Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Hicrətin 128-ci ilində dünyaya gəlmiş, 183-cü ildə Bağdadda Harun Ər-Rəşidin zindanında zəhərlənib şəhid olmuşdur. Bağdadın ətrafında dəfn olunur və həmin münasibətlə o yerə Kazimiyyə deyiblər. Zalim hakimlərin zülm və əziyyətləri müqabilində çox səbrli, həlim və dözümlü olduğuna görə ona Kazim ləqəbi verilib. Xüsusilə, O həzrətə (əlyehissalam) Harun Rəşid çox zülm etmiş, zindana salmış və dəfələrlə əziyyətə salmışdır. Mühəmməd ibni Təlhə Şafi imam Kazim (əlyehissalam) barəsində yazır:
"Çox əzəmətli və məqamlı imam idi. Şən və şöhrəti müsəlmanlar arasında məlum idi. Din yolunda ən çox bilən və çalışan və ən çox ibadətdə məşhur olan idi. Çoxlu kəramətləri olub və itaətdə olardı. Gecəni səcdə və qiyam halında keçirir, gündüzlər oruc tutur və sədəqə verirdi. Çox həmlələrə və zülmlərə dözdüyünə görə həzrətə Kazim (səbrli) ləqəbi deyilib.”
İmam (əleyhissalam) Hişam ibni Həkəmə belə vəsiyyət edir:
"Həqiqətən, Allahın insanlar üzərində iki höccəti var. Birinci zahiri höccət, ikinci batini höccət. Zahiri höccət, peyğəmbər, rəsullar və imamlardır. Amma batini höccət isə ağıldır... Ya Hişam! Ağıllı adamdan az əməl çoxluqla qəbul olar. Amma cahil və nəfsinə tabe olandan baş verən çox əməl rədd olunar!”
Hicrətin 148-ci ilində dünyaya gəlmiş 203-cü ildə Xorasan vilayətinin Tus məntəqəsində zəhərlənərək şəhid olur. Müsəlmanlar arasında o qədər fəzilət, kəramət və hikməti ilə tanınır ki, hakim dövran Mə`mun Abbasi Həzrətdən istəyir ki onun canişini olsun. Zorla da olsa İmama (əleyhissalam) bu məsuliyyəti qəbul etdirirlər və İmam (əleyhissalam) şərt qoyur ki, heç bir dövlət məsuliyyətini və hökmünü öhdəsinə almayacaq.
İmam Riza (əleyhissalam) bir çox münhəriflərlə o cümlədən, zənadiqlərlə elmi münazirə aparmış və onları tutarlı dəlillə rədd etmişdir. Bu yolda qarşı tərəf düşmənçilik etmək əvəzinə İmamı (əleyhissalam) dost tutmuş və Ona iman gətirmişdir.
İmam Riza (əleyhissalam) hədislərdən birində buyurur:
"Hər bir insanın dostu onun ağlı, düşməni isə cəhalətidir.”
Həzrət başqa bir hədisdə buyurur:
"Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqlarındandır!”
DOQQUZUNCU İMAM
Hicrətin 195-ci ildə dünyaya gəlmiş və 220-ci ildə Mö`təsim Abbasinin hiyləsi ilə zəhərlənib şəhid olub Kazimeyn şəhərində imam Kazim (əleyhissalam)-ın yanında dəfn olunub.
Az yaşında imamətə gəlməsinə baxmayaraq çox elmli və hikmətli bir insan olub. Həzrəti öz nəzarətində saxlamaqdan ötrü Mə`mun öz qızını Ona verir. İmam Cavad (əleyhissalam)-ın az yaşında imamətə gəlib belə bir elmə, fəzilətə və savada malik olması dəlalət edir ki, Əhli-Beyt (əlyehimussalam)-ın elmi xüsusi elmdir və bu elmi almaqdan ötrü müəllimə ehtiyac yoxdur. Onların elmi bir başa Allahdandır.
İmam (əleyhissalam) hədislərdə buyurur:
"Əgər cahil sakit olsa, insanlar ixtilaf etməz!”
İmam (əleyhissalam) başqa hadisdə buyurur:
"Mö`min şəxs bir neçə şeyə möhtacdır: Allahdan ona tofiq verilsin, nəfsi tərəfindən özü-özünü moizə etsin və onu nəsihət edəni qəbul etsin!”
ONUNCU İMAM
Hicrətin 212-ci ilində dünyaya gəlmiş 254-cü ildə Samerrada zəhərlənib və orada dəfn olunub.
