Başqalarını özündən irəli çəkmək
Duanın qəbul olmasının səbəblərindən biri də dini qardaşların hacətlərini özündən qabağa keçirməkdir. Məsumlardan biri buyurur: Əgər bilsən ki, Möminlərdən biri sənin dərdinə giriftar olubdur, özünü borclu bilib onun barəsində dua et. Əlbəttə, bu dua etmək həqiqi olmalıdır, yalandan yox. Yəni ona qarşı olan məhəbbəti nəticəsində onun dərdini özündə hiss etməli və onun rahatlığını öz rahatlığı bilməlidir, hətta bundan da artıq olmalıdır. Əgər belə olsa, Allah onun hacətini də rəva qılacaqdır. "İddətu” kitabında Əliyyibni İbrahimdən nəql olunmuşdur ki, o da öz atasından belə nəql edir: Əbdullah İbni Cündəbi gördüm ki, "Ərəfə” günü ərəfə çölündə gün batana qədər iki əllərini asimana qaldırmışdı və yaş gözlərindən axırdı. Camaat köçüb gedəndən sonra dedim bu gün bu çöldə səni hamıdan yaxşı gördüm. O, cavabında dedi: And olsun Allaha ki, yalnız qardaşlarımı dua etdim. Çünki mövlam Musəbni Cəfər mənə xəbər verib buyurmuşdur ki, "hər kəs öz dini qardaşı üçün dua etsə, ərşdən onun üçün nida olunar ki, yüz min bərabər sənin üçündür”. Buna görə də qəbul olunmasına zəmanət verilmiş yüz min duanı, özüm üçün edəcəyim və hələ qəbul olunması da şəkkdə olan bir duadan üstün hesab etdim. Yəni əgər özüm üçün dua etsəydim bir dua sayılırdı, özü də qəbul olunub-olunmaması barəsində şəkkdə olacaqdım. Lakin dini qardaşım üçün dua etdiyimdən özüm üçün yüz min dua, özü də qəbul olunmuş dua qazandım. Çünki mələk dua edir, mələkin də duası geri qaytarılmır, qəbul edilir.
Rəvayətlərdə belə nəql olunur ki, dini qardaş barəsində edilən duada onun bir neçə qat əvəzini verirlər: bəzi vaxtlar 2 dəfə artıq, bəzi vaxtlar neçə dəfə artıq, nəhayət bunun sayı 100 min dəfəyə gəlib çatır və bu da dua edən şəxsin qəlbi iman və məhəbbətinin qüvvəli və ya zəif olması ilə əlaqədar olaraq müxtəlif olmasındadır.
Əbdullah ibni Cündəb İmam Sadiq və İmam Kazim əleyhiməs-salam səhabələri içərisində böyük şəxsiyyət olduğundan ilahi məhəbbətdə, yüksək qədir-qiymətə və məqamə malik olduğundan yüz min bərabər dua qazandı. Həmçinin Zeyd Mərsidən rəvayət olunubdur ki, o deyir: Müaviyət ibni Vəhəblə "Ərəfat” çölündə dua etməklə məşğul idik. Onun duasına qulaq asanda gördüm ki, özü üçün heç nə istəmir və Möminlərin, ata-babalarının adını çəkir və onlar üçün dua edir. Bu işin səbəbini ondan soruşanda dedi: Mövlam imam Sadiq əleyhis-salamdan eşitmişəm ki, buyurur: Hər kəs qardaşının olmadığı yerdə onun üçün dua etsə, birinci asimandan mələk nida edər və onun üçün etdiyi duanın yüz min bərabəri qədər dua edər. İkinci asimandan isə bir mələk nida edib deyər ki, sənin üçün etdiyin o duanın iki yüz min bərabəri olsun. Üçüncü asimandan bir mələk deyər ki, sənin üçün etdiyin duanın üç yüz min bərabəri olsun. Nəhayət yeddinci asimandan bir mələk deyər ki, sənin üçün etdiyin bu duanın yüz min bərabəri olsun. Sonra Allah-Taala buyurar: Sənin üçün olsun min-min bərabər.
Aydındır ki, bu mərtəbə o dua edənlər üçündür ki, duası yeddinci asimandan da oyana keçir.
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb