Bərəkət
229.Bərəkət
Quran:
«O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib.»
Hədis:
764.İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur:« (Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir.»
230.Bərəkət gətirən və bərəkəti aradan aparan şeylər
Quran:
«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq.»
Hədis:
765.Allahın Peyğəmbəri (s):«Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir.»
766.Allahın Peyğəmbəri (s):«Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır.»
767.Allahın Peyğəmbəri (s):«Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.»
768. İmam Əli (ə):«Ədalətlə bərəkətlər qat-qat artır.»
769.İmam Əli (ə):«Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər.»
Mənbə: Mizanul – hikmət (xülasəsi) 1-ci cild