İmam Hadi (əleyhissalam) elə bir hakim və xəlifələrin dövründə yaşayıb ki, Əhli-Beytə qarşı (əleyhimussalam) şiddətlə qəzəb və düşmənçilikləri olub. Onlardan Mütəvəkkil Abbasini qeyd etmək olar. Bu həmin hakimdir ki, göstəriş verir ki, imam Hüsyen (əleyhissalam)-ın qəbrini şumlatdırıb yerində buğda əkdirir. Mütəvəkkil Yəhya ibni Hərsəməti Mədinəyə göndərir ki, imam Hadi (əleyhissalam)-ı İraqa gətirsin. Yəhya nəql edir: Mədinəyə yola düşdüm. Elə ki, şəhərə daxil oldum əhalidən elə yanıqlı bir fəryad eşitdim hələ indiyə qədər heç kimdən elə bir yanıqlı səslər eşitməmişdim. Onlar mənim gəlişimlə imam Hadi (əleyhissalam)-ın canına xətər olduğunu hiss edib fəryad edirdilər. Sanki, bütün dünya ayağa durdu. Ona görə ki, hamı o Həzrəti çox sevir və onların yanında qalmasını istəyirdilər. Əhali bilirdi ki, İmamın (əleyhissalam) dünyaya heç bir meyli yoxdur. Yəhya nəql edir: mən orda bir müddət qaldım və onlara and içdim ki, mən imama heç bir hiylə qurmaqdan ötrü gəlməmişəm. Bizim ona heç bir iradımız yoxdur. Sonra İmamın (əleyhissalam) mənzilinə yola düşdüm. Həzrətin evində elmi kitablar və Allah-taala ilə munacat dualarından başqa bir şey tapmadım. Bununla da Həzrət mənim gözümdə əzəmətli oldu.....”
İmam (əleyhissalam) hədislərdən birində buyurur:
"Hər kəsə nəfsi üstün gəlsə, onun şərrindən amanda qalmaq olmaz!”
ON BİRİNCİ İMAM
Hicrətin 232-ci ilində doğulmuş 260-cı ildə Samerra şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
Mühəmməd ibni Əbdül-Əzizi Bəlxi nəql edir: Bir gün sübh tezdən çöldə qoyunların yanında oturmuşdum. Birdən gördüm ki, imam Həsən Əsgəri (əleyhissalam)-ı mənzilindən çıxarıb saraya tərəf aparırlar. Öz-özümə fikirləşdim görəsən nə olar ki, fəryad çəkim ay camaat! Bu kişi Allahın yer üzündə höccətidir. Bunu hamınız tanıyın! – deyim. Sonra qoy məni öldürsünlər.
Elə ki, İmam (əleyhissalam) mənim yanımdan keçdi, barmağını ağzına tutub mənə sakit olmağımı işarə etdi. Həmin gecə Həzrəti yenə gördüm, buyurdu: "Sən orda ya gizlətməli idin ya da ölməli idin. Allah buyurur ki, özünüzü qoruyun!”
Dövranının zalim hakimi dəfələrlə Həzrəti zindana salmışdır. Həzrət (əleyhissalam) Abbasilərin zindanında olanda zindan başı Saleh ibni Vəsifə tapşırırlar ki, Həzrəti sıxıntıda saxlasın. Saleh onlara cavab verir: Mən onunla nə edə bilərəm? Ona iki keşikçi qoymuşam ki, ən şərr adamlardır. O, bu iki şərr adamı ibadət və namaza tərəf gətirmişdir. Bu böyük bir işdir. Hakim göstəriş verir ki, o iki nəfəri çağırsınlır. Onlardan soruşur: Ar olsun sizə! Bu kişi sizə nə edib? Cavab verirlər: Biz, gündüzləri oruc tutub gecələri ibadətdə olan bir şəxs barəsində nə deyə bilərik. İbadətdən başqa bir şey danışmır və məşğul olmur. Elə ki, bizə baxırdı biz Onun yanındı xəcalət çəkirdik. Abbasi zalimləri bu sözləri eşitdikdə xəcalətlərindən başlarını aşağı saldılar.
İmam Həsən Əsgəri (əleyhissalam) hədislərindən birində buyurur:
"Təvazökarlıqdan biri də budur ki, müsəlman hər yanından ötənə salam versin və məclisdə aşağı tərəfdə otursun!”
Başqa hədisdə buyurur:
"Övladın uşaq vaxtı atasına cür`ət etməsi böyüyəndə onun ağ valideyn olmasına işarədir.”
Mənbə: "Əqidəmiz nədir" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |