» » Quran və Sünnədə Allahı və peyğəmbəri sevməyin vacibliyini göstərən bəzi dəlillər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Quran və Sünnədə Allahı və peyğəmbəri sevməyin vacibliyini göstərən bəzi dəlillər
+5
Müəllif: Nezrin | 10-08-2015, 20:00 | Baxılıb: 1 493
 

 Quran və Sünnədə Allahı və peyğəmbəri sevməyin vacibliyini  göstərən bəzi dəlillər 
 
Qurani Kərim və peyğəmbərin  Sünnəsində möminləri Allahı və Onun rəsulunu sevməyə təşviq edən bir çox dəlillər mövcuddur.
Birinci: Uca Allah buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha əzizdir "
İmam Əş-Şövkani demişdir: "Yəni Peyğəmər  insanlara bütün dini və dünyəvi məsələlərdən öndə gəlir və möminlər onu özlərindən daha çox sevməlidirlər. Gərək onu möhtac halda olsalar belə mal-dövlətərindən, hətta öz canlarından belə daha çox sevsinlər. Əgər peyğəmbərin  sözü insanları bir şeyə, insanların nəfsi istəkləri isə bir başqa şeyə səsləyərsə gərək peyğəmbərin sözünü nəfsi istəklərdən öndə tutaraq ona riayət edilsin." Şeyxul İslam İbn Teymiyyə Uca Allahın: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə mö- minlərin analarıdır. Qohumlar Allahın yazısına görə birbirlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır." -ayəsinin aşağıdakı səhih hədisin mənasında olduğunu demişdir: "Mən hər bir möminə yardım etməyə onun özündən daha haqlıyam, hər kim özündə sonra mal-dövlət qoyub gedərsə onun varislərinə çatmalıdır. Özündən sonra əhli-əyal və ya tələf olmuş bir şey qoyub gedərsə ona yardım etmək mənlikdir." Beləliklə də Uca Allah peyğəmbəri insanlara onların özlərindən daha yaxın etmişdir. Sonra qohumları bir-birinə yaxın etmişdir ki  qarşılıqlı yardım etsinlər. Çünki əgər peyğəmbər insanlara onların özlərindən daha yaxındırsa, onların qohumlarından da təbii ki yaxındır.
İkinci: Uca Allah buyurur: "De:"Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bə- yəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.” Ayədəki kəlimələrin şərhi:
Qohumları: Yəni əmiləri və onların övladları kimi qohumlar.
Əldə etdiyiniz: Törətdiyiniz.
Məhv olmasını: Ziyana uğramasını.
Razı qaldığınız mənzillər:O mənzillər ki sizin xoşunuza gəlir və orada qalmaq sizin Allah və Rəsulu yolunda hicrət etməkdən çəkindirir. Allahın əmri gələnədək: Yəni Məkkənin Fəthi günü başınıza gələcək bəlaya qədər. Allah fasiq qövmə hidayət verməz: O kəslər ki, itaətdən boyun qaçırır və əmr və ya qadağalara məhəl qoymur. Qazı İyad demişdir: Bu ayə peyğəmbəri sevməyin vacibliyinə ən böyük dəlil, təşviq, tənbeh və sübutdur. Çünki Allah bu ayədə özünü, mal-dövlətini və əhli əyalını Allah və Onun rəsulundan çox sevənləri: "Allahın əmri gələnədək gözləyin" - deyə hədələmişdir. Ayənin sonunda isə Allah onları fasiq adlandırmış, onların yollarını azaraq hidayətdən uzaq düşdüklərini bəyan etmişdir.
Üçüncü: Ənəsdən rəvayət olunur ki, peyğəmbər demişdir: ”Sizlərdən biriniz məni atasından, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz.” Abdullah ibn Hişam rəvayət edir ki, bir dəfə biz peyğəmbərlə birlikdə olarkən o, Ömər ibn Əl-Xəttabın əlindən  tutmuşdu. Ömər ona dedi: Ey Allahın rəsulu, səni özümdən savayı hər şeydən çox sevirəm. Peyğəmbər dedi: "Xeyr, nəfsim Əlində olana and olsun ki, gərək məni özündən də çox sevəsən." Ömər dedi: Allaha and olsun ki, indi mən səni özümdən də çox sevirəm. Peyğəmbər  buyurdu: "Bax indi (imanın kamil oldu) ey Ömər". Şeyx İbn Üseymin demişdir: "Peyğəmbər  müxtəlif səbəblərə görə sevilməlidir:
1- Əgər sən Allahı hər şeydən çox sevirsənsə, o zaman Onun peyğəmbərini də hər bir məxluqdan çox sevməlisən.
2- Peyğəmbər Allaha ibadət edərək onun risaləsini yaymışdır.
3- Allah ona bir çox gözəl əxlaq və əməllər vermişdi.
4-Sənin hidayətə varmağına və öyrənməyinə səbəbkar peyğəmbərdir.
5- Şəriəti təbliğ edərkən müxtəlif əziyyətlərə düçar olduğuna görə.
6- Allah kəliməsinin ucalması üçün malını və canını fəda etdiyi üçün .
Bu hədisdən aşağıdakı faydalar götürülür:
1- İnsan gərək peyğəmbəri özündən də çox sevsin.
2- Rəsulullah yolunda malını və canını fəda etmək gərəkdir . Çünki gərək peyğəmbər sevgisi insanın özündən və malından da güclü olsun.
3- Peyğəmbərin  sünnəsinin yayılması yolunda mal, can və enerji sərf etmək lazımdır. Bu peyğəmbər sevgisinə daxildir. Bəzi alimlər Uca Allahın: "Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur." ayəsi barəsində demişlər ki, peyğəmbərin gətirdiyi şəriətə ədavət və nifrət bəsləyən hər bir kəs, xeyirdən məhrum və sonsuzdur. Peyğəmbərin  sözünü başqalarının sözündən üstün tutmaq. Belə ki, insan hamıdan çox sevdiyi kəsin sözünü digərlərinin sözlərindən, hətta öz sözündən belə üstün saymalıdır.
Dördüncü: Ənəs ibn Malikdən rəvayət olunur ki; "Bir dəfə bir kişi peyğəmbərin yanına gələrək soruşdu: Ey Allahın rəsulu, Qiyamət saatı nə zamandır? Peyğəmbər ondan soruşdu: "O saat  üçün nə hazırlamısan?” O dedi: Allahı və Onun rəsulunu sevməyi. Peyğəmbər dedi: "Şübhəsiz ki, sən sevdiyinlə birlikdə olacaqsan.” Ənəs dedi: İslamı qəbul etdikdən sonra ən çox sevindiyimiz söz peyğəmbərin: ”Şübhəsiz ki, sən sevdiyinlə birlikdə olacaqsan.”- sözü oldu. Sonra Ənəs yenə dedi: Mən Allahı, Onun elçisini, Əbu Bəkri və Öməri sevirəm. Ümid edirəm ki, onlar kimi yaxşı əməllər edə bilməsəm belə onlarla birlikdə olacağam.”
Beşinci: Əbu Hureyradən rəvayət olunur ki, peyğəmbər demişdir: "Ümmətimdən məni ən çox sevənlər o kəslərdir ki, onlardan biri məni görmək üçün mallarından və yaxınlarından keçməyə hazırdır.”
 
Kitabın adı: Peyğəmbəri sevmək
Cəm edib toplayan: Əlixan Musayev
Tərcümə: Aydın Salehli

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.