» » » Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri
    0
    Müəllif: Fatimə Nuri Xuda | 18-07-2014, 16:30 | Baxılıb: 1 171

     

     

    Əmirəlmömininin (ə) şəxsiyyətinin əsas cəhətləri


    Bu gün mübarək ramazan ayının on doqquzu və Şəfəq ongünlüyüdür. İran xalqı və hətta bütün İslam dünyası üçün il ərzində bu gün kimisi azdır.

    Birinci xütbədə İslam tarixinin bu günlərdə şəhid olmuş böyük şəhidi haqda bir qədər danışmaq, əzəmətli və möhtəşəm məclisimizi Əmirəlmömininin (ə) xatirəsi ilə bir qədər nurlandırmaq istəyirəm.

    Əmirəlmöminin (ə) barədə natiqlər, yazıçılar, mütəfəkkirlər, şairlər, mərsiyəçilər, Əhli-beyt (ə) məddahları, müsəlman və qeyri-müsəlman, şiə və qeyri-şiə olan çoxlu insanlar 1400 ilə yaxındır danışırlar, qiyamətə qədər də danışacaqlar. Lakin bununla yanaşı, o həzrətə dair mövzular o qədər çeşidlidir ki, hər bir cəhətdən deyilməmiş sözlər çoxdur. Mən düşünürdüm ki, bu gün Əmirəlmömininin (ə) şəxsiyyəti haqda ümumi bir nəticə göstərmək istəsəm, nə deməliyəm? Məqsədim bu ilahi insanın ruhani və əlçatmaz cəhəti deyil; mənim kimilər bu barədə danışa bilməzlər. Məqsədim onun kimliyinin və şəxsiyyətinin insanların görə, düşünə və örnək ala biləcək hissəsidir. Gördüm ki, bu da bir xütbənin və bir saatın işi deyil. Bu şəxsiyyətin çox əzəmətli cəhətləri vardır. Həmin cəhətləri bir yerə toplayıb dinləyiciyə demək olmaz ki, Əmirəlmöminin (ə) budur. Bəli, müxtəlif cəhətlərdən danışa, öz səyimiz, məlumatımız və dərkimiz qədərincə onun haqqında bəzi sözlər deyə bilərik. Mən fikirləşib gördüm ki, Əmirəlmöminində (ə) bəlkə də yüz belə xüsusiyyət - yüz sözünü bəzi böyüklər də işlətmişlər - tapmaq olar; istər mənəvi xüsusiyyət, məsələn, elm, təqva, zahidlik, səbirlilik və dözümlülük, istərsə də onun bir ata, bir ər, bir vətəndaş, bir əsgər, bir komandir, bir hökumət başçısı kimi xüsusiyyətləri və yaxud onun xalqla rəftarında təvazökar bir insan kimi, cəmiyyəti idarə edən ədalətli bir hakim və bir qazi kimi xüsusiyyətləri. Əmirəlmöminin (ə) üçün belə xüsusiyyətlərdən bəlkə də yüzünü sadalamaq olar. Əgər kimsə bu yüz xüsusiyyəti kompleks, səlis və aydın şəkildə bəyan edə bilsə, o həzrətə dair nisbətən kamil təsəvvür yaratmağa qadir olar. Lakin bu xüsusiyyətlərin dairəsi o qədər geniş və əhatəlidir ki, hər bir xüsusiyyət üçün ən azı bir kitab yazmaq lazımdır; məsələn, Əmirəlmömininin (ə) imanı barədə. Əlbəttə, bu gün mənim söhbət etmək istədiyim xüsusiyyət iman deyil.

    Əmirəlmöminin (ə) mömin bir insan idi. Onun vücudunun dərinliklərində bir düşüncə, iman və etiqad oturuşmuşdu. Bəli, bu bir sözdür. Biz Əmirəlmömininin (ə) imanının əzəmətini aşkara çıxarmaq üçün bu imanı kiminlə müqayisə edək? Onun özü buyurur: "Əgər qeyb aləminin pərdələri götürülsə, yəni Allah-Taalanın müqəddəs zatını, mələkləri, cənnəti, cəhənnəmi və bütün dinlərin qeyb və ruhani aləm haqda dediklərinin hamısını bu zahiri gözlə görsəm, mənim yəqinim artmaz. Yəni bu yəqin və iman hər şeyi zahiri gözlə görən şəxsin yəqini kimidir.

    Əgər bütün məxluqların imanını tərəzinin bir gözünə və Əmirəlmömininin (ə) imanını o biri gözünə qoysalar, Əlinin (ə) imanı ağır gələr. Yaxud götürək onun İslamda birinciliyini. O, yeniyetməlik çağında Allaha iman gətirdi, bu yolu qəbul etdi və bütün varlığı ilə sona qədər davam etdirdi. Bunu da bir kəlmə ilə bəyan etmək olmaz.

    O həzrətin şəxsiyyəti olduqca əzəmətli və genişdir. Biz çoxlu böyüklər görmüş, tanımış, yaxud kitablarda həyatlarını oxumuşuq. Elə böyük insanlar olub ki, insan onları təsəvvür edəndə həqiqətən hörmət duyur, sanki başını səmaya qaldırıb Ayı, Veneranı, Yupiteri, Saturnu, yaxud Merkurini görür. Bu ulduzlar nə qədər uca, nə qədər böyük, nə qədər işıqlıdır! Amma bizim yaxıngörən və zəif gözümüz məsələn, Yupiterlə Veneranın, yaxud Venera ilə güclü teleskoplarla görünən və bizdən işıq sürəti ilə milyon illər, yaxud bir kəhkəşan uzaqda olan ulduzların fərqini anlaya bilmir. Hər ikisi ulduzdur, bizim gözümüz gecələr hər ikisini göydə görür, amma bu hara, o hara. Biz möhtəşəmlikdən o qədər uzağıq ki, bəşərin tarixdə, İslamda, kitablarda, elm aləmində və hər hansı bir sahədə gördüyü böyüklərlə Əmirəlmömininin (ə) fərqini ayırd edə bilmirik. Əmirəlmöminin (ə) möhtəşəm varlıqdır. Bu gün mən və siz Əli ib Əbu Talibin (ə) şiəsi sayılırıq və onun yolu ilə getməliyik. Əgər o həzrətin şəxsiyyətinin hansısa bir cəhətini bilməsək, kimliyimizdə nöqsan yaranar. Əgər ortada iddia olmasa, heç, amma bizim iddiamız var. Biz Əli (ə) yolu ilə getmək və cəmiyyətimizi Əli (ə) cəmiyyəti etmək istəyirik. Biz şiələr birinci növbədə, qeyri-şiə müsəlmanlar da ikinci növbədə belə bir məsələ qarşısındadırlar. Əlbəttə, bütün müsəlmanlar Əmirəlmöminini (ə) qəbul edirlər, lakin şiələr o həzrəti ayrı-formada və xüsusi əzəmət sahibi kimi görür və tanıyırlar.


    Mənbə: "İlahi ziyafət" kitabı

    Müəllif: Ayətullah Seyid Əli Xamenei


     

     
     
    Bölmə: Əhli Beyt / İmam Əli (ə)
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 21 Temmuz 2014 06:01 | İstifadəçi | Şərh yazdı
    HZ.ƏLİ(Ə) PEYĞƏMBƏRDƏN(S) SONRA İSLAMDA 1-Cİ ŞƏXSDİR.İNSANİ KEYFİYYƏTLƏRI O DƏRƏCƏ DƏ YÜKSƏK HƏDDƏ İDİ Kİ ONUN FÖVQƏLBƏŞƏR İNSAN OLDUĞU AYDIN GÖRÜNÜRDÜ.ONUN İBADƏTİ ALLAHA GÖRƏ İDİ. ƏMƏLLƏRİ DƏ ALLAHA GÖRƏ İDİ.ŞÜCAƏTİDƏ ALLAHA GÖRƏ İDİ.HZ.ƏLİ(Ə) İLAHİ NURA BOYANMASİ ONU KİMLİYİNİ
     
    BƏYAN EDİR....ALLAHİN SALAMİ VƏ SALAVATI OLSUN SƏNƏ YA ƏLİ(Ə)....ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 16:52 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 16:03 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun,Əmirəlmöminin Əli (ə)-ın fəziləti haqda 1400 il danışılıb hələ bitmir və bitməyəcək

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 19:27 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM, HEZRETI IMAM ELI (e) MIN SEADET GUNU MUNASIBETI ILE BASDA IMAM ZAMAN AGA OLMAQ SERTI ILE BUTUN EHLIBEYT SEVENLERINE  BAS SAGLIGI VERIREM 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.