» » » Quranı oxumaq haqqında qırx hədis


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranı oxumaq haqqında qırx hədis
    0
    Müəllif: Elya | 21-07-2014, 09:00 | Baxılıb: 3 079
     

    Quran oxumaq haqqında qırx hədis

    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
    2-İmam Əli (ə) buyurmuşdur: "Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
    4-İmam Əli (ə) buyurmuşdur: "Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
    6-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”
    11-İmam Sadiq (ə) buyurmuşdur: "Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məscidlər Qurana görə bərpa edilmişdir.”
    13-İmam Əli (ə) buyurmuşdur: "Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
    14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”
    15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”
    16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”
    18-İmam Əli (ə) buyurmuşdur: "Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”
    20-İmam Səccad (ə) buyurmuşdur: "Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”
    21-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı əzbərdən bilən şəxs ona əməl etsə, axirətdə Allahın xəbər gətirən və yaxşı rəftar edən mələkləri ilə dost olar.”
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Quran oxuyan şəxs ehtiyacsız olar, əks təqdirdə (Quran oxumasa) heç bir şey onu qane etməz.”
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran hamilləri (hafizləri) behişt əhlinin nümayəndələri və başçılarıdır.”
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Zehnin və bədəninin zəif olmasına baxmayaraq zəhmət çəkib Quranı əzbərləyən şəxsin savabı çoxdur.”
    25-İmam Səccad (ə) buyurmuşdur: "Quran ayələri xəzinədir, hər vaxt o xəzinənin ağzını açdınsa, bil ki, ona nəzər etməyin savabı vardır.”
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Dünya əhli səmadakı ulduzlara baxdıqları kimi, səma əhli də müsəlman bir şəxsin Quran oxuduğu evə baxarlar.”
    27-İmam Sadiq (ə) buyurmuşdur: "Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.”
    29-İmam Sadiq (ə) buyurmuşdur: "Möminə layiqdir ki, ya Quranı öyrənsin, ya da onu öyrənmək üçün zəhmət çəksin.”
    30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.”
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın digər sözlərə olan fəzilət və üstünlüyü Allahın sair varlıqlara olan fəzilət və üstünlüyü kimidir. Quran hər bir şeydən – Allahdan başqa – üstündür. Buna əsasən, hər kəs Qurana ehtiram göstərsə, sanki Allaha ehtiram göstərmişdir; hər kəs də Qurana ehtiram göstərməsə, sanki Allaha ehtiramsızlıq etmişdir.”
    32-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı əzbərləyib, ona əməl edənlərin məqamları asimanın ən böyük mələklərinə bərabərdir.”
    33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimin yüksək məqama nail olan şəxsləri Quranı həml (hifz) edənlər və gecə (ibadət üçün) oyaq qalanlardır.”
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, Allahın kitabından bir ayə oxumaq ərşin altından tutmuş, yerin altına qədər olanlardan yaxşıdır.”
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "...Axirətin bəlası Quran oxuyan şəxsdən götürülər.”
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala üç səsi çox sevir: 1-Quran tilavət edən şəxsin səsini. 2-Xoruzun səsini. 3-Sübh vaxtı günahlarının bağışlanmasını diləyən şəxsin səsini.”
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: "Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”
    38-İmam Əli (ə) buyurmuşdur: "Qurandan bir ayə eşidən şəxs üçün (bunu eşitmək Yəməndə yerləşən) "Şir” dağının ağırlığı qədər qızılı olmasından yaxşıdır.”
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.”
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç şeyə baxmaq ibadətdir: 1-Ata-ananın üzünə. 2-Dənizə. 3-Qurani-kərimə.”

    Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 21 Temmuz 2014 13:35 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM DEYERLİ XEBERE GÖRƏ

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 21 Temmuz 2014 12:42 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun bacım!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.