» » » Gənclər üçün üsuliddin haqqında 36-cı Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 36-cı Dərs
    0
    Müəllif: Admin | 6-08-2014, 22:00 | Baxılıb: 1 478

    36-cı dərs


    Nə üçün müqəttəə hərfləri?

    Bildiyimiz kimi, Quranın bir çox surələri müqəttə hərfləri ilə başlamışdır. Buna aid «Əlif-lam-mim», «Əlif-lam-mim-ra», «Yasin» və digər ayələri nümunə göstərmək olar. Bəzi rəvayətlərə əsasən, bu müqəttəə hərflərinin ehtimal olunan məna açılışlarından biri budur ki, Allah bu böyük möcüzənin, yəni Quranın sadəcəolaraq «əlifba» hərflərindən təşəkkül tapdığı bildirmək istəyir. Görün, bu əzəmətli kəlamlar necə hərf və sözlərdən təşkil olunmuşdur ki, kiçik yaşlı uşaqlar da onu oxumağa qadirdilər. Doğrudan da, bunun özü böyük bir möcüzədir.

    Burada bir sual yaranır: Quran hansı nöqteyi-nəzərdən möcüzə hesab olunur? Təkcə fəsahət, balağət cəhətlərindənmi möcüzədir? Başqa sözlə, onun möcüzə olması yalnız şirin, mənalı və nüfuzlu ifadələrinəmi görədir, yoxsa, başqa cəhətlərə görə də möcüzədir?

    Həqiqət budur ki, Qurana hər dəfə müxtəlif aspektlərdən nəzər yetirdikdə onun müxtəlif möcüzələri aşkar olur. Məsələn:

    1.Onun fəsahət və bəlağəti. Onda olan şirin, hər şeyi əhatə edən, mənalı, dəyərli və çox cazibəli mənaların hamısı başdan-ayağa möcüzədir.

    2.O, (Quran) hər baxışdan gözəl şeyləri, xüsusən, mövhumat və cəfəngiyyatdan kənar olan dini əqidəni əhatə etmişdir.

    3.Onun elmi möcüzələri. Yəni, Quran o vaxtadək insanlar üçün məlum olmayan elmi məsələləri izah etmişdir.

    4.Quranın qeybdən verdiyi xəbərlər. O vaxt hələ baş verməmiş bir neçə hadisə daha sonra açıq-aşkar baş vermişdir.

    5.Ayələrin bir-biri ilə heç bir ziddiyyət yaratmaması və mənaların bir-biri ilə tam uyğunluğu, həmçinin bir çox başqa möcüzələr.

    Bu beş mövzu barədə bəhs həddən artıq çoxdur. Biz isə bir neçə dərsdə bunların əsas məzmununu araşdıracağıq.

    1.Fəsahət və bəlağət

    Bilirik ki, hər bir söz iki hissədən ibarətdir: kəlmə və məna.

    Əgər kəlmələr gözəl, layiqli, bir-birinə uyğun və nöqsansız olsa, eləcə də cümlə birləşmələri, məna və məqsəd könül iətəyən kimi cazibəli olsa, o kəlam fəsih və bəliğ kəlam adlanar.

    Quran bu iki xüsusiyyəti (fəsahət, bəlağət) özündə son dərəcə yüksək səviyyədə ehtiva edir. Belə ki, indiyədək heç kim onun şirinliyi, cazibədarlığı kimi şirin və çox cazibəli ayələr gətirə bilməyib.

    Müşriklərin arasından seçilmiş olan Vəlid ibn Muğəyrə kimi şəxs Quran ayələrini eşitdikdən sonra heyrətə gəlib fikrə qərq oldu. Bir müddət fikirləşdikdən sonra Quranla mübarizə etmək məqsədi ilə müşriklərə «deyin, Quran sehr, Məhəmməd isə sehrbazdır» deyə əmr etdi.

    Onlar bu adı peyğəmbərə dəfələrlə vermişdilər. Onlar bu yolla Quranın adına xələl gətirmək istəyirdilər. Əslində isə bu Quranın əzəmətini daha da ucaltdı. Çünki bu, (Quranı sehr adlandırmaq) Quranın fövqəladə nüfuzlu olduğuna bir etiraf idi. Quranı sadə yolla tanımaq qeyri mümkündür. Buna görə də, onu cazibəli və tanınmamış bir qüvvə hesab etməliyik. Müşriklər həqiqəti və Quranı möcüzə olaraq qəbul etmək əvəzinə, haqsızlığa əl ataraq onu sehr adlandırdılar.

    İslam tarixində inadkar şəxslərin peyğəmbərin hüzuruna gəlib bir neçə Quran ayəsini dinləməklə birdən-birə İslam nurunun qəlblərində parladığı dəfələrlə görülmüşdür. Bu, Quranın cazibəsinin, fəsahət və bəlağətinin möcüzə olduğunu göstərir.

    Uzağa getməyək, hal-hazırda ərəb ədəbiyyatı ilə tanışlığı olan insanlar Quranı nə qədər oxuyub təkrar edirlərsə, heç yorulmur, Qurandan doymurlar. Əksinə, daha çox ləzzət alırlar.

    Quran ifadələri həddən artıq dəqiq, mətin şəkildə, eyni zamanda açıq-aşkar, yeri gəldikdə isə, qəti surətdə bəyan edilmişdir.

    Yeri gəlmişkən, xatırlatmalıyıq ki, ərəblər o zamanlarda ədəbiyyat sahəsində çox irəliləmişdilər. Cahiliyyət dövrünün bəzi şerləri hal-hazırda da ərəb ədəbiyyatının ən gözəl şerlərindən hesab edilir.

    Hər il Hicaz ədəbiyyatçılarından bir dəstəsi Məkkə şəhərində yerləşən Əkkaz bazarına yığışıb öz şerlərini təqdim edirdilər. Onların ən yaxşısı «ilin şeri» adına layiq görülərək yazılıb Kəbənin divarlarından asılırdı. Həzrət Məhəmməd(s) peyğəmbərliyə yetişdiyi dövrdə artıq «Yeddi müəlləqat» adlı möhtəşəm poeziya nümunələri hərəsi bir dəfə ilin şeri adına layiq görülüb Kəbənin divarından asılmışdı. Quran nazil olduqdan sonra onların fəsahət və bəlağəti nüfuzdan elə düşdü ki, onları bir-birinin ardınca oradan götürməli oldular.

    Quran təfsirçiləri müxtəlif ayələrin əsasında Quranın incəliklərini bacardıqları qədər qələmə almışlar. Siz bu təfsirçilərə müraciət etməklə, yuxarıda deyilən məsələ ilə daha ətraflı tanış ola bilərsiniz.

    Quranla tanışlıq göstərir ki, peyğəmbərin Quran barədə buyurduğu aşağıdakı hədis heç də təsadüfi və mübaliğə dərəcəsində deyildir. Peyğəmbər buyurmuşdur:«Quranın zahiri gözəl və zinətli, batini isə çox dərindir. Onda olan maraqlı və heyrətamiz məsələlər köhnəlməz.»

    Quran məktəbinin böyük şagirdi olan Əmirəl-möminin Həzrət Əli(ə) da Nəchül- bəlağədə bu barədə belə buyurur: «Qəlbin baharı Qurandadır. Elm çeşmələri Qurandan qaynayır. Qəlbi təmizləmək üçün Qurandan yaxşı heç bir şey yoxdur».

    Fikirləşin və cavab verin

    1.Qurandakı müqəttəə hərflərinin məna açılışı nədir?

    2.Quran təkcə bir nöqteyi-nəzərdən möcüzədir, yoxsa müxtəlif cəhətlərdən?

    3.Nəyə görə müşriklər peyğəmbəri sehrbaz adlandırmışlar?

    4.Fəsahətlə bəlağətin fərqi nədir?

    5. «Yeddi müəlləqə» hansı dövrə aiddir? Onların mənası nə idi?



     


     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     



     

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 7 Ağustos 2014 10:39 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAW ALLAH KOMEYNIZ OLSUN INWALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 6 Ağustos 2014 22:52 | İstifadəçi | Şərh yazdı
    Evveller yalniz ayelerin zahirine fikir verirdim/Ve bu sebebden idiki  Quranin aciq aydin ayeleri var dir deye fikirlesirdim/Amma bezi ayeleri meni dusundururdu/Bilmediklerinizi zikr ehlinden oyrenin ayesini gordum/Zikr ehlinden sorusduqca oyrendikce Quranin ayelerinin yalniz zahiri deyil, batininede baxmaq lazim oldugunu oyrendim.Allah bizi Quran Kerimden ve Ehlibeytden ayri salmasin/Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.