Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Quran ayələrindən asanlıqla məlum olur ki, bütpərəstlər və digər kafirlər təkcə peyğəmbərin dövründə yox, eləcə də başqa zamanlarda məad- öldükdən sonra dirilmə məsələsinə təəccüblə yanaşırdılar. Hətta bu məsələni onu irəli sürən şəxsin dəliliyinə sübut gətirərək bir-birlərinə nə deyirdilər: «Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir adam göstərəkmi?» (Səba, 7). (Məlumdur ki, bu söz istehza mənasında deyilmişdir). Həqiqətən, o zaman elmin olmaması və düşüncələrin aşağı səviyyədə olması nəticəsində ölümdən sonrakı həyata inam bəsləmək bir növ dəlilik və Allaha töhmət kimi hesab olunurdu. Ölmüş şəxsin yenidən diriləcəyini iddia edən şəxs dəli kimi qələmə verilirdi. Maraqlı burasıdır ki, Quran bu fikirlərə qarşı müxtəlif cavablar vermiş, sübutlar irəli sürmüşdür. Bu sübutlardan hər kəs öz düşüncəsi qədər istifadə edə bilər. Quranın bu cavablarını açıqlamaq üçün geniş bir kitab yazılmalıdır. Lakin bunların bir hissəsini oxucuların nəzərinə çatdırırıq:
1.Quran bəzən onların qiyaməti, öldükdən sonra dirilməni bu dünyada dəfələrlə müşahidə etdiklərini bildirərək onlara cavab verir:
«Buludları hərəkətə gətirən, küləkləri göndərən Allahdır. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir.» (Fatir, 9).
Qış fəslində təbiətə nəzər saldıqda hər tərəfdən ölü iyi gəlir. Ağaclarda nə yarpaq olur, nə gül, nə də meyvə. Quru budaqlar hərəkətsiz şəkildə yerlərində donub qalmışlar. Nə bir ağac tumurcuqlayır, nə bir budaq çiçək açır. Dağlarda, meşələrdə heç bir oyanış gözə dəymir. Bahar yetişdikdə isə, hava yavaş-yavaş ilıqlaşır. Bərəkət yağışları yağmağa başlayır. Birdən-birə təbiətdə yenilik əmələ gələrək hər tərəf oyanır. Otlar bitir, ağaclar yarpaq açır, çiçəklər, tumurcuqlar gözə dəyirlər. Quşlar ağaclarda özlərinə yuva qurmağa başlayırlar. Sanki, qiyamət baş verir. Əgər ölümdən sonrakı həyatın mənası olmasaydı, biz bu səhnəni hər il öz gözümüzlə müşahidə etməzdik. Ölümdən sonra dirilmək iddiası dəlilik nişanəsi olsaydı, bu səhnə hər il təkrar olunmazdı. Torpağın, təbiətin ölümdən sonra dirilməsi, yaxud insanın ölümdən sonra dirilməsi arasında nə fərq var?
2.Bəzən kafirləri, yaranışlarının əvvəlinə qaytararaq ilk vaxtlarını yadlarına salır. Müşrik bir ərəb çöldən bir parça çürümüş sümük tapıb belə güman etdi ki, bunun vasitəsi ilə gedib Məhəmmədin, ölülərin diriləcəyi barəsində dediklərini batil edəcək. Peyğəmbərin huzuruna gələrək: «De, görüm, bu cür çürümüş sümükləri kim dirildə bilər»-deyərək fəryad etdi. Peyğəmbər aşağıdakı ayə ilə onun cavabını verdi: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir» (Yasin, 79). İnsanın ilk dəfə yaranması ilə yenidən dirilməsi arasında nə fərq var?
Bu məsələ digər ayələrdə çox kiçik, lakin mənalı bir ifadə ilə açıqlanmışdır: «(Qiyamət günü insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq.» (Ənbiya, 104).
3.Bəzən Allahın yer və göyün yaradılışındakı böyük əzəmətini yada salaraq buyurur: «Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (Hərşeyi)yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyruğu ona ancaq: «Ol!»deməkdir. O da dərhal olar.» (Yasin, 81, 82). Buna şəkk-şübhə edənlər fikir və düşüncələri aşağı səviyyədə olan insanlar olmuşlar.
4.Bəzən da enerjilərin qiyamət və qayıdışını insanların yadına salaraq məad məsələsini onlara xatırladır: «O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi və siz indi həmin oddan istifadə edirsiniz, o, ölüləri diriltməyə qadirdir.» (Yasin, 80). Quranın bu ifadəsinə bir az diqqət yetirdikdə və müasir elmlərdən kömək istədikdə elm bizə anladır ki, ağac parçasını yandırdıqda və həmin budaqdan od əmələ gəldikdə istiliyi də olacaqdır. Bu istilik ağacın neçə illərlə yığıb saxladığı günəşin istilik və enerjisidir. (Bunu da xatırladaq ki,[6] yalnız yaşıl ağaclar günəş hərarətini özündə saxlayıb bir müddətdən sonra xaric edə bilir). Biz belə güman edirdik ki, günəşin enerjisi itib aradan gedir, lakin indi məlum olur ki, həmin enerji yenidən canlanır və yeni libas geyir.
Günəşin istilik və enerjisini ağacın tərkibində neçə illərlə saxlamağa, sonra onu birdən-birə xaricə çıxarmağa qadir olan Allahın ölüləri diriltməyə qüdrəti çatmazdı?
Görün, Quran məad məsələsinə şəkk-şübhə edənlərə necə qəti cavablar vermişdir. Biz bu cavab və sübutların yalnız bir hissəsini qələmə aldıq. Beləliklə də, Quran məadın mütləq baş verəcəyini bildirir.
1.Nəyə görə müşriklər məad məsələsinə təəccüblə yanaşırdılar?
2.Təbiətdə məad səhnəsini hər il necə müşahidə edirik?
3.Quran bir sıra ayələrdə ana bətnində keçən dövrü məaddan bir nümunə kimi qeyd etmişdir. Bunu necə əlaqələndirmək olar?
4.Enerjilərin qiyaməti necə olur?
5.Nəyə görə Quran (Yasin surəsinin 80-cı ayəsində) «yaşıl ağac» ifadəsindən istifadə etmişdir?
Kitabın adı: | Gənclər üçün üsuliddin haqqinda 50 dərs |
Müəllif: | Ayətullahül-üzma Nasir Məkarim Şirazi |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |