Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əmirəlmöminin (ə) ramazan ayının on doqquzunda xəncərlə vurulduqdan sonra qısa vəsiyyət etmişdir. Bu gün Allahın izni ilə onu sizə tərcümə edəcəyəm. Səbəb budur ki, insan həyatının son anlarında ən yaxşı və ən etimadlı adamlarına özünün əsas fikirlərini deməyə çalışır. Əmirəlmöminin (ə) xilqətin möcüzəsidir, birinci dərəcəli müsəlmandır, əziz Peyğəmbərin (s) bilavasitə ardıcılıdır. Onun məqamı səmalarda yerdən daha məşhurdur. Onun səma mələkləri arasında mürid və sevənləri insanlardan çoxdur. O, bütün uca ilahi incəliklərə yiyələnmiş arif, Allah yolunun birinci dərəcəli mücahidi idi. O, həyatının bütün mərhələlərində layiqli şəkildə cihad etdi; birinci dərəcəli zahid, birinci dərəcəli siyasətçi, birinci dərəcəli rəhbər idi. Bu yüksək xüsusiyyətlərə malik olan insan dünyadan köçür. Vaxtı azdır. O, sui-qəsddən öncə də bunu bilirdi, digərlərinə isə sonra bəlli oldu.
Ömrün son saatlarını keçirir və övladlarına, Kufə əhalisinə, o dövrün və bütün tarixin çaşqın müsəlmanlarına qısa bir mesaj vermək istəyir. Sözləri çox dəqiq seçilmiş bu mesaj bir səhifəyə sığır. Adi gözlə baxanda bu vəsiyyətin cümlələri bəzən bir-birinə uyğun görünməyə bilər. Bizim adi baxışımıza və təhlilimizə görə bir yerdə çox əhəmiyyətli bir məsələyə toxunur, sonra birdən-birə bizim fikrimizcə çox da əhəmiyyəti olmayan bir mətləb haqda danışır. Amma Əli ibn Əbu Talibin (ə) baxışı ilahi baxışdır, dəqiqdir, Allah-Taalanın yaranmışlara baxışı kimidir. İlahi meyarda və Əli (ə) baxışında kiçik və böyük olan bizim baxışımızdakı kiçik və böyüklərlə fərqlənir. Əgər insan bu baxışla baxsa, - təbii ki, bizim imkanımız azdır, uzaqdan təhlil edirik - cümlələr uyğun görünər. Mətləblər çox dəqiq tənzim olunmuşdur.
O bu vəsiyyəti İmam Həsən (ə) və İmam Hüseynə (ə) etmişdir. Zərbə vurulandan sonra onları yanına çağırdı, onlarla danışdı və bu sözləri söylədi. Yaralıdır, zəhərin təsirindən bədəni qızdırmışdır. Zəiflik və xəstəlik adi insanların söz söyləməsinə mane olur, amma Əli ibn Əbu Talib (ə) kimi bir şəxsə mane ola bilmir. Bu qısa saatlar ərzində - zərbə vurulandan şəhidliyə qədər sürən 48 saatdan az bir müddətdə bütün vacib, zəruri və birinci dərəcəli işləri görməlidir və gördü. Biri bu vəsiyyəti idi. O, belə başlayır: "Sizə təqvalı olmağı tövsiyə edirəm". Müqəddiməsiz olaraq birinci söz təqvadır.
Təqvanın tərifi və şərtləri
Təqva bir insanın hər bir şeyi, bir xalqın dünya və axirəti və bəşərin getməyə məcbur olduğu bu uzun yolun əsl azuqəsidir. Əmirəlmömininin (ə) sözünün əvvəli və sonu təqvadır. Buyurur ki, mənim oğullarım, özünüzdən ehtiyatlı olun; Allah yolunda və ilahi meyarla. Allah təqvası bu deməkdir, Allahdan qorxmaq deyil. Bəzi adamlar təqvanı Allahdan qorxmaq kimi tərcümə edirlər. Allahdan qorxmaq da bir dəyərdir, amma təqva başqa bir şeydir. Təqva odur ki, ehtiyatlı olub, etdiyiniz hər bir əməlin Allah-Taalanın sizin üçün nəzərdə tutduğu məsləhətə uyğun olub-olmamasına diqqət yetirəsiniz. Təqva elə bir şey deyil ki, insan onu bir an tərk edə bilsin. Yol sürüşkən və uçurum dərindir. Əgər tərk etsək, sürüşüb uçurumdan yuvarlanacağıq. Gərək əlimiz bir daşa, ağaca, kola ilişsin və özümüzü yuxarı darta bilək.
"İlahi təqvası olanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünər və dərhal (özlərinə gəlib həqiqəti) görərlər". Təqvalı insan şeytanın təmasını duyan kimi tez özünə gəlir və diqqətini toplayır; çünki şeytan bizdən uzaqlaşmır. Deməli, birinci tövsiyə təqvadır.
Təriflənmiş dünya və məzəmmət olunmuş dünya
Təqvanın ardınca başqa bir məsələ gəlir.
Buyurur ki, dünya sizin arxanızca gəlsə də, siz dünyanın ardınca qaçmayın. Bu da ikinci məsələ və təqvanın şərtlərindən biridir. Əlbəttə, bütün yaxşı işlər təqvanın şərtlərindəndir, o cümlədən dünyanın ardınca qaçmamaq. Demir ki, dünyanı tərk edin, deyir ki, onun ardınca hərəkət etməyin, dünyanı istəməyin. Dünya nədir? Yəni Yer üzünü abadlaşdırmaq? Yəni ilahi sərvətləri dirçəltmək? Arzulanmayan dünyanın mənası budur? Xeyr! Dünya sizin özünüz üçün, öz istifadəniz və ləzzətiniz üçün istədiklərinizdir. Buna dünya deyirlər. Yer üzünü abadlaşdırmaq isə əgər yaxşı niyyətlə və bəşəriyyətin xeyrinə görülürsə, eynilə axirət işi kimidir. Bu, yaxşı dünyadır. Məzəmmət olunan və arxasınca getməyimiz yasaqlanan dünya bizim qüvvəmizi, səyimizi və iradəmizi özünə yönəldən, bizi yoldan saxlayan dünyadır. Bizim xudpəsəndliyimiz, eqoistliyimiz, sərvəti və ləzzəti özümüz üçün istəməyimiz məzəmmət olunmuş dünyadır.
Belə dünyanın haram növü də var, halal növü də. Özü üçün istəməyin bütün növləri haram deyil, onun hallaları da var. Lakin halalının da ardınca getməməyimizi tapşırıblar. Əgər dünya bu mənada olsa, onun halalı da yaxşı deyil. Maddi həyatın təzahürlərini bacardığınız qədər ilahi istiqamətə yönəldə bilsəniz, qazanmış və udmuşsunuz. Axirətin mənası budur. Ticarət də xalqın məişətini rövnəqləndirmək üçün olsa, özünə sərvət toplamaq üçün olmasa, axirətin özü olur. Dünyanın bütün işləri belədir. Deməli, ikinci məsələ budur ki, dünyanın ardınca qaçmayın və onun üçün hərəkət etməyin.
Əmirəlmömininin (ə) özü bu vəsiyyətnamədə buyurduqlarının canlı təcəssümü olmuşdur. O həzrətin həyatı onun qısa vəsiyyətnaməsində yer alan cümlələrin xülasəsidir.
Ardınca buyurur ki, əgər məzəmmət olunmuş bu dünyadan sizin əlinizə bir şey çatmasa, təəssüflənməyin; filan sərvətə, filan vəzifəyə və filan maddi imkana malik olmadığınıza görə heyfsilənməyin. Bu da üçüncü cümlədir.
