dünyanın, bəşəriyyətin yaranmasının əsas hədəfi, «tərbiyə» və «təkamül» yazılmışdır.[7]

    İndi ki yaradılışımızın bir məqsədi olduğunu bildik, görək, bu məqsəd nədən ibarətdir? Bu dünya onda olan saysız-hesabsız müşkülləri ilə birgə insan yaranışı üçün məqsəd ola bilərmi? Məsələn, bir nəfər altmış il yaşayır. Hər gün səhər işə gedir, axşam olduqda yorğun  halda evinə qayıdır. İşinin müqabilində müəyyən miqdarda maaş alır, həmin maaşla da ailəsinin təlabatını ödəyir. Bu proqram ömrünün axırınadək davam edir. Ömrü sona çatdıqda dünya ilə vidalaşıb axirət mənzilinə yollanır. Fikirləşin, görün, bu yaşayış insan yaranışı üçün hədəf ola bilərmi? Yəni, insanın yaranışında məqsəd yalnız yuxarıda deyilən proqramları təkrarlamaqdırmı?

    Əgər bir mühəndis açıq səhrada böyük bir bina tikib  onun inşasına illərlə vaxt sərf etsə də və binanı tikib qurtardıqdan sonra ondan soruşsalar ki, bu binanı nə üçün tikmisən, o da cavab versə ki, binanı tikməkdə məqsədim buradan keçənlərin onun kölgəsində bir az dincəlməsidir, bu cavabdan təəccüblənmərikmi?  Yoldan keçən bir şəxsin bir saat dincəlməsi üçün bu qədər əzab-əziyyətə dəyməz.

    Məad və ölümdən sonrakı həyatı qəbul etməyənlərin, bu dünyanı puç və mənasız bilmələrinin səbəbi də məhz budur. «Bu dünyanın yaşayışı məqsədsizdir» kimi ifadələr materialistlərin sözlərində tez-tez  gözə çarpır. Hətta onların bəziləri bu həyatdan və eyni proqramın illərlə təkrar olmasından yaxa qurtarmaq üçün intihara əl atırlar. Lakin bu dünyaya məna verən onu başqa bir dünya üçün müqqədimə və hazırlıq bilməkdir. Bu dünyadan sonra əbədi həyat sürmək üçün buradakı çətinliklərlə mübarizə aparırıq. Yaxşı olardı ki, ötən dərslərdə çəkdiyimiz misalı bir daha xatırladaq: əgər ana bətnində olan körpənin tam ağlı, düşüncəsi olsaydı və ona desəydilər, buradan (ana bətnindən) başqa bir yoxdur, körpə dərhal etiraz edib deyəcəkdi: «Onda mənim bu zindanda qalmağımın nə mənası var? Nəyə görə burada qanın, suyun içərisində qalıb həlak olmayıb? Allah məni buna görəmi yaratmışdır? Bunun nə mənası var?». Ancaq əgər körpəyə desələr ki, bura geniş bir dünyaya qədəm basmaq üçün keçid mərhələsidir və burada bir müddət qaldıqdan sonra açıq həyata qayıdacaqsan, onda körpə razı qalıb deyəcək: «Bu təqdirdə burada qalmağıma dəyər. Çünki bura hazırlıqdır və bir neçə aydan sonra buradan xilas olacağam.» Qurani- Kərim bu barədə belə buyurur: «And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?» (Vaqiəh, 62).

    Bir sözlə, bu dünyanın özü bildirir ki, ondan sonra başqa bir dünya var. Əks təqdirdə bu dünya puç, hədəfsiz və mənasız olar. Yaxşı olar ki, bunu Quranın öz dilindən eşidəsiniz: «Yoxsa, sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?»(Muminun, 115).

    Ayə bildirir ki, əgər məad (Allahın hüzuruna qayıdış) olmasa, insan yaranışı puç və mənasız olardı.

    Belə nəticəyə gəlirik ki, bu dünyadan sonra mütləq başqa bir dünya olmalıdır.

    Fikirləşin və cavab verin

    1.Nəyə görə Allahın sifət və xüsusiyyətlərini insanların xüsusiyyətləri ilə müqayisə etmək olmaz?

    2.Bizim yaranışımızda məqsəd nədir?

    3.Bu dünyanın yaşayışı insan yaranışının hədəfi ola bilərmi?

    4.Ana bətnindəki dövr ilə bu dünyanı müqayisə etdikdə nə öyrənirik?

    5.Quran bu dünyanın yaranışından axirətin mövcudluğuna necə sübut gətirir?



     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     



     

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: sadiq | Status: | 6 Mart 2015 06:54 | Qonaq | Şərh yazdı
    Allah sizden razi olsun
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 18 Ağustos 2014 23:48 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.