» » » Gənclər üçün üsuliddin haqqında 41-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 41-ci Dərs
    +5
    Müəllif: Admin | 12-08-2014, 22:00 | Baxılıb: 1 392

    41-ci dərs

     

     

    Mühüm bir sual: Ölüm sondur, yoxsa başlanğıc?

    Nə üçün insanların çoxu ölümdən qorxur?

    Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.

    Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?

    Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).

    Bu qorxunun səbəbi

    Araşdırma və tədqiqatlardan belə məlum olur ki, bu qorxunun əsas səbəbi

    iki şeydir.

    1.Ölümü fəna və puçluq mənasında təfsir etmək

    İnsan həmişə yoxluqlardan uzaq olmağa çalışır. Xəstəlikdən uzaq olmaq istəyir, çünki xəstəlik sağlamlığın olmamasıdır. Qaranlıqdan, zülmətdən uzaq gəzir, çünki o, nur və işığın yoxluğudur. Hətta boş bir evdən, boş səhradan qaçmağa çalışır, çünki orada heç bir insan yoxdur. Təəccüblü budur ki, insan gecəni ölü ilə bir otaqda qalmağa da hazır deyil. Halbuki, həmin ölünün sağlığında ondan qorxmur və gecələri onunla bir yerdə keçirirdi.

    İndi görək, insanın yoxluqdan kənar gəzməsinin səbəbi nədir? Cavab məlumdur. Çünki varlıq varlıqla tanışdır. Varlıq yoxluqla heç zaman tanış olmamışdır. Deməli, insanların yoxluqdan qaçması təbii bir işdir. Əgər ölümü hər şeyin sonu hesab etsək, ölümdən qorxmağa haqqımız var. Hətta onun adından qorxmağa da haqqımız olar. Çünki ölüm hər şeyi bizim əlimizdən alır və bizi puçluğa aparır. Yox, əgər ölümü yeni bir həyatın başlancığı bilsək, onda nəinki ölümdən qorxmamalıyıq, əksinə, şərəfli ölümə doğru addım atanları alqışlamalıyıq.

    2.Nameyi-əməlın[3] çirkinliyi

    Bəzi insanlar ölümü fəna hesab etməmələrinə baxmayaraq, yenə də ölümdən qorxurlar. Səbəbi də budur ki, onların əməl dəftərləri çirklənib qaralmışdır. Onlar günahlarının nəticəsində düçar olacaqları acınacaqlı əzablardan qorxurlar. Onlar ölümdən qorxmaqda haqlıdırlar. Bu cür şəxslər zindandan kənara çıxarılan təhlükəli canilərə bənzəyirlər. Bu canilər bilirlər ki, nə vaxt onları zindandan qırağa çıxartsalar, dar ağacına aparacaqlar. Belə vəziyyətdə onlar zindanın dəmir qapılarından yapışıb qırağa çıxmaq istəmirlər. Onlar azadlıqdan yox, aqibəti edamla nəticələnəcək azadlıqdan qorxurlar. Ölümü fəna bilməyən, lakin ondan qorxanlar da bu cürdürlər. Onlar ruhlarının dar qəfəsdən azad olmasından qorxmurlar, sonradan başları çəkəcək əzabladan qorxurlar. Ancaq onu fəna bilməyən və çirkin əməl dəftərinə malik olmayan şəxslərin ölümdən qorxmağının nə mənası var? (Şübhəsiz ki, bu cür şəxslər ölümdən qorxmurlar.) Bu cür insanlar dünya həyatından bəhrələnir və yeni həyatları üçün hazırlıq görürlər. Bu dünyadakı həyatlarından gələcək həyatları üçün çoxlu ehtiyat götürmək məqsədi ilə Allahın razı olduğu yolda ölümün qarşısına çıxır və onu qarşılayırlar.

    İki müxtəlif nəzəriyyə

    Bir az bundan əvvəl qeyd etdik ki, ölümdən qorxanlar insanlar arasında çoxluq təşkil edirlər. Lakin başqa bir qism də var ki, onlar müqəddəs hədəf uğrunda ölməkdən qorxmur, hətta bu cür ölümü özləri qarşılayırlar. Yaxud ölümləri sadə və adi ölüm olarsa, ömürlərinin sonunda heç bir narahatçılıq hissi keçirmirlər. Bunun (bəzilərinin ölümdən qorxmasının, bəzilərinin isə qorxmamasının) səbəbi arada iki müxtəlif nəzəriyənin olmasıdır.

    1)Birinci qismdə olan insanlar (ölümdən qorxanlar) ölümdən sonrakı aləmə inanmırlar, inansalar da, qəlblərində bəzi şübhələr qalmışdır. Buna görə də, ölüm anını əlin hər şeydən üzüldüyü an bilirlər. Əlin hər şeydən üzülməsi yəqin ki, çıxılmaz bir vəziyyətdir. İşıqlı dünyadan qaranlıq dünyaya qədəm qoymaq, əlbəttə ki, çətindir. Həmçinin, bir cani üçün zindandan çıxıb məhkəməyə getmək, yəqin ki, çox çətindir.

    2)Lakin ikinci qism insanlar (ölümdən qorxmayanlar) ölümü yeni bir təvəllüd sayırlar. Onların fikrincə, ölüm darısqal, məhdud və zülmət bir yerdən geniş, həddi-hududu olmayan və işıqlı olan bir dünyaya köç deməkdir. Ölüm sanki, ruhun kiçik bir qəfəsdən azad olub geniş göylərdə pərvaz etməsi, zülm, ədalətsizlik, haqsızlıq içindən çıxıb, bunlardan pak olan bir mühitə daxil olması deməkdir. Təbiidir ki, bu cür şəxslər artıq ölümdən qorxmayacaqlar. Bu məktəbin lideri olan Həzrət Əli(ə)-ın dili ilə desək: «Əbu Talibin oğlunun (Əlinin) ölümə münasibəti südəmər uşağın anasının döşünə olan münasibətindən də artıqdır.»

    İslam tarixində bəzi insanların ölümə olan münasibətini gördükdə insan heyrətə gəlir. İmam Hüseyn(ə) və Kərbəlanın digər şəhidlərinin üzlərində şəhadət zamanı yaxınlaşdıqda sevinc, təbəssüm nişanələrinin görünməsi heç də təsadüfi deyil. Məhbubun görüşünə gedəcəklərindən, onların sevinclərinin həddi-hududu yox idi.

    Yenə də təsadüfi deyil ki, dünyanın ən böyük cinayətkarı, insaniyyət aynasını ləkələyən Əbdürrəhman ibn Mülcəm Həzrət Əlinin başına qılınc endirərkən o Həzrət fəryad edərək deyir: «And olsun Kəbənin Rəbbinə ki, mən səadətə qovuşdum.» Bu insanın özünü təhlükəyə salmalı olduğu və böyük nemət olan həyatda yüksək nailiyyətlər əldə etmək üçün çalışmalı olmadığı mənasına gəlməz. Bu sözün mənası budur ki, insan həyatından düzgün istifadə etməlidir. Ömür sona yaxınlaşdıqda -xüsusən, ali məqsədlər uğrunda- qorxuya düşməməlidir. Xüsusən, yüksək hədəflər yolunda.

    Fikirləşin və cavab verin

    1.Nə üçün insanlar ölümdən qorxurlar? Bunun səbəbi nədir?

    2.Nəyə görə bəzi insanlar ölüm qarşısında xoşhal olur və Allah yolunda şəhid olmağa can atırlar?

    3.Ölüm anını nəyə bənzətmək olar? Ölüm zamanı imanlı və imansız şəxslər hansı hissləri keçirirlər?

    4.Ölümdən qorxmayan şəxslər görmüsünüzmü? Onlardan hansı xatirə  yadınızdadır?

    5.Ölüm qarşısında Əli(ə)-ın məntiqi nə olmuşdur?


     

     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     



     

     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sami Meryem | Status: İstifadəçi Offline | 29 Ekim 2014 17:56 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun podzatylnik

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 13 Ağustos 2014 13:04 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAWIM ALLAH SIZLERI IMANINIZI TEQVANIZI ARTIRSIN HAQINIZI HALAL EDIN INWALLAH....

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 13 Ağustos 2014 06:29 | İstifadəçi | Şərh yazdı
    ÖLÜM ƏBƏDİ HƏYATIN BAŞLANĞICIDIR.SEÇİMİ BİZLƏR EDİRİK.KİMLƏR CƏNNƏTİ, KİMLƏRSƏ CƏHƏNNƏMİ SEÇİR.(ƏMƏLLƏRİMİZƏ GÖRƏ) ...ALLAH RAZI OLSUN QARDAŞ.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elşan Valiyev | Status: İstifadəçi Offline | 12 Ağustos 2014 23:08 | İstifadəçi | Şərh yazdı
    Loğman (ə) nesihetler... İki şeyi unutma Allahi yaddan çıxartma Allah hemişe senin yadında olsun ve ölümü hec vaxtı yaddan çıxartma çünki sen onu unutsanda o seni hec vaxtı unutmur sene teref daima gelir.
     
    Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”
     
    Həzrət Məhəmməd (s) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”
     

    Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

     
    Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
     

    Həzrət Məhəmməd (s) buyurur: "Az günah etsən, ölüm sənə asan olar.”


    Həzrət Əli (ə) buyurur: "Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”
     
    Həzrət Əli (ə) buyurur: "Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”
     
    Həzrət Əli (ə) buyurur: "Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”
     
    Həzrət Əli (ə) buyurur: "İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.”
     
    Həzrət Əli (ə) buyurur: "Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”
     
    İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.