» » » Yemək və içmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yemək və içmək
    +1
    Müəllif: Elya | 30-07-2014, 09:00 | Baxılıb: 1 169
     
     
    Yemək və içmək
    1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.
    2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: "Yeməyinin halallığında şübhə etsən, onu yemə.”
    3-İmam Baqir (ə) buyurmuşdur: "Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.”
    4-Süfrə başında əyləşməzdən öncə, əllərinizi yuyun. Peyğəmbər (s) buyurmuşdur: "Yeməkdən qabaq dəstəmaz almaq yoxsulluğu, yeməkdən sonra isə dəliliyi aradan aparır və gözün nurunu artırır.”
    5-Yeməkdən sonra da əllərinizi yuyun. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yeməkdən əvvəl və sonra əllərini yusa, əvvəldən axıra qədər yemək ona mübarək (bərəkətli) olar.”
    6-Süfrə başında diz üstə əyləşin və heç bir şeyə söykənməyin. İmam Əli (ə) buyurmuşdur: "Süfrə başında qullar kimi, ayaqlarınızı bir-birinin üstünə qoyub dizlərinizin üstə əyləşin və yerdə yemək yeyin.”
    7-Yeməyi Allahın adı ilə başlayın. İmam Əli (ə) bu barədə buyurmuşdur: "Hər kəs yeməyi Allahın adı ilə başlasa, zəmanət verirəm ki, ona həmin yeməkdən əzab-əziyyət yetişməz.”
    8-Yeməyi azacıq duz ilə başlayın. Belə ki, imam Əli (ə) buyurmuşdur: "Yeməyi duz ilə başlayın. Əgər insanlar duzun nə qədər faydalı olduğunu bilsəydilər, onu sınaqdan çıxarılmış zəhərə qarşı işlədilən dərmana üstünlük verərdilər.”.
    9-Yeməyi sağ əllə yemək müstəhəbdir. İmam Sadiq (ə) buyurmuşdur: "Sol əlinizlə yeyib-içməyin, hətta bir şey belə almayın.”
    10-Yeməyi Allaha həmd-səna etməklə qurtarın və yeməyin sonunda azacıq duz yeyin.
    11-Tikələri yaxşı çeynəyin, əvvəlki tikəni yeyib qurtarmayınca, başqa tikə götürməyin.
    12-Yemək vaxtı imkan daxilində başqasının üzünə baxmayın.
    13-Təlskən halda yemək yeməyin və süfrə başında çox oturun.
    14-Sol ayağınız üstə oturun və üç barmaqla yeyin.
    15-Yeməyi isti-isti yemək məkruhdur. İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: "Xörəyi isti-isti yeməyin  və onun soyumasını gözləyin; çünki Allah-taala bizim isti yemək yeməyimizi istəmir. Bərəkət soyuq yeməkdədir.”
    16-Yeməyi üfürmək məkruhdur. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Peyğəmbər (s) yeməyə, yaxud içməyə üfürməyi qadağan etmişdir.”
    17-Yeməkdə orta həddi gözləyin, həddən artıq yeməyin və doymamışdan qabaq yeməkdən əl çəkin.
    18-İmam Rza (ə) buyurmuşdur: "Yeməyə meylin olan halda (doymamışdan qabaq) ondan əlini çək; çünki doymamışdan qabaq yeməkdən əl çəkmək mədəyə, bədənə, bədənin yüngülləşməsinə və əqlin inkişafına faydalıdır.”
    19-İmam Əli (ə) buyurmuşdur: "Qarnı (normadan artıq) dolu olan şəxs yerin və göyün mələkutuna daxil olmaz.”
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Boğaza qədər yeməkdən pərhiz edin, çox yeməyin bədən üçün zərəri var və çox yemək xəstəliyə səbəb olar.”
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Çox yemək insanı ibadətə qarşı süst edər.”
    22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Az yeyən şəxsin bədəni sağlam, qəlbi saf olar, çox yeyən şəxsin isə bədəni xəstə və qəlbi bərk olar.”
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Az yemək hər bir halda və hər bir tayfanın yanında bəyənilmiş bir sifətdir.”
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Möminin qəlbinə çox yeməkdən zərərli bir şey yoxdur. Çox yemək insanın qəlbini bərkidir və ehtirası cuşa gətirir, aclıq isə möminin munisi, ruhun qidası, qəlbin təamı və bədəninin sağlamlığıdır.”
    25-İmam Əli (ə) buyurmuşdur: "Çox yeməkdən pəhriz et, çox yeyən şəxsin xəstəliyi çoxalar və yuxusu pozular.”
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər sizdən biri yeməyə məşğul olarsa, gərək qarnının üçdən bir hissəsini təam üçün, ikinci üçdən bir hissəsini su üçün və digər üçdən bir hissəsini isə nəfəs üçün ayırsın.”
    27-Gecə vaxtı az yeyin, yeməyi heç olmazsa yatmamışdan iki saat öncə yeyin.
    28-Cəm halında yemək müstəhəbdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yemək yeyəndə bir yerə toplaşın; çünki Allah sizin üçün onda xeyir-bərəkət qərar vermişdir.”
    29-Yemək vaxtı, xüsusilə tikəni ağıza qoyan zaman danışmaq məkruhdur.
    30-Süfrə başında oturduğunuz zaman başqalarını gözləməyib, yeməyə başlayın. Ev sahibi gərək qonağa müxtəlif təkliflər verməklə onu utandırmasın.
    31-Süfrə başına möminləri dəvət edin və fasiqləri (günah əhlini) dəvət etməkdən çəkinin. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Təqvasız şəxslərin yeməyindən istifadə etməyin və onları öz süfrənizə dəvət etməyin.”
    32-Çörəyi bıçaqla kəsmək və yeməyin ortasında, xüsusilə yemək yağlı olduğu halda, su içmək məkruhdur.
    33-Qızıl və gümüş qabda yemək ə içmək caiz deyildir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs dünyada qızıl və gümüş qabda su içsə, axirətdə qızıl və gümüş qabda su içməkdən məhrum olar.”
    34-Cənabətli halda yemək və içmək məkruhdur.
    35-Şam vaxtı az yeyin. Həzrət Peyğəmbəri-Əkrəm (s) şam yeməyi haqda buyurmuşdur: "Şam yeməyini tərk etmək bədən sisteminin pozulmasına səbəb olur.”
    36-Səhər yeməyini istədiyiniz qədər yeyin. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Səhər yeməyi insanın izzət və şərəfini artırır.”
    37-İmam Rza (ə) buyurmuşdur: "Yeməyi qurtardığınız zaman arxası üstə uzanıb, sağ ayağınızı sol ayağınızın üstünə qoyun.”
    38-Süfrədəki yemək qalıqlarını yemək müstəhəbdir; çünki bu iş fəqirliyi aradan aparır, bədəndəki ağrıları kəsir və yetmiş savabı vardır.
    39-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs su içib imam Hüseyn (ə)-ı yad etsə və o həzrətin düşmənlərinə lənət göndərsə, onun üçün yüz min savab yazılar və yüz min günahı məhv olunar.”
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər bir kəs suyu üç dəfəyə içsə və hər dəfə içəndə əvvəldə "Bismillah”, axırda isə "Əl-həmdu lillah” desə, həmin su onun qarnında olduğu vaxta qədər Allaha təsbih deyər və savabı ona verilər.”

    Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 31 Temmuz 2014 00:26 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN BACİM...COX GOZEL MOVZU SECMİSİZ.....
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 16:03 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 15:25 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.DƏYƏRLİ MƏLUMATLAR ÜÇÜN SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 12:15 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM GOZEL SOZLERDIR.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.