Sonrakı cümlə budur ki, haqqı deyin, onu gizlətməyin. Həqiqət olduğunu düşündüyünüzü lazım olan yerdə bəyan edin, haqqı saxlamayın. Danışa bilənlər bəzən haqqı gizlədib nahaqı aşkarlayanda, yaxud nahaqı haqqın yerinə qoyanda haqqı görənlər və bilənlər onu desələr, haqq məzlum və qərib olmaz, batil tərəfdarları haqqı məhv etməyə tamah salmazlar.
Sonra buyurur ki, ilahi və həqiqi mükafat üçün işləyin. Ey insan, əbəs işləmə! Sənin bu işin, bu ömrün, bu nəfəs çəkmən sənin yeganə əsas sərmayəndir; bunu əbəs yerə xərcləmə. Əgər bir ömür yaşayırsansa, bir əməl edirsənsə, bir nəfəs çəkirsənsə, bir enerji sərf edirsənsə, bunların hamısını mükafat üçün et. Mükafat nədir? İnsanın mükafatı bir qədər puldur? Mənim sərf etdiyim ömrün mükafatı budur? Kiminsə xoşuna gəlməsi və tərifləməsi bir insanın mükafatıdır? İmam Səccad (ə) buyurur ki, sizin ömrünüzə münasib muzd və qarşılıq yalnız cənnətdir. Nə qədər az alsanız, aldanmısınız. Deməli, axirət mükafatı və savabı üçün işləmək lazımdır.
Sonra İmam Əli (ə) buyurur: "Zalıma xəsm (iddialı düşmən) və məzluma kömək olun". Burada işlənmiş "xəsm" sözünün mənası düşmən deyil. Zalımın düşməni olmaq odur ki, insanın zalımdan acığı gəlsin və onu düşmən bilsin. Ancaq bu kifayət etmir. "Xəsm" sözünün mənası iddialı düşməndir. Yəni zalımın yaxasını tutan, onu buraxmayan düşməndir. Bəşəriyyət Əmirəlmömininin (ə) şəhadətindən bu günə qədər zalımların yaxasını tutmamasına görə bədbəxt olmuşdur. Əgər imanlı əllər zalımların yaxasını tutsaydılar, zülm dünyada bu qədər yayılmazdı, bəlkə də onun kökü kəsilərdi. Əmirəlmöminin (ə) bunu buyurur: "Zalıma iddialı düşmən olun". Dünyada harada zülm və zalım varsa, sən özünü ona iddialı düşmən bilməlisən. Demirik ki, indi yola düş və dünyanın bu başından o başına gedib zalımın yaxasını tut; deyirik ki, mütləq öz düşmənliyini göstər. Nə zaman və harada fürsət yaransa, ona düşmən olduğunu bildir və yaxasını tut. Bir zaman insan zalıma yaxınlaşıb düşmən olduğunu göstərə bilmir, odur ki, uzaqdan düşmənlik edir. Görün bu gün Əmirəlmömininin (ə) vəsiyyətinin bu bir kəlməsinə əməl etməməyə görə dünyada necə fəlakətlər yaranmış və bəşəriyyət hansı bədbəxtliklərə düşmüşdür. Görün xalqlar, xüsusən də müsəlmanlar necə məzlumdurlar! Əgər Əmirəlmömininin (ə) bu bir vəsiyyətinə əməl olunsaydı, bu gün zülmlərin və onlardan yaranan fəlakətlərin çoxu olmazdı.
"Və məzluma kömək olun". Harada məzlum varsa, ona kömək ol. Demir ki, məzlumun tərəfdarı ol, xeyr, gərək bacardığın qədər kömək edəsən.
Buraya qədər imamın vəsiyyəti İmam Həsənə (ə) və İmam Hüseynə (ə) müraciətdir. Təbii ki, bu sözlər yalnız onlara aid deyil. Onlara müraciətdir, amma hamıya aiddir.
Mənbə: "İlahi ziyafət" kitabı
Müəllif: Ayətullah Seyid Əli Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |