252 Yemək vermək
1170. Aca yemək verməyin fəziləti
Quran:
«Allahı sevdiklərinə görə miskinə, yetimə və əsirə yemək verərlər. (Deyərlər) Biz yalnız Allahın razılığına xatir sizə yemək veririk, sizdən nə mükafat istəyirik, nə də təşəkkür.»
«Ya ac günlərində qohum olan yetimi, ya tamamilə yoxsullaşmış insanı yedirtmək.»
3798. İmam Əli (ə): «Bədənlərin xörəyi qida məhsulları, canların (ruhun) xörəyi isə yemək yedirtməkdir.»
3799. İmam Əli (ə): «Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır.»
3800. İmam Baqir (ə): «Allah-təala yemək yedirtməyi və qurban kəsməyi sevər.»
3801. İmam Sadiq (ə): «Cənnətə və bağışlanmağa səbəb olan amillərdən biri ac insana yemək verməkdir.» Sonra Allah-taalanın bu kəlamını oxudu: «Ya aclıq günündə yemək yedirtməkdir... »
3802. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) yemək və qidalanma cəhətdən Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Özü (arpa) çörək, sirkə və yağ yeyər, camaata isə (buğda) çörək və ət yedirərdi.